beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əl-Məlik

Əl-Məlik (ər. الملك) — Allahın adlarından biri. De: "Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən. (Ali-İmran Surəsi, 26)

Bu an olduğunuz yerdən ətrafınıza baxdığınızda gördüyünüz hər şeyin sahibi vardır. Oturduğunuz kreslo atomlardan meydana gəlib. Bu atomların hər birinin Yaradıcısı Allahdır. Saxsıda açan çiçək, Rəbbimizin ona təmin etdiyi imkanlarla (günəş, su vs.) ilə böyüyür. Pəncərədən görünən dəniz və içindəki bütün canlılar Allah dilədiyi üçün orda var. Hətta öz bədəniniz də sizdən asılı deyil, sizi var edən Allahın idarəsindədir. Bütün üzvləriniz, damarlarınız, sinir sisteminiz, hüceyrələrinizin hər biri Rəbbimizin elminin və üstün ağılının əsərləridir. Bu sayılanların heç biri sizin sahib olmağı düşünüb hazırladığınız, sonra da var etdiyiniz şeylər deyil.

Siz dünyaya gözünüzü açdığınızda həm öz bədəninizdəki qüsursuz sistemlə, həm də içində olduğunuz dünyayla və hətta bütün kainatla qarşılaşdınız. Ancaq bundan əvvəl bunların heç birinə sahib deyildiniz və bundan sonra da öz iradənizlə bunlara sahib olmanız mümkün deyil. Əlbəttə, bu gerçək bütün insanlara aiddir. Deməli, bütün mülk hər şeyin Yaradıcısı və sahibi olan Allaha məxsusdur. Bu həqiqətə baxmayaraq insan bunları görməməzlikdən gəlir və Allahın açıq-aşkar varlığını göz ardı edərək əlindəki hər şeyin özünə məxsus olduğunu zənn edir. Bütün acizliyinə baxmayaraq, özünü üstün görən insan böyüklənir və inkara cəhd edir. Lakin bu inkar yalnız özünə zərər verir; çünki Hz. Musanın söylədiyi kimi;

"..."Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, möhtac deyildir, tərifə layiqdir". (İbrahim Surəsi, 8)

Mənası

Bütün kainatın, görünə bilən və görünməyən aləmlərin yeganə sahibi və tək hökmdarı deməkdir. Qurani-Kərimdə buyurulur: "Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır. Ondan başqa heç bir tanrı yoxdur. O, kərim (uca, qiymətli) olan ərşin Rəbbidir!"[1].

Yaşadığımız dünyada, onu əhatə edən canlı-cansız, kainatda mövcud nizam-intizam bunların yaradıcısının olduğuna işarədir. Allah-Təala bunları yaratmaqla yanaşı, bu nizam-intizamın davamlı qalması üçün müəyyən qanunlar sistemi buyurmuşdur. Mövcud olan hər şey Onun əmrinə tabedir və bu, əl-Məlik adında öz əksini tapmışdır.

Əslində Uca Yaradıcının bu adı insanın özündə də təcəlli etmişdir. Ayaqlarını istədiyi tərəfə hərəkət etdirən, əlləri ilə istədiyi şeyi tutan insan öz bədəni üzərində hakimiyyətə sahibdir.


Tarix: 24.02.2013 / 17:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 507 Bölmə: ALLAH