beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ər-Rahim

Ər-Rahim (ər. الرحيم) — Allahın adlarından biri.

Rəhim isə, bağışlayan, axirətdə mərhəmətini, nemətini mömin bəndələrindən əsirgəməyən mənasındadır. Bu ad Allahın sonsuz mərhəmətini ifadə edir. Rəhim adı əsasən, axirət həyatı ilə bağlıdır.

Rəhimdəki məna, əsasən, inananlarla əlaqədardır: "Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir" [1], "O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir!" [2].

Rəhim ismi Qurani-Kərimdə 115 dəfə təkrarlanmışdır.

Ət-Tövbə surəsi istisna, bütün surələr Allahın bu adları ilə başlayır: "Bismilləhir-rəhmanir-rəhim".

Rəhim adı insanlara olduğu kimi verilə bilər. Çünki Rəhim sadəcə sifətdir.


Tarix: 24.02.2013 / 17:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 280 Bölmə: ALLAH