Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz AlbaniyasıKatolikos Viro

Həyatı[redaktə]
Sasani-Bizans müharibəsindən istifadə edən Albaniyanın əhalisi 603-604-cu illərdə Sasani hakimiyyətinə qarşı üsyan qaldırdı. Üsyan Sasani şahı II Xosrov (591-628) tərəfindən amansızcasına yatırıldı. Bir çox görkəmli alban zadəganları öldürüldü və əsir düşdü. Yalnız alban katalikosu Viro (595-630) şahənşahın xristian arvadı Şirinin himayəsi sayəsində sağ qaldı. Şahzadə Şirin " çoxlu cəhdlərdən sonra onun (Viro) həyatını bəxşiş kimi şahdan aldı". Lakin buna baxmayaraq II Xosrov belə bir şərt qoydu ki, Viro ömrünün sonunadək "öz ölkəsinə qayıtmasın və sarayda nəzarət altında qalsın. O,(Xosrov) Vironun patriarx gəlirini əlindən almadı və onu katolikos titulundan məhrum etmədi".

Katalikos Viro ev dustağı ikən II Xosrovdan Mehranilər sülaləsindən olan alban knyazlarına Ardı »

Qafqaz AlbaniyasıQafqaz albanlarının şəxs adları

Qafqaz albanlarının şəxs adları – Müxtəlif mənbələrdə qeyd edilmiş Qafqaz albanlarına məxsus şəxs adları.

Yazılı mənbələrin yoxluğu üzündən Şimali Azərbaycan ərazisində yaşamış əhalinin eradan əvvəlki əsrlərdə siravi şəxs adları məlum deyil. Alban tarixçisi Moisey Kalankatlı ən qədim zamanlardan (əfsanəvi Yafətdən – Cənubi Qafqazda yaşayan xalqların ulu əcdadından) IX əsrə qədər yalnız albanların çarlarının adlarını vermişdir.

Antik alban çarları[redaktə]
A r a n – qədim türkcə ərən – igid, cəsur sözündən ibarətdir.

Ə r b a k – qədim türkcə ər – kişi, igid döyüşçü və bak – bəy, tayfa başçısı sözlərindəndir. Midiyada Arbak şəxs adı ilə eynidir.

Z a b a n – qədim türkcə zəban, Ardı »

Qafqaz AlbaniyasıMətndar MS 7117

MS 7117 – Mətndarda gürcü alimləri A. Şanidze və A. Abuladze tərəfindən aşkarlanmış alban əlifbası ilə olan əlyazmadır. Əlyazma XV əsrə aid edilir. Hələlik bu əlyazma alban əlifbası ilə yazılmış və dövrümüzə çatmış ən yaxşı mətnlərdən biri hesab edilir. A. Şanidze bu əlyazmanın başqa bir qədim nümunədən köçürüldüyünü qeyd edir.

Əsərin tam mətni olmadığından hələ də əlyazmanı oxumaq mümkün olmamışdır. Müxtəlif alimlər mətni udin, ləzgi və digər Qafqaz dilləri vasitəsiylə oxumağa cəhd etsələr də bütün bu cəhdlər uğurla nəticələnməmişdir. Bununla belə alban əlifbasının 52 hərfini (42 samit, 10 sait səs olmaqla) tam şəkildə müəyyənləşdirmək mümkün olmuşdur.

1998-ci ildə Gürcüstan prezidenti Eduard Şevardnadze Azərbaycana Ardı »

Qafqaz AlbaniyasıGavurqala

Gavurqala – Azərbaycan respubliksı ərazisində erkən orta əsrlər dövrünə aid şəhər xarabalığı.

Gavurqala şəhər yeri Ağdam rayonunun Boyəhmədli kəndi ərazisində yerləşir. Mərkəz hissəsi düz səthlidir. Ətraf ərazidən 6 – 8 m yüksəklidədir.

Burada ilk arxeoloji tədqiqatlar 1958 – ci ildə aparılmışdır. Qazıntılar nəticəsində ərazidə III – V əsrlərdən başlayaraq X-XI yüzilliyə qədər yaşayışı özündə əks etdirən 4 metr qalınlığında mədəni təbəqə üzə çıxarılmışdır. Yaşayış yerində əsas inşaat materialı kimi daşdan, bişmiş və çiy kərpicdən, kirəmitdən istifadə edilmişdir. Binalar yüksək sənətkarlıqla tikilmişdir.

Ağ daşdan inşa edilmiş Gavurqala kilsəsi şəhərdə memarlığın inkişafını xarakterizə etmək üçün ən gözəl nümunədir. Məbədin Şərq hissəsində xüsusi otaqdan ibarət olan mehrab Ardı »

Qafqaz AlbaniyasıGəncəli Xosrovun əzablı həyatı

Mxitar Qoşun müəllifi olduğu yeganə aqioqrafik əsər.Bəzi tədqiqatçılar bu əsəri Xosrov Gəncəliyə həsr olunmuş mədhnamə də adlandırırlar.Əlyazmada əsərin adı belədir:"Qoş ləqəbli vardapet Mxitarın yeni şəhid Xosrova həsr etdiyi mədhnamə".
Əsər quruluşuna görə iki hissəyə bölünür-Giriş və Xosrovun zahidliyi,şəhidliyi tarixi.Səlcuqluların yürüşündən sonra ölkədə "özbaşınalığın,zorakılığın və qətllərin hökm sürdüyü bir vaxtdan" bəhs edən giriş hissəsi müəyyən qədər tarixi əhəmiyyətə malikdir.Giriş bir tərəfdən Səlcuqlu əmirlikəri sayılan Xlat və