beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əl-Quddus

Əl-Quddus (ər. القدّوس) — Allahın adlarından biri.

Bu adın lüğət mənası xətadan, əskiklikdən və nöqsanlardan uzaq, təmiz olan, kamal sifətləri özündə birləşdirən və bütün təriflərdən üstün deməkdir. Qurani-Kərimdə iki yerdə keçir: “Göylərdə və yerdə nə varsa, (hamısı) mülkün (yer-göy mülkünün) hökmdarı (sahibi), müqəddəs (pak), yenilməz qüvvət, hikmət sahibi olan Allahı təqdis edib Onun şəninə təriflər deyər!”[1].

Özü pak olan Uca Tanrı kainatı təmiz yaratmış, bəndələrindən də təmiz qalmaqlarını istəmişdir. Ətraf-mühitə nəzər yetirdikdə, hər canlının bu prinsipə əməl etdiyini görə bilərik. Məsələn, quşlar dimdikləri ilə yuvalarını, yaşıl ağaclar karbonu udub, oksigen verməklə havanı təmizləyir. Yer üzərinə yağan yağış tozu-dumanı yatızdırır.

Buna görə də Onun razılığını qazanmaq istəyən insan həm özünü, həm də ətraf-mühiti təmiz saxlamağa çalışmalı, yeri çirkləndirməkdən, ağacları qırmaqdan, parkları, küçələri zibilləməkdən çəkinməlidir. Həmçinin, insan yalan, ikiüzlülük, ara vurmaq, qeybət kimi Allahın xoşuna gəlməyən pis əməllərdən çəkinərək, daxilini də təmiz saxlamağı bacarmalıdır.


Tarix: 24.02.2013 / 17:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 334 Bölmə: ALLAH