Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller" Salarsan " qəzəli

Birdən yolunu, ey dil, o gülzarə salarsan,
Bir bunca şirin canuvu azarə salarsan?

Aldanmayasan bir də o tərsayə məbadə,
Öz boynunu bir həlqeyi-zünnarə salarsan.

Zülfü-siyəhin, ey pəri, nolar çək üzündən,
Ağ lövhəsinə qismətimin qarə salarsan.

Əndişədəyəm hər iki aləmdən, əzizim,
Birdən məni qəsd eyləyib avarə salarsan.

Hicran əvəzi zənbilinə bəxtimin axir
Nolar, bir ölüm adlı, gülüm, çarə salarsan.

O can evimi təmir edərsən qabağında,
Göz yaşıma layiq qoşa fəvvarə salarsan.

Altdan yazıb aşiq yaşayıb burda filan vaxt,
Üstdən də cavan şəklimi divarə salarsan.

Yasin, giley etmə dəxi, könlündə nə varsa,
Eşqiylə yarın yazdığın əşarə salarsan. Ardı »

Qezeller"Ağladım bəski, fərağında, nəfəsdən düşdüm"

Ağladım bəski, fərağında, nəfəsdən düşdüm,
Nalə çəkdim o qədər, axırı-səsdən düşdüm.

İstədim vəslə yetib, canımı qəmdən qutaram,
Məni-qafil, demə, dəryaya Ərəsdən düşdüm.

Görmədim bir nəfəs azad özümü aləmdə.
Gördüyün bu qəfəsə özgə qəfəsdən düşdüm.

Ömr sənsiz o qədər keçdi qəfəs küncündə,
Soldu hüsnün çəməni, mən də həvəsdən düşdüm.

Mən idim gülşəni-hüsnündəki şeyda bülbül,
Bəs ki, fəryad elədim, pak nəfəsdən düşdüm. Ardı »

Qezeller" Yoxdur mənə bənzər çiyəri parələr içrə " qəzəli

Yoxdur mənə bənzər çiyəri parələr içrə,
Biçarə mənim tək hanı biçarələr içrə.

Sinəm dağının yarəsini gördüsə hər kim,
Yoxdur belə bir yarə, dedi, yarələr içrə.

Əhvalımı bildikdə təbibim dedi: ey vay,
Bir çarə sənin dərdinə yox çarələr içrə.

Bəxt ulduzu imdadıma gəlmir nə zamandır,
Batmış o üzüqarə də səyyarələr içrə.

Zülfün qara, xalın qara, çeşmin qara, ey gül,
Rüzgarım olubdur qara bu qarələr içrə.

Çox aşiqi avarə salıb, ey könül, eşqi,
Yasin kimisi yoxdur o avarələr içrə. Ardı »

Qezeller"Qönçə görsə ləbini, ağzını pünhan eylər"

Qönçə görsə ləbini, azğzını pünhan eylər,
Lalə tək bağrını ləlin-həvəsi qan eylər.

Güli-rüxsarına bülbüllər olubdur mail,
Gecə-gündüz bu səbəbdəndi ki, əfqan eylər.

Arizin içrə yəqin zülfünü görmüş sünbül,
Günəş içrə səri-zülfünü pərişan eylər.

Verir İsa kimi min mürdəyi-sədsaləyə can,
Hər zaman ləblərini kim şəkərəfşan eylər.

Bu cəfapişə əlindən cigərim qan olmuş,
Hər baxanda üzünə könlümü viyran eylər.

Bu qədər cövrü cəfa çəkmisən ol məhrudən,
Qasir axirdə sənin dərdinə dərman eylər. Ardı »

Qezeller"Çıxarıb"

Yarımın ayrılığı ruhu bədəndən çıxarıb,
Mən ona neyləmişəm heyfini məndən çıxarıb.

Çıxdı canım, bu nədir qəmzəsi min canlar alan
Məgər ol atdığı peykanını təndən çıxarıb.

Ol gülə həsrətəm ey dil,elə bil fəsli-xəzan
Yetişib,bülbüli-şeydanı çəməndən çıxarıb.

Bir gün əlbəttə ki,aləmdə cəzasın çəkəcək,
Zülm edib kim ki,bu məzlumu vətəndən çıxarıb.

Yoxmu dərk əhli bu gün dərk edə söz hikmətini,
Ol qədər gənci-nihan yar dəhəndən çıxarıb.

Çoxdur elm əhli nə xeyri,gecə-gündüz oxuyub
Hər yetən bir cürə mənanı süxəndən çııxarıb.

Əhli-eşqə o qədər tənə edibsən zahid,
Bu Qəvimi əvəzin sanma ki,səndən çıxarıb. Ardı »

Qezeller" Yazdı təbiət dəyişib köynəyin " qəzəli

Səri'i-müsəddəsi-mətviyyi-məkşuf
müftə'ilün müftə'ilün fA'ilün



Yazdı təbiət dəyişib köynəyin,
Gün gütürüb gözlərinin eynəyin.

Sanki yaşıl don geyinib çöl-çəmən,
Dağlar atıbdır başının örpəyin.

Göydə buludlar sıyırıb qurşağın,
Ağzı açılmış elə bil şimşəyin.

Gəldi bahar düz qapının ağzına,
Verdi qış əldən açarın, dəstəyin.

Yasin onu şerdə təsvir edir,
Ayrıca bir ləzzəti var görməyin. Ardı »

Qezeller"Unudulmuş da, atılmış gülü sevda kimiyəm"

Unudulmuş da, atılmış güli-sevda kimiyəm,
Gözlərimdən çəkilən bir dəmi-röya kimiyəm.

Hicr əlindən ürəyim qanə dönər şamü səhər,
Üzünün nuruna həsrət şəbi-yelda kimiyəm.

Neyləmişdim sənə mən, böylə vəfasız çıxdın
Həsrətindən üzülən bülbüli-şeyda kimiyəm.

Hər keçən yolçudan ağlar gözüm əhval sorar,
Hər buluddan su uman bir quru səhra kimiyəm.

Sənə bel bağladım, atdın məni, ey munisi can
İndi sənsiz yaşaram, tarixi-dünya kimiyəm.

Əhdə sadiq, gözü yollarda Nigaram sənsiz,
Bivəfa, eşqinə pərvanə Züleyxa kimiyəm. Ardı »

Qezeller"Belə qəmli-qəmli baxma"

Baharım dönər xəzanə,belə qəmli-qəmli baxma,
Ürəyim gələr fəqanə, belə qəmli-qəmli baxma.

Nə qədər ki,sağdı canım,bu cəhanda aşiyanın,
Bax ümid ilə cəhanə, belə qəmli-qəmli baxma.

Hani məndə tabü taqət ki çəkim bu qədri möhnət,
Məni çəkmə imtəhanə, belə qəmli-qəmli baxma.

Nə cəfadı dözmək olmur,nə cəzadı çəkmək olmur,
Ki canım gələr cəzanə, belə qəmli-qəmli baxma.

Eyləyib qəmin əsiri gülüm Əşrəfi-fəqiri,
Belə qoyma yanə-yanə, belə qəmli-qəmli baxma. Ardı »