Maraqlı Melumatlar → Fərqli gözəllik - FOTO
Fotoqraf Katrina Emmanuel "Refashion Book" üçün fotosessiya hazırlayıb.
Beyaz.Az "Staple Beauty" sessiyasını təqdim edir.
Ardı »
Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən
Fotoqraf Katrina Emmanuel "Refashion Book" üçün fotosessiya hazırlayıb.
Beyaz.Az "Staple Beauty" sessiyasını təqdim edir.
Ardı »
Təbiətdə hər şey gözəldir.İnsanın yaşadığı mühiti isə çiçəklər və güllər,onların ətri,rəngarəngliyi daha gözəl bəzəyir.Çiçək və güllər insana sevinc,fərəh,inam gətirir.Buna hələ çox keçmişlərdən insanlar diqqət yetirmişlər,onlara rəmzi mənalar vermişlər.Bunlardan aşağadakılar daha geniş yayılmışdır:
Qızıl gül,qırmızı rəng --- məhəbbət və həyat,razılıq almaq,təntənə,qələbə
Qərənfil --- ehtiras
Su zanbağı --- su pərisi
Astra --- qəm-qüssə,xatirə
Sarı gül --- ayrılıq
Qanqal --- dəlicəsinə sevmək, "sevgidə qorxu bilmir"
Limon yarpağı Ardı »
Tarixin axınını dəyişdirən amansız, zalım diktatoru kim sevər? Hansı qadın əlləri yüzlərlə insanın qanına bulanmış diktatorla yaşamaqdan həzz alar? Bu qadınlar da onlar kimi amansızdırmı?
Bütün bu suallara oxucular Diana Dükretin bestseller olmuş “Diktatorların qadınları” adlı kitablar seriyasında cavab tapa bilər. Kitabda Səddam Hüseyn, Kim Çen İr, Mussolini, Hitler, Çauşevski
kimi məşhurların qadınları və gizli sevgililəri haqda
maraqlı məlumatlar yer alıb.
2006-cı ildə Sarbon Universitetində fəlsəfə tarixi üzrə təhsil almış Dükretin kitabı keçən il yayımlanıb. 100 mindən çox nüsxə ilə satılan, 20-dən artıq dilə tərcümə olunan kitabın bu il ikinci hissəsi də nəşr olunub.
Kitabdan seçmələr:
— Kuba lideri Fidel Kastro 1959-cu ildə “MS Berlin” adlı gəmi Ardı »
Qadınlardan, xüsusilə də gözəl qadınlardan casus kimi istifadə olunması ənənəsinin tarixi qədim dövrlərə gedib-çıxır. Bu ənənə indi də davam etdirilir. Əsrlərboyu yüzlərlə, minlərlə, on minlərlə casus qadın olub, müxtəlif əməliyyatlar həyata keçiriblər. Onların çoxu barədə, demək olar ki, heç nə bilmirik. Amma fəaliyyəti ilə dünyaya səs-küy salan, adı tarixə düşən casus «ledilər» də az deyil.
Cazibədar casus
2010-cu ilin yayında Vaşinqtonla Moskva arasında aparılan casus mübadiləsi, xüsusilə də, Anna Çapman adı, yəqin ki, hamının yadındadır. Rusiyanın ABŞ-dakı casus şəbəkəsinin əsas simalarından olan Anna Çapman azadlığa buraxılandan sonra, haqqında söz-söhbətlər yayıldı.
Anna 1982-ci ildə Rusiya xüsusi xidmət orqanının əməkdaşı olan Vasili Kuşenkonun ailəsində anadan olub. Ardı »
İnsan beyninin yaddaş tutumu 2.5 milyon GB-dır. Bu maraqlı məlumat Türkiyənin Uludağ Universitetinin “NBeyin” adlı konfransında səsləndirilib. Sözügedən bu rəqəm, 300 il davam edən HD film yazısının həcmi ilə ekvivalent tutulur.
Bu məlumatların müəllifi Dos. Dr. Sinan Canan, konfrans iştirakçılarına beyin fiziologiyası haqqında məlumatlar verib. Yaddaşın xüsusiyyətlərindən hesab olunan dəqiqlik, yaddaşın həcmli olması, yadda saxlamanın sürəti, yaddaş təzələnməsi, yaddan çıxarmanın sürəti və s. məsələlər kompüterdəki bəzi parametrlərə uyğun gəldiyindən həmin məsələlərə də toxunulub.
Elm adamları beynin kompüterə tam bənzəmədiyini bildirib. Onun sözlərindən aydın olur ki, insan beynində iki dənə bir-birinə bənzəyən sinir hüceyrəsi olmadığından hüceyrələr arası əlaqələrin sayı Ardı »
Özlərini bilərəkdən ölümün ağuşuna atanlara ilk dəfə Yaponiyada rast gəlinib. Onlar kamikadzelər adlandırılır. Yapon sözü olan «kamikadze»nin mənası «müqəddəs külək» deməkdir. Bu adı yaponlar ilk dəfə 1274 və 1281-ci illərdə monqolların Yaponiya sahillərinə yan almaq istəyən hərbi gəmilərini məhv etmiş tayfun küləyinə veriblər.
Çox-çox sonralar-XX əsrin ikinci yarısında isə II Dünya Müharibəsi zamanı düşmənə qarşı döyüşlərin iştirakçıları olmuş ölümə məhkum yapon təyyarəçilər də kamikadzelər adlandırılıb. Ümumiyyətlə, II Dünya müharibəsi zamanı kamikadzelik Yaponiyada böyük bir hərəkatın tərkib hissəsi olub. Bu hərəkata qoşulanlar qulluq etdikləri əqidə və ya ideya uğrunda könüllü ölüm yolunu seçiblər.
Yaponiya imperatoru uğrunda ölümə gedən bu adamlar gündoğar ölkəyə və rəhbərə Ardı »
Cinsi zorakılıq, ölüm, kütləvi qətl səhnələri ilə dolu olan filmlər çox vaxt tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Dünyanın bir çox ölkələrində məhz bu səbəblərdən dolayı bəzi qorxu filmləri qadağan edilib. Amma buna baxmayaraq bu tərz filmlərin çoxlu sayda izləyicisi var.
Bir çox ölkədə qadağan edilmiş 10 ən məşhur qorxu filminin siyahısı:
qorxu filmi - Grotesque1."Qrotesk"
Qrotesk ("Grotesque") 2009-cu ildə Yaponiyada çəkilən qorxu filmidir. Film iki gənc cütlüyün küçədə oğurlanmasından və bir ruhi xəstə tərəfindən işgəncələrə məruz qalmasından bəhs edir. Çox kəskin zorakılıq səhnələrinə görə film Böyük Britaniya da daxil olmaqla, bir çox ölkələrdə qadağan edilib.
2."Mikey"
1992-ci ildə təqdim edilən filmə bir çox ölkələrdə qadağa Ardı »
Fast food şəbəkəsi Subway restoranlarının sayında əsas rəqibi McDonald'sı ötərək dünyanın ən böyük restoranlar şəbəkəsinə çevrilib. Wall Street Journal-ın verdiyi xəbərə görə, 2010 -cu ilin sonunda bütün dünya üzrə Subway- in 33749, McDonald's- ın isə 32737 satış nöqtəsi var idi. ABŞ-da olan restoranlarının sayına görə Subway McDonald's- ı hələ 9 il əvvəl ötmüşdü.
subway
Subway ABŞdan kənarda ilk restoranını 27 il əvvəl 1984 - cü ildə Bəhreyndə istifadəyə vermişdi. Hal-hazırda ABŞdakı restoranlar istisna olmaqla Subway- in bütün dünya üzrə 10 minə yaxın satış nöqtəsi vardır. Onların illik gəliri 4,7 milyard dollar təşkil edir.
Yerli qida şəbəkələri Amerikan bazarını tam təmin etdiklərinə görə ilk öncə Ardı »