Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

ALLAHƏl-Baqi

[color=#fe5e5e]Əl-Baqi (ər. الباقي) — Allahın adlarından biri.

(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Rəhman Surəsi, 26-27)

Kainatın içində olan bütün varlıqların bir sonu vardır. Bir insan doğular, yaşayar və dünyada davam etdirdiyi məhdud ömrün sonunda ölər. Bu son bütün insanlar üçün qaçınılmazdır. İnsanlar kimi bitkilər və heyvanlar aləminin də yox olması qaçınılmazdır. Onlar da doğulduqdan bir müddət sonra bir-bir ölərlər. Məsələn: bir ağac yer üzündə yüz illərlə yaşaya bilər. Lakin ən nəhayət ölməyə məhkumdur. Canlı olan hər şey həyatını bitirib torpağın altına girəcək və yox olacaq.

Eyni şəkildə cansız varlıqların da bir sonu Ardı »

ALLAHƏl-Məcid

[color=#039b80]Əl-Məcid (ər. الماجد) — Allahın adlarından biri.

Ərşin sahibidir; Məcid (çox Uca)dir. (Büruc Surəsi, 15)

Allahın şanı bütün kainatda özünü açıq-aşkar dəlillərlə göstərir. Onun şanının Ucalığını tanımayan heç bir insan yoxdur. Onu inkar edənlər, "inanmırıq" deyənlər belə Onun yaratdıqlarına şahid olduqları üçün əslində gücünü və şanını tanıyıb bilirlər. Ancaq içlərindəki böyüklənmə arzusu səbəbindən inkar edirlər.

Allahın kainatda yaratdığı möhtəşəm gözəlliklər də, qüsursuz sistemlər də Onun şanına yaraşan şəkildədir. Səmada tonlarla ağırlıqda su daşıyan buludlar, milyonlarla işıq ili uzaqlıqda olan ulduzlar, böyük bir səs-küylə və inanılmaz bir güclə axan şəlalələr, ucsuz-bucaqsız genişlikdəki okeanlar, zirvəsi qarlarla örtülü olan min metrlərlə yüksəklikdəki dağlar, içində bir-birindən dəyişik rəngdə Ardı »

ALLAHƏl-Bəsir

[color=#039b80]Əl-Bəsir (ər. البصير) — Allahın adlarından biri.

Məgər onlar başları üstündə (səf çəkib) qanad çalaraq (qanadlarını açıb-yumaraq) uçan quşları görmürlərmi? Onları (göydə) ancaq Rəhman (olan Allah) saxlayır. Həqiqətən, O, hər şeyi görəndir! (Mülk Surəsi, 19)

İnsanın görmə tutumu şübhəsiz çox məhduddur. Çılpaq gözlə görə biləcəyi məsafə ən çox bir neçə kilometr kənarıdır. Üstəlik bu da ancaq açıq bir havada, yüksək bir yerdən baxırsa mümkün olar. Ancaq şərtlər nə qədər uyğun olsa da görə bildiyi ən uzaq yer/yeyər onun üçün puslu bir görünüşdən başqa bir şey deyil.

İnsan bəzi vəziyyətlərdə -xüsusilə də tək qaldığı zaman) özünü də heç kimin görə bilməyəcəyini zənn edər. Gizli bir Ardı »

ALLAHƏl-Vahhab

Əl-Vahhab (ər. الوهّاب) — Allahın adlarından biri.

Uca Rəbbimiz insanı yaratmış, onu yer üzünün xəlifəsi təyin etmiş və kainatdakı hər şeyi onun istifadəsinə vermişdir. Günəş hər gün çıxıb ətrafı işıqlandırır, dünyamıza hərarət gətirir, yağış yaradıb bol ruzi-bərəkət vasitəçisinə çevrilir. Onun mülkündə bizə verdiyi ayaqlarla gəzir, bəxş etdiyi gözlərlə gözəllikləri seyr edirik. Bütün bunlar məhz İnsan üçündür və Allahın sonsuz lütfünün göstəricisidir.

“Ali-İmran” surəsinin 8-ci ayəsində buyurulur: “Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən!”
Ardı »

ALLAHƏl-Əziz

[color=#039b80]Əl-Əziz (ər. العزيز) — Allahın adlarından biri.

(Ya Rəsulum!) Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! (İbrahim Surəsi, 47)

Allahın 'Əziz' sifəti, Onun heç bir zaman məğlub edilə bilməyəcəyini, hər vaxt qalib olanın Özü olduğunu ifadə edir. Allah kainatda mütləq qüvvət sahibidir və Ondan üstün heç bir güc yoxdur.

Kainatdakı bütün nizamı, insanların sirrini qavramağa güc çatdıra bilmədikləri və ya yeni-yeni kəşf edə bildikləri hər cür qanunu yaradan Allahdır. Bunula yanaşı yer üzündə olan hər canlını yaradan da Odur. Allahın kainatda özünü göstərən sonsuz gücü və qüdrəti qarşısında, yaratdıqlarının acizliyi açıq-aşkardır. Yaratdığı bütün varlıqlar ancaq Onun əmriylə Ardı »

ALLAHƏl-Mutəkəbbir

[color=#039b80]Əl-Mutəkəbbir (ər. المتكبّر) — Allahın adlarından biri.

Hər şeydən uca, bütün çirkinliklərdən uzaq, bəndələrinə zülm etməyən, əzəmətini, ucalığını hər işdə və hadisədə göstərən deməkdir.

Təkəbbürlülük insana yaraşmayan xüsusiyyətdir. Allah-Təala “əl-İsra” surəsinin 37-ci ayəsində buyurur: “Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən”.

Lakin Allahın bu adı bizim başa düşdüyümüz mənada təkəbbür göstərmək mənasında deyil. Aciz qaldığımız, dəyişdirə bilmədiyimiz hadisələr Onun qarşısında necə zəif, möhtac olduğumuzu, bu adın əzəmətini dərk etdirir.

“əl-Mütəkəbbir” sözündən ayələrin birində Allahın adı kimi istifadə edilmişdir[1]. “əl-Mumin” surəsinin 27 və 35-ci ayələrində isə tanrılıq iddiasında olub zülmkarlıq edən Firon “mütəkəbbir” (təkəbbür sahibi Ardı »

ALLAHƏl-Muhəymin

Əl-Muhəymin (ər. المهيْمن) — Allahın adlarından biri.

Yaratdıqlarını qoruyan, qorxularını uzaqlaşdıran, hər şeyə şahid olan, mühafizə edən deməkdir.

Bu ad Uca Yaradanın əş-Şəhid, ər-Raqib və əl-Hafiz adları ilə sinonimdir və Onun Öz bəndələrini daim nəzarətdə saxladığını ifadə edir. Yalnız Allah-Təalaya aid edilən adlardan biridir. Qurani-Kərimdə bir yerdə - “əl-Həşr” surəsinin 23-cü ayəsində keçmişdir.

Füzuli bu adı öz beytində belə tərənnüm etmişdir:

Muheymina, Səməda, bəndeyi-siyah ruyəm,
Səhifeyi-əməlim məsiyyət xəttiylə qara
(Ey Muheymin və Səməd Allahım! Üzüqara bir bəndəyəm,
Əməl dəftərim üsyan cizgilərilə qapqaradır.)

Bu adın mənasını dərk edən bəndə daim xeyir işlər görməyə can atar, çirkinliklərdən uzaq olar. Çünki Allahın nəzarətində olduğunu bilər.
Ardı »

ALLAHƏl-Qaffar

[color=#039b80]Əl-Qaffar (ər. الغفّار) — Allahın adlarından biri.

Daim əfv edən, bütün günahları örtən deməkdir. Bu ad “örtmək”, “gizlətmək”, “çirklərdən qorumaq” mənasını verən “ğafr” kökündən törəmişdir. “əl-Ğafir” kəlməsi Qurani-Kərimdə iki dəfə, “əl-Ğafur” doxsan bir dəfə, “əl-Ğaffar” beş dəfə keçmişdir: “Sonra (bil ki) Rəbbin cahillikləri üzündən pis iş görən (Allaha şərik qoşan), ondan sonra tövbə edib özlərini islah edən kimsələri (əfv edər). Həqiqətən, Rəbbin (tövbədən) sonra (bəndələrini) bağışlayandır, rəhm edəndir!”[1].

Qüdsi hədislərdən birində Allah-Təalanın belə buyurduğu deyilir: “Ey insanoğlu! Sən yer üzünü dolduracaq qədər günah işləsən də, əgər mənə heç bir şeyi şərik qoşmamısansa, səni sonsuz məğfirətlə qarşılayaram”[2].

Bu ad bizə Mövlananın “Yüz dəfə, min dəfə Ardı »