beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əl-Vahhab

Əl-Vahhab (ər. الوهّاب) — Allahın adlarından biri.

Uca Rəbbimiz insanı yaratmış, onu yer üzünün xəlifəsi təyin etmiş və kainatdakı hər şeyi onun istifadəsinə vermişdir. Günəş hər gün çıxıb ətrafı işıqlandırır, dünyamıza hərarət gətirir, yağış yaradıb bol ruzi-bərəkət vasitəçisinə çevrilir. Onun mülkündə bizə verdiyi ayaqlarla gəzir, bəxş etdiyi gözlərlə gözəllikləri seyr edirik. Bütün bunlar məhz İnsan üçündür və Allahın sonsuz lütfünün göstəricisidir.

“Ali-İmran” surəsinin 8-ci ayəsində buyurulur: “Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən!”


Tarix: 24.02.2013 / 17:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 354 Bölmə: ALLAH