Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah

Allah (ərəb. اﷲ‎‎ — əl-Lāh; və ya Tanrı, Xuda, Pərvərdigar, Yaradan, Xudavənd, Rəbb) adətən monoteist dinlərdə və daha çox İslamda istifadə olunan ən böyük qüvvəyə, yaradıcıya verilən addır. Sözün mənbəyi Qurandır. Bəzi müsəlmanlar "Allah" sözünün ardınca ərəbcə "onun şanı ucadır" mənasına gələn "cəllə cəlaluhu" deyirlər.

Quranda Allahın 99 adı göstərilsə də bu ad özünün bütün ad və sifətlərini özündə ehtiva edir. Birmənalı şəkildə sözün hansı sözdən əmələ gəldiyi tam bilinmir, çünki ərəb dilində bir sözün kökü başqa sözlə mütləq əlaqəli olur. "Allah" sözünün "əl-İlah", ya da "əl-Laha" sözlərindən əmələ gəlmə ehtimalı var.

Quranda deyilir: "Allah təkdir və heç bir şəriki yoxdur" [1]Mündəricat
1 Allahın 99 adı
2 İstinadlar
3 Xarici keçidlər
4 Həmçinin bax


Allahın 99 adı
Əsas məqalə: Allahın adları

İslam dinində Allahı anmaq üçün 99 addan istifadə olunur. Bunların içində ən çox istifadə olunanı "Allah"dır. Bu ad bütün digər adları özündə cəmləyir. Bu ad yalnız Allah-Təalaya məxsusdur. Heç bir dildə tam qarşılığı yoxdur.

Dilçi alimlər bu sözün İlah (əl-ilah və ya əl-laha) kökündən törədiyini güman edirlər. Ərəb dili ilə qohum olan digər dillərdə "Allah" kəlməsi belə səslənir: ibrani dilində "Eloah", arami dilində "Elaha", süryani dilində "Alaha".

Hədislərdə və Qurani-Kərimin "əl-Bəqərə", "Ali-İmran" və "Ta ha" surələrində keçən İsmi-Azamın (ən əzəmətli ad) hansı "ad" olduğu konkret bilinməsə də, İslam alimləri ümumi xüsusiyyətlərinə görə "Allah" sözünü İsmi-Azam kimi qəbul etmişlər.

Ərəb dilinin quruluşuna əsasən, "Allah" kəlməsinin hərfləri sıra ilə götürülsə belə, Uca Yaradana işarə edən məna dəyişməz qalır. Məsələn, Allah (الله) isminin əvvəlindəki həmzə (ﺀ ) hərfi götürüldükdə "lilləhi" (لله) kimi oxuna bilər ki, bu da "Allah üçün, Allaha aid" deməkdir.

Bu ad Quranda 2697 dəfə qeyd olunur


Tarix: 23.02.2013 / 17:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 430 Bölmə: ALLAH
loading...