Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz AlbaniyasıKalankat

Kalankat - Qafqaz Albaniyasının Uti vilayətində böyük kənd.

Ərəb coğrafiyaşünasları bu kəndi Kalankatus adlandırır və göstərirlər ki, bu kənd Bərdədən Dəbilə gedən ticarət yolu üzərində, Bərdənin 9, Matrisin 13 fərsəxliyindədir.

Əl-İdrisi Kalankatı "hasarlı kiçik şəhər" adlandırır. M.Barxudaryanın məlumatına görə 1902-ci ildə Kalankat kəndi xərabələrində bir neçə azərbaycanlı ailə yaşayırmış. Bu kəndin xarabalıqları hazırda Divdəkan kəndinin xərabələri ilə birgə Tərtər çayın sol sahilində, Qarı körpüsü yaxınlığında, Metagis kəndinin xarabalıqları arasındadır. Ardı »

Qafqaz AlbaniyasıXınıslı yaşayış yeri - İkinci dövr

E.ə. II – eramızın II əsrlərini əhatə edən ikinci dövrdə antik dövr Şamaxısının səciyyəvi şəhər əlamətləri nəzərə çarpır. Bu təbəqədə daş və çiy kərpicdən inşa edilmiş tikililərin, iri binaların, ola bilsin ki, məbədlərin divar qalıqları, əhəngdaşından yonulmuş sütunların bünövrələri aşkar olunmuşdur. Qırmızı və qara gildən düzəldilmiş çoxlu müxtəlif məmulat, zoomorf qablar, gil insan heykəlcikləri, oyma üsulu ilə maral şəkli həkk olunmuş möhür tapılmışdır. Bir sıra daş alətlər, kobud şəkildə yonulmuş daş heykəllər də bu dövrə aiddir. Dəfn abidələri içərisinə müxtəlif əşyalar qoyulmuş küp və torpaq qəbirlərlə təmsil olunmuşdur ki, bu da həmin məskənin sakinlərinin ideologiyasında dəyişikliklər baş verdiyini göstərir. Ardı »

Qafqaz AlbaniyasıHovannes

Hovannes (doğum və ölüm tarixləri bilinmir) – Xaçın knyazı. Səhl ibn Sunbatın böyük oğlu və varisi. 838 – ci ildə atası Səhl ibn Smbat tərəfindən tutulmuş Babək Xürrəmini ərəblərə təhvil vermişdir. Onun adından yazılmış və 853-cü ilə aid edilən kitabə dövrümüzə çatmışdır. Bir müddət sonra Hovannes və qardaşı Atrnerseh (ərəb dilli mənbələrdə Adərnərsə) Ərəb Xilafətinə xəyanətdə günahlandırılaraq Babəkin edam edildiyi Samirə şəhərinə aparılmışlar. Samirədən yalnız Atrneseh qayıtmış və hakimiyyəti ələ almışdır. Bəzi mənbələrdə Səhl ibn Smbatın varisinin kiçik oğlu Atrnerseh olduğu qeyd edilir. Ardı »

Qafqaz AlbaniyasıII Vardan

II Vardan — Qafqaz Albaniyasının XIII çarı. Musa Kalankatlıya əsasən 694-cü ildə atası ilə Konstantinopola gedib 711-ci ilədək əsarətdə qalmışdır. Lakin həmin illər ərzində Pavlikanlar hərəkatına qoşulanlar arasına necə keçdiyi məlum deyil. Kirill Tumanova görə o Albaniyada hökmdarlıq etmişdir və 710-cu ildən sonra vəfat etmişdir. Ardı »

Qafqaz AlbaniyasıArran (hökmdar)

Arran – Qafqaz Albaniyasının yarıəfsanəvi hökmdarı. Arran haqqında mənbələrdə olduqca az məlumat var. Moisey Kalankatlı onun I əsrdə Parfiya hökmdar sülaləsi Arşakilərdən olan I Vologez (51-78-ci illər) tərəfindən Albaniya hökmdarı təyin edildiyini və Sünik sülaləsindən olduğunu qeyd edir. Tarixçi Arranın Yafətin nəslindən olduğunu da xüsusilə vurğulayır.

Tədqiqatçılar Alban Arşakilərinə qədər Qafqaz Albaniyasında hakimiyyətdə olmuş hökmdarlarının yerli – alban mənşəli olduqlarını qeyd edir. Moisey Kalankatlı “Alban ölkəsinin tarixi” əsərində yazır:

“Burada Alban dövlətinin tarixi başlanır. Dünyanın yaranmasıilə çar Vologezin dövrünə Böyük Qafqaz dağları arasında hansı xalq yurd salıb, bu haqda oxucularımıza heç bir aydın məlumat verə bilmərik. Vologez öz hakimiyyıtini Ardı »

Qafqaz AlbaniyasıMoisey Kalankatlı

Moisey Kalankatlı (ingiliscə: Moses of Kalankatuyk; ermənicə: Մովսես Կաղանկատվացի) və ya Musa Dasxuranli" (ingiliscə: Movses Dasxuranci) - mənşəcə Qafqaz albanlarından olan tarixçi və Alban tarixçisi , "Alban ölkəsinin tarixi" əsərinin müəllifi. Kalankatlı bu əsəri böyük alban hökmdarı Cavanşirin sifarişi ilə yazmışdır.

Moisey Kalankatlı qüdrətli alban hökmdarı Cavanşirin müasiri idi. Məhz bu dövr Albaniyanın siyasi və mədəni dirçəlişi dövrü sayılırdı. Hərbi istedadı, müdrik və çevik siyasəti ilə Albaniyanı öz əzəli hüdudlarında - cənubda Araz çayından, şimalda Dərbəndədək olan ərazidə birləşdirən və bərpa edən, müstəqil daxili və xarici siyasət yeridən, alban kilsəsinin müstəqilliyini qoruyub saxlayan Cavanşir, şübhəsiz, xüsusi yazılı abidədə öz dövrünün inikasını görmək Ardı »

Qafqaz AlbaniyasıSünik - Etnik tərkibi

Kamilla Trever yazır ki: “Sünik, etnik, mədəni və siyasi baxımdan Ermənistandan daha çox Albaniyaya və Atropatenaya bağlı olmuşdur. Lakin görünür Sünik ilk alban qəbilə ittifaqına daxil olmamışdır." H. Hubşman və İ. Markvart isə Süniki ümumiyyətlə alban vilayəti hesab edirlər.

VIII əsr müəllifi Stefan Sünikli yazır: “Sünikdə və Artsakda Sünik və Artsak dillərində danışırlar.” R. Açaryan yazır:

"“Erməni xalqının və erməni dilinin formalaşmasında urartululardan başqa öz qədim dili və yazısı olan 18 xalq yaxından iştirak etmişdir. Stefan Süniklinin və başqa erməni müəlliflərinin məlumatlarına əsaslanaraq demək olar ki, VIII əsrə qədər onlardan yalnız yeddisi qalmışdır. Bunlardan biri də Sünik dili idi.” Ardı »

Qafqaz AlbaniyasıBöyük Qriqor

Qriqor (doğum və ölüm tarixləri bilinmir) – X əsrdə hakimiyyətdə olmuş Xaçın knyazı. Saak Sevadanın oğlu, Hovannes Sənəkərimin qardaşıdır. Erməni hökmdarı II Aşot tərəfindən əsir alınmış və gözləri çıxardılmışdı. Bioqrafik məlumatları saxlanmamışdır. Ardı »