Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Maraqlı MelumatlarKainat sürətlə genişlənir

2011-ci il fizika sahəsi üzrə təqdim olunan Nobel mükafatları müəyyən edilib. Fizika sahəsində Nobel mükafatı üçün amerikalı Sol Perlmuter (Saul Perlmutter), Adam Rays (Adam Reiss) və əslən avstraliyalı olan amerikalı fizik Brayen Şmidt (Brian Schmidt) seçilib. Kainatın sürətlə genişləndiyini sübut edən fəaliyyətləri bu elm adamlarına Nobel mükafatı qazandırıb.

Nobel komitəsinin açıqlamasında alimlərin: “Ulduzların partlayışını və ulduz topalarını tədqiq etdikləri, kainatın artan sürətlə genişləndiyini kəşf etdikləri”, -deyilib. Bu nəzəriyyəyə əsasən, 14 milyard il əvvəl baş vermiş Böyük partlayışdan (Big bang) etibarən kainat genişlənir. Bu şəkildə davam edərsə, kainatın buz kütləsinə çevriləcəyi gözlənilir.

Qeyd edək ki, Allah Qurani-kərimdə 1400 il əvvəl kainatın genişləndiyi bildirmişdir. Alimlərin Ardı »

Maraqlı MelumatlarTaun xəstəliyi hansı kəşfin edilməsinə səbəb olub

Holland alimlər XIV əsrdə Avropanı qırıb-çatmış taun xəstəliyinə qarşı araşdırma apardıqılarında insanların genetikasını təkamül etdirdiyini kəşf ediblər. Yəni babalarımız öz qardaşlarından fərqli olaraq, bu xəstəliyə ona görə qalib gəliblər ki, genləri özünü təkmilləşdirib və xəstəliyə qarşı gəlib. Bu, təbii seçmədir.

Harvard Universitetinin araşdırmasına görə, bizlər təkcə “Homo Sapiens” yox, həm də “Neandertal” geni daşıyırıq. Bu gen bizə qadınlardan keçib və bizi soyuğa qarşı daha dözümlü edib. Afrikalılarda neandertal geni yoxdur.

Yeşiva Universitetində beyində yaddaşın (xatirənin) necə yaradılması müşahidə edilib və həmin anın görüntüsü çəkilib.

Barselona universitetində aparılan bir araşdırmaya əsasən, insanların əkinçiliyə başlaması genetikamızı da dəyişib. Ətyeyən və ovlayan insanlar günəş altında çox qalmır, Ardı »

Maraqlı Melumatlar75 şarla rekord sınağı

75 şarla rekord sınağı

İngiltərənin şəhər bölgəsi, 75 ədəd şarın rəng görünüşünə səhnə oldu. Ginness Rekordlar Kitabına girmək üçün İngiltərədən havalanan şarlar, Manş dənizini keçərək Fransanın Calais bölgəsinə doğru dörd saatlıq bir səfər reallaşdırıb. 1-i xaric bütün şarlar hədəflərinə çatdı. Ardı »

Maraqlı MelumatlarYouTube televiziyanı məhv edəcək?

YouTube televiziyanı məhv edəcək?

“YouTube” videohostinq nümayəndələri Nyu-Yorkda keçirilmiş “NewFront” marketinq konfransında öz biznesinin əsas xüsusiyyətlərini açıqlayıblar: videoxidmətin ulduzları nüfuzludur, tamaşaçılar gəncdirlər və mobil qurğulardakı məzmundan istifadəyə üstünlük verirlər. Bundan başqa, onlar televiziyanı əvvəlki nəsil kimi izləməyəcək.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, “YouTube”un məzmun və biznes əməliyyatları üzrə direktoru Robert Kinkl deyib ki, beş il sonra reklam dəstəkli videolar mobil qurğularda izləniləcək. Bu dəyişiklik yeni oyunçular komandası ilə əməkdaşlıq tələb edir".

Təbii ki “YouTube” da bu komandaya daxil ediləcək. “Nielsen” şirkətinin tədqiqat materiallarına əsasən, “YouTube”un mobil auditoriyası 18-49 yaş kateqoriyasına məxsus istifadəçilərdir.

"İndi əvvəlki illərlə müqayisədə bizim təsirimiz daha böyükdür" – Robert Ardı »

Maraqlı MelumatlarAsqırmaq

Asqırmaq — insan orqanizminin qıcıqlandırıcı maddələr və allergenlərə qarşı olan qoruyucu reaksiyasıdır.

Bu qoruyucu refleks, insan və heyvanlara aiddir. Asqırmaq, həmçinin bir sıra respirator və allergik xəstəliklərin əlamətləri ola bilər. Bu məqaləmizdə sizə, insan niyə asqırır, asqırmağın mexanizmi və asqırmaq haqda bir sıra maraqlı faktları təqdim edirik:

1. Asqırmağa ən çox səbəb olan əlamətlər;

— Müxtəlif allergenlər: bir çox insanlarda allergiya yaradan bitkilərin tozcuqları, adi toz, kəpək, müxtəlif heyvanların tükləri və s.

— Kəskin qoxu: tütün tüstüsü, aerozollar, parfümeriya məhsulları, yuyucu və təmizləyici vasitələr, çirkli hava və s.

— Burunda poliplər.

— Ətraf mühitdə temperaturun kəskin dəyişməsi.

— Bəzi hallarda fiziki yüklənmə hallarında, hiperventilyasiya (intensiv nəfəsalma) zamanı burun Ardı »

Maraqlı MelumatlarMəşhurların uğursuz və qəribə ölümləri

2006-cı ildə məşhur avstraliyalı vəhşi təbiət eksperti, “timsah ovçusu” Stiv İrvin skat balığının iynəsi ilə onu ürəyindən sancması nəticəsində dünyasını dəyişib.

Tualetdə ölənlər çox olub, onlardan ən məşhuru isə Elvis Preslidir. Rok-n-rollun kralı tualetdə qusanda vəfat edib. Həkimlərin dediyinə görə, “kral”ın ölüm səbəbi köklük və dərmanlardan yaranan infarktdır.

Cerom İrvinq Rodeyl sağlam qida qəbulu tərəfdarlarından olub. “Bədbəxt bir təsadüf olmasa, 100-ə qədər yaşayacam” deyən Rodeyl 72 yaşında getdiyi bir tok-şouda infarkt keçirərək həyatını itirib.

“Müasir rəqsin anası” kimi tanınan, rus şair Sergey Yeseninin həyat yoldaşı olmuş Aysedora Dunkanın özü qədər məşhur şərfi 1927-ci ildə mindiyi maşının təkərinə dolaşıb və o, boğularaq ölüb.

1869-1916-cı illərdə yaşamış Ardı »

Maraqlı MelumatlarDairə effekti

Günlərin bir günü qədim Yunan filosofu Anaksimen öz şagirdi ilə pöhrəlikdə gəzişərək söhbət edərkən, şagirdi ondan soruşmuşdur:" Ustad, nə üçün sən tez-tez şübhə və tərəddüdlərə qapılırsan? Axı sən uzun bir həyat yaşamısan, müdriklərdən təlim almısan və bununla belə sənin üçün bu qədər anlaşılmaz məsələlər qalıb?" Anaksimen çəliyi ilə yerdə iki dairə çəkir: biri böyük, biri kiçik və deyir:" Sənin biliklərin bu kiçik dairədir, mənimki isə böyük. Bu dairədən kənarda qalan nə varsa- məchulluqdur, kiçik dairə məchulluqla az təmasdadır. Sənin biliyinin dairəsi böyüdükcə onun məchulluqla sərhədi bir o qədər çox genişlənir. Deməli, gələcəkdə nə qədər çox yeni şey öyrənsən, bir o qədər Ardı »

Maraqlı MelumatlarGözdən əlillər üçün telefon

Dünyanın bir çox ölkəsində əlil insanların cəmiyyətdən kənarda qalmaması, normal həyat tərzi yaşaması üçün bir çox dövlət və qeyri-hökumət təşkilatları tədbirlər, kampaniyalar keçirir, dünyanın diqqətini əlil insanlara yönəltməyə çalışırlar.

Bundan əlavə, əldə olunmuş ən son texnoloji nailiyyətlərin sayəsində əlil insanların həyatını bir az da rahatlaşdırmağa çalışan alimlər durmadan bu səhədə araşdırmalar aparır. Bildiyimiz kimi, görmə qüsurlu insanlar üçün xüsusi kitablar və kompyuterlərdən başqa hər hansı bir texniki avadanlıq mövcud deyil. Ancaq bu yaxınlarda kor insanlar üçün yeni bir cihaz istifadəyə veriləcək.

Hindistanlı bir alim gözdən əlillər üçün “ağıllı telefon” hazırlayıb. Hindistanın Texnologiya İnstitutunun və L. V. Prasad Göz İnstitunun dəstəyi Ardı »