Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı Melumatlarİnsan haqqında heyrətli faktlar

- Barmaqlar insanın ömrü ərzində 25 milyon dəfəyə yaxın açılıb-yumulur
- Dünyaya gəlməsinə az müddət qalmış ana bətnindəki uşaqlar rok musiqisinə və yüksək səsə təpik ataraq reaksiya verirlər:

- Hər 20 nəfərdən birində, xüsusən də kişilərdə qabırğaların 1-i artıq olur:
- Böyrəklər gün ərzində qanı 300 dəfə təmizləyirlər:
- İnsanın başında 100 minə yaxın saç olur:

- İnsan genləri ilə şimpanze genləri arasında bənzərlik 98,4 faizdir:
- 300 sümüklə dünyaya gələn insanda yetkinlik dövründə sümüklərin sayı 206-a düşür:

- Diş minası insan bədənində ən sərt maddədir
- İnsan aclıqdan əvvəl yuxusuzluqdan ölür:
-Hər min körpədən biri tək dişlə doğulur. - Barmaqlar insanın ömrü ərzində Ardı »

Maraqlı MelumatlarRobot, Argentina, Xuliqan

Robot

İyirminci əsrin məşhur çex yazıçısı Karel Çapek 1920-ci ildə “R.U.R.” (“Rossumun Universal Robotları”) elmi-fantastik pyesini nəşr etdirərkən əslində, dünyəvi lüğətə yeni söz ərmağan edəcəyindən bixəbərdi. Pyesdə hadisələr “robot” adlı “süni insanlar” istehsal edilən zavodda baş verir. Zahirən insanlardan fərqlənməyən bu “robot”lar əslində müasir “android” məfhumuna daha yaxın idilər. Pyesdə insanlara xidmət etməkdə həvəsli “robot”ların bir müddət sonra insanlara qarşı üsyanı təsvir edilib.
Kəliməbaz, Robot
K.Çapekin sözlərinə görə, “robot” sözünü özü deyil, rəssam qardaşı Yozef Çapek ixtira etmişdi. O, əvvəlcə məxluqları latınca “işçilər” mənasını ifadə edən “labori” adlandırmaq istəyir. Amma bu kəlmə könlünə yatmır və məsləhət üçün qardaşına müraciət edir. Yozef Çapek isə çex Ardı »

Maraqlı MelumatlarTək qaş üzüyün tarixcəsi

Nişan üzüyü sadəcə bir bəzək əşyası deyil. Nişan – həyatın ən unudulmaz anlarından biridir, bu anı daha da təsirli edən nişan üzükləridir, xüsusən də tək qaş üzüklərdir…
Saray qadınlarının əvəzolunmaz zinət əşyalarından biri də dəyərli qaşlar olub

Zinət əşyası dedikdə ilk olaraq ağla brilliant gəlir. Rənglilər isə brilliant qaşlarla sintez edilir. Keçmişdə isə hər cür dəyərli qaş zinət əşyalarında istifadə edilirdi, onların uyğunluğundan çox bolluğuna fikir verilirdi. Məsələn Osmanlı saraylarında zinət əşyaları dəbdə idi. Bu gün də biz keçmişdə zinət əşyalarının hansı mənanı verdiyini və necə istifadə edildiyi haqqında danışacağıq.

Statusun simvolu
Ləl-cəvahirat Osmanlı saraylarında təkcə bəzək əşyası deyil, sosial statusu da göstərən fərqli Ardı »

Maraqlı MelumatlarÜçayaqlı futbolçu

Françesko Lentini (1881-1966, İtalyan) üç ayaqlı olaraq tanınmağa kiçik yaşlarından başladı. On iki övladdan təkcə fərqli olan o idi və fərqli cəhəti- fiziki qüsuru nəslindəki heç kimdə rast gəlinməmişdi.

