Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QaraqoyunlularCahanşah Həqiqi

Uşaqlıq və gənclik illəri[redaktə]
Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur.

Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa Ermənistan, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olur. Cahanşah hələ erkən yaşlarından atası Qara Yusifin hərbi yürüşlərində və dövlət idarəçiliyində iştirak edərək həm də yaxşı təhsil almışdır. O öz dövrünün ən savadlı və maarifpərvər hökmdarlarından sayılır. 1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə Ardı »

QaraqoyunlularÇapaqcur döyüşü (1387)

Çapaqcur döyüşü —Qaraqoyunlular ilə Əmir Teymurun qüvvələri arasında baş vermişdir. 1387-ci ilin yazında, Çapaqcur döyüşündə Qara Məhəmməd bəy Baranlı Əmir Teymurun hərbi qüvvələrini məğlub etdi. Lakin onun ölümündən sonra Əmir Teymurun orduları Qaraqoyunlular tayfa birliyinin mərkəzi olan Van şəhərini tutdular. Ardı »

QaraqoyunlularQara Yusifin Ölümündən sonra

Qara Yusifın ölümü Qaraqoyunlu ordugahında böyük qarışıqlığa və hərc-mərcliyə səbəb oldu. şahzadələrdən heç biri burada deyildi; Şahməhəmməd Bağdadda, isgəndər Kərkükdə, ispənd Adilcəvazda, CahanŞah Sultaniyyədə, Əbu Səid isə Ərzincanda idi. YaxınlaŞan Teymuri qoşunundan vahiməyə düşmüş Qaraqoyunlu əmirləri ordugahdan qaçdılar. Bir dəstə adam Qaraqoyunlu padşahının cəsədi olan otağa girdi, buranı qarət etdi, cəsədin əynindən paltarını çıxardı, hətta onun qulaqlarındakı qızıl sırğaları da bıçaqla kəsib götürdü. Yalnız iki gündən sonra Qara Yusifin cəsədi Təbriz əyanları (Seyid Məhəmməd Keçəçi və başqaları) tərəfindən götürüldü, Təbrizə, buradan da Ərcişə - ata-babasının məzarları yanına gətirildi və dəfn edildi. Təbriz əyanlarının Qara Yusifə qarşı belə münasibəti onu göstərir ki, Ardı »

QaraqoyunlularCahanşahın Divanının tarixçəsi

"Divan"ının macərası da şairin həyatı qədər maraq doğurur. Tədqiqatçılar uzun müddət həmin divandan xəbərsiz olduqlarından onu itmiş zənn etmişdilər. Və yalnız 1961-ci ildə əlyazmanın sirri açıldı. Məlum oldu ki, Həqiqinin "Divan"ı uzun müddət İstanbulda, türk sultanlarının saray kitabxanasında saxlanılıb. Sultan Əbdülhəmidin dövründə əlyazma kitabxanadan itmiş, bir müddət sonra isə Misirdə, İskəndəriyyə kitabxanasında tapılmışdır. Lakin sonradan buradan da yoxa çıxaraq, dünyanı gəzə-gəzə Londona gəlib çıxmışdır. Məşhur şərqşünas alim Minorski onunla burada tanış olub. Lakin əlyazma burada da qalmır. Nyu-Yorka, erməni kolleksiyaçısı Arutyun Qazaryanın şəxsi arxivinə düşən əlyazma buradakı başqa əsərlər kimi, onun vəsiyyətinə əsasən, İrəvan Universitetinə gətirilir. Azərbaycan alimi Lətif Hüseynzadə "Divan"ı Ardı »

QaraqoyunlularBaharlılar (kitab)

Baharlılar — Ənvər Çingizoğlunun Baharlı oymağı haqqında yazdığı kitab.

Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun bu günlərdə “Baharlılar” adlı kitabı çapdan çıxıb. Kitabın rəyçiləri tarix elmləri doktoru Nərgiz Quliyeva, tarix elmləri üzrə fəlsəfə doktoru Tofiq Nəcəfli, redaktoru Vasif Quliyev, məsləhətçisi Sevda Məmmədova-Baharlıdır. Kitab giriş və üç fəsildən ibarətdir.

Nəşrdə Azərbaycan xalqının etnogenezində, maarif və mədəniyyətində önəmli rol oynamış Qaraqoyunlu elinin, onun böyük qolu olan Baharlı oymağının yaşam yolundan bəhs edilir. XVIII-XX yüzilliklərdə Qarabağda və onun bir hissəsi olan Baharlı camaatının həyatında baş verən önəmli olaylar, həyat salnamələri səhih faktlarla qələmə alınıb. Arxiv və araşdırma materiallarına istinad edilərək baharlıların demoqrafik mənzərəsi yaradılıb. Ardı »

QaraqoyunlularƏlişəkər bəy Baharlı

Həyatı[redaktə]
Əlişəkər bəy Baharlı Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti dövründə uzun illər Həmədan, Borucerd və Nəhavənd hakimi olmuşdur. Əlişəkər bəy Baharlı 1457-ci ildə Mardin döyüşündə Ağqoyunlu Uzun Həsənə əsir düşmüş, bir müddət həbsxana həyatı yaşamalı olmuşdur. Lakin Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın köməyi ilə əsirlikdən azad edilmişdir. Əlişəkər bəy Baharlı yenidən Həmədan hakimi olmuşdur.Farüq Sumər Əlişəkər bəyi Baharlı tayfasının böyük əmirlərindən saymışdır.

Orxan Zakiroğlu (Baharlı) orta əsrlərə aid mənbələrə istinadən yazır ki, Əlişəkər bəyin dörd oğlu və iki qızı olmuşdur. Mənbələrdə onun Məhəmməd bəy, Pirəli bəy, Yarəli bəy, Bayram bəy adlı dörd oğlunun, Paşa Bəyim adlı bir qızının Ardı »

QaraqoyunlularVəzirəli xan

Vəzirəli xan ibn Mirzə Yəhyaəli xan Baranlı (19 aprel, 1780 - 15 may, 1817) — Aud nəvvabı.

Həyatı[redaktə]
Vəzirəli xan 19 aprel, 1780-ci ildə Lakhnau şəhərində anadan olmuşdu.

Vəzirəli xan 15 may 1817-ci ildə vəfat edib. Ardı »

QaraqoyunlularMirzə Məhəmməd xan Səfdər Cəng

Həyatı[redaktə]
Mirzə Məhəmməd xan Səfdər Cəng 1708-ci ildə Nişapur şəhərində doğulmuşdu.1722-ci ildə Hindistana köçmüşdü. Böyük Moğol İmperiyasının sultanı Sultan Məhəmməd şahın baş vəziri olmuşdu. 1739-cu ildə I Səadətəli xan devirib yerinə keçmişdi.

Mirzə Məhəmməd xan Səfdər Cəng 1754-cü ildə vəfat edib.

Ailəsi[redaktə]
Mirzə Məhəmməd xanın Heydər xan adlı oğlu vardı. Ardı »