Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller"Hər gün Aşuradır ey dil,Kərbəladır hər tərəf"

Hər gün Aşuradır ey dil,Kərbəladır hər tərəf,
Ta yetib mahi-Mühərrəm pürbəladır hər tərəf.

Kərbəla qovğası aləmdə dəmadəm yad olur,
Səndə gəl yad eylə ki,ahü nəvadır hər tərəf.

Qeyri-mümkündür bu gün məhzun könül ah etməsin,
Möhnətü dərdü bəlayə mübtəladır hər tərəf.

Qətl edib Ali-Əbanı qövmi-zalım zülm ilə,
Ol səbəbdən sərbəsər bəzmi-əzadır hər tərəf.

Yoxdu şadlıqdan əsər,aləm geyib qarə libas.
Əhli-Beyt olmuş şəhid matəmsəradır hər tərəf.

Qərq olub göz yaşına indi Hüseyn aşiqləri,
Harə baxsan aşiqi-bəxtiqəradir hər tərəf.

Ağlayarsa kim Hüseynə bil günahı əfv olar,
Ey Qəvimi,rəhməti-Bari-Xudadır hər tərəf. Ardı »

Qezeller"Qalıbdır"

Ürəyimdə, ey nigarım, o qəmim həmin qalıbdır,
Mənə vəslədək əmanət verilən qəmin qalıbdır.

Puç olur əgərçi səhra gəzə aşiq eşq üzündən,
Gəlib əqli kara, Məcnun yaradıb zəmin qalıbdır.

Nəzərimdə,-illər ötmüş,- günümü qaraldan afət,
Gözü türk, xali hindu, qara zülfi çin qalıbdır.

Bu mələk siyasət ilə qılıb öylə sehr icad,
Ki görən olur əsiri nə ki, insü cin qalıbdır.

Könül oldu bir zamanlar, neçə işvəkarə mənzil,
Gedib indi hami, sakin tək o nazənin qalıbdır.

Məni yandırır dəmadəm ki, sücudun eylədim tərk,
Bu büt ilə ta o vəqtdən aramız sərin qalıbdır.

Yenə Bizəban həmindir, yenə eşqdə mətindir,
Həzin idi onda qəmlər yenə də Ardı »

Qezeller"Fəğan ki, künhi-qəmi-can bilinmədi, qaldı"

Fəğan ki, künhi-qəmi-can bilinmədi, qaldı,
Təvəqqei-dili-nalan bilinmədi, qaldı.

Simati-dəhrdə hər kəs nəsibini buldu,
Nəsibi-zümreyi-rindan bilinmədi, qaldı.

Cəfayi-firqəti-canan bilindi muybəmu,
Səfayi-vəsl-kamakan bilinmədi, qaldı.

Cahanda hər mərəzə bir əlac olub peyda,
Fəraq dərdinə dərman bilinmədi, qaldı.

Kitabi-eşqdə dərki-üqul əcz bulub,
Həzar nükteyi-pünhan bilinmədi, qaldı.

Bilindi qisseyi-aləm, səbahi-həşr oldu,
Hekayəti-şəbi-hicran bilinmədi, qaldı.

Kimin əsiri, kimin namuradiyəm, Hakam,
Nədir bu etdiyim əfğan bilinmədi, qaldı. Ardı »

Qezeller" Günüm pis keçmir " qəzəli

Min şükür dərd ilə ülfətdə günüm pis keçmir,
Fikr ilə hər gecə söhbətdə günüm pis keçmir.

Doymuram hər günüm üçün Ona şükranlıqdan,
Razıyam, Rəbbimə minnətdə günüm pis keçmir.

İstəyim, qəsdim əziz yarıma can verməkdir,
Belə xoş arzuda, niyyətdə günüm pis keçmir.

Dərdi hər gün çəkirəm söhbətə xəlvət yerdə,
Çəksə də xeyli bu, xəlvətdə günüm pis keçmir.

Hər şeyim var, nəsə çatmırsa da dərdim yoxdur,
Buna da min şükür, əlbəttə, günüm pis keçmir.

Ümidim vəslə kəsilmir, ötür hərçənd ömrüm,
Bu ümidlə hələ həsrətdə günüm pis keçmir.

Mənə divanə deyirlər tanıyanlar, ancaq
Elə “arif”lərə nisbətdə günüm pis keçmir.

Müxtəsər, yoxdu gileylənməyə haqqım, Yasin,
Ardı »

Qezeller"Çıxdı əbri-bərgdən kövkəb kimi rüxsari-gül"

Çıxdı əbri-bərgdən kövkəb kimi rüxsari-gül,
Ləmə-ləmə nur saçdı aləmə ənvari-gül.

Məşriqi-şaxi-zəbərcədən çıxıb xurşid tək,
Bərq qıldı cümleyi əzharidən izhari-gül.

Şərbəti-safi bənəfşə lalənin camındadır,
Xəsteyi-səhhət verir, hər kim ola bimari-gül.

Bülbülə dərdi-dilin eşqində tibyan etməgə,
Qönçədən məkşuf olur şax üstünə tumari-gül.

Misri-mülk məhv olub, nəqli-Züleyxa oldu həkk,
Hər tərəf min Yusifə zinət verir bazari-gül. Ardı »

Qezeller"Könül tutmuş vətən ol türreyi-tərrar arasında"

Könül tutmuş vətən ol türreyi-tərrar arasında,
Əcəb divanədir məskən salıb şahmar arasında.

Könül cəmiyyəti-zülfün içində tarü mar olmuş,
Belə aşüftəlik ol şanədəndir tar arasında.

Çərizi-eşqinəm, sorsam ləbindən şərbət incinmə,
Gözüm,bu rəsmdir sorma dəva bimar arasında.

Xətü-xalın əsiridir könül,zülfün giriftarı,
Mənimtək qalmasın kimsə belə küffar arasında.

Siyəh zülfün tökülmüş gör necə rüxsari-al üzrə,
Təəccübdür ki,əfi mənzil etmiş nar arasında.

Hədisi-ləblərin şərhini yazmaq cox güvaradır,
Ki olmaz bir belə şirin kəlam əşar arasında.

Qaşın tiğü,gözün xəncər çəkib qətlimə gəlmişlər,
Qalıbdır binəva Məxfi neçə xunxar arasında. Ardı »

Qezeller"Əgər murad isə vermək səfayi-cövhəri-ruh"

Əgər murad isə vermək səfayi-cövhəri-ruh,
Fələkmisal yerit sağəri-şərabi-səbuh.

Buyurma tövbə mənə ol şərabdən, naseh
Ki, görsə onu tutar cəzm tərki-tövbə Nəsuh.

Hücumi-qəmdə mənə onu etdi zövrəqi-mey
Kim etmədi onu, tufan olanda kəştiyi-Nuh.

Müdam çeşmimə qan doldurur xədəngi-qəmin,
Yuva başımda tutan quşları edib məcruh.

Dil oldu daği-fərağınla şərhə-şərhə, vəli
Nə sud, çün sənə olmadı hali-dil məşruh.

Tənimdə sancılı navəklərinlə şadəm kim,
Dəri-bəla bu kilid ilədir mənə məftuh.


Füzuli oldu belin fikri ilə muymisal,
Hənuz bulmadı ol sirrə ehtimali-vüzuh.
Məhəmməd Füzulu Ardı »

Qezeller" Yox bir aşiq ki, mənim tək cigəri qan olsun " qəzəli

Yox bir aşiq ki, mənim tək cigəri qan olsun,
Cümlə aləm ona bir guşeyi-zindan olsun.

Salıb öz meylini könlüm quşu bir tərsayə,
Çox çətin küfrə uyan bir də müsəlman olsun.

Dözmək asan deyil hicrana axı, ey naseh,
Demək asandı bu müşkül dəxi asan olsun.

Ey təbib, gəlmə mənim üstümə bica yerə, bil,
Sən bilən dərd deyil eşq, ona dərman olsun.

Döz, deyən çoxdu hələ, bəs bu məgər mənlikdir?
Dözməyə hicrə gərək canda bir imkan olsun.

Evi yanmış o rəqib can evin alt-üst elədi,
Dağılıb öz evi, öz xanəsi viran olsun.

Qurana and içib əğyar dəxi, bizlə yox işi,
Qoy qənim qəlbi Ardı »