Deyilənə görə, o doğulanda onun doğumunu həyata keçirən həkimlər qışqıraraq dəhşət içində qaçıblar. Təcrid olunmaq, uğursuzluq sayılmaq, qorxulmaq onun özünə inamsız və çox pis psixologiya ilə böyüməsinə səbəb olur. Adətən bu cür insanlar "özü kimilərdən" fərqlənmək istəyirlər, yetəri qədər iradəsi olarsa, xüsusi bir hobbi seçir, müəyyən sahədə özlərini inkişaf etdirirlər. O, beləcə yaş keçdikcə 3-cü ayağına öyrəşir. Anasının qarnında ikən inkişaf etməmiş əkizini ölənə qədər bədənində daşıyan Lentininin 3-cü ayağı normal 2 ayağına Ardı »

Maraqlı MelumatlarHəftənin günləri

Sən demə, bu günlər bir çox Avropa dillərində (ingilis, fransız, italyan və ispan dillərində) istifadə olunan həftə günlərinin adı ay adları kimi qədim dövrlərdə
pərəstiş olunan tanrıların adları ilə əlaqəli imiş.
Birinci gün- Monday (Ay günü)
İkinci gün- Tuesday (Mars günü)
Üçüncü gün- Wednesday (Merkuri günü)
Dördüncü gün- Thursday (Yupiter günü)
Beşinci gün- Friday (Venera günü)
Altıncı gün- Saturday (Saturn günü)
Bazar günü- Sunday (Günəş günü) Ardı »

Maraqlı MelumatlarKişilər də nə vaxtsa qadınlar qədər yaşayacaqlarmı?

Kişilər də nə vaxtsa qadınlar qədər yaşayacaqlarmı?

Çoxdan məlumdur ki, qadınlar bir qayda olaraq kiçşilərdən çox yaşayırlar. Lakin London İmperiya Kollecində aparılmış bir tədqiqat göstərib ki, bu gender fərqi getdikcə daralmaqdadır.

Tədqiqatın nəticələrinə görə, 2030-cu ildə İngiltərə və Uelsdə kişilər orta hesabla 85, 7 il ömür sürəcəklər. Bu, qadınların göstəricindən 2-cə il azdır.
Halbuki 1981-ci ilin göstəricələrinə görə, qadınlar adətən kişilərdən 6 il çox yaşayırdılar.
Amma, axı bu fərq niyə mövcuddur və nə vaxtsa tamamilə aradan qalxacaqmı?

Və ya bu fərq həmişəmi mövcud olub?

Beyaz.Az BBC-yə istinadən bildirir ki, Cass Biznes Məktəbindən professor Les Mayhew deyir ki, 1909-cu ildə qadınlar kişilərdən cəmi 2,5 il çox yaşayıblar.

Bu elə bir dövr Ardı »

Maraqlı MelumatlarQızla oğlan sadəcə dost ola bilərmi?

Viskonsin universitetinin tədqiqatçıları müəyyən ediblər ki, kişi və qadın arasındakı istənilən dostluqda güclü cinsin nümayəndəsi öz seksual hisslərini idarə etməkdə çətinlik çəkir. Qadınlarsa əksinə, dostluğa normal baxırlar. Qadınların dostlarına qarşı seksual hissləri yalnız öz ərləri və ya sevgililəri ilə problem yarandıqda üzə çıxır.
Tədqiqat zamanı dostluq münasibətində olan 88 cüt kişi və qadından bir-birinin cəlbediciliyini qiymətləndirmək xahiş edilib. Sun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dostlar arasındakı sorğu gizlin aparılıb. Həm evli, həm də subay kişilər rəfiqələrini seksual və cəlbedici hesab ediblər. Kişilər onlarla sevişmək istədiklərini də bildiriblər. Bundan əlavə kişilər elə hesab ediblər ki, qadın dostlarının da onlara qarşı seksual hissləri Ardı »

Maraqlı MelumatlarTələbələrin ən çox işlətdiyi yalanlar

Tələbələr bir-birilərini müdafiə etmək üçün hər cür yalan deyə bilərlər. Bu yalanlar çox təbii və hərdən də çox gülməli görünür.
Bəs tələbələrin ən çox işlətdiyi yalanlar hansılardır?
1. "Müəllim, qayıb yazmayın, indi gəlir”
Tələbənin ən yaralı yeri qayıbdır. Hətta bizə uşaq vaxtı deyilən "Filan şeyi sayma, azalar” misalı da qayıb mövzusunda gücsüzdür. Qayıb yeganə şeydir ki, saydıqca artır.
2. "Oxuduğumdan biri də düşmədi”
Bu hal, necə deyərlər, "başımıza gələndən sonra başmaqçı oluruq”. İmtahanda qəfil elə bilet düşür ki, hamısı zəif bildiyimiz mövzular olur. Qonşu tələbənin biletindəkiləri isə əzbər bilirik. Bunun sadəcə "şanssızlıq”dan adı yoxdur.
3. "O, uzaqda qalır”
Yenə qayıb dərdinin üstünə gəlirik. Qayıb yazdırmamağın başqa bir bəhanəsi Ardı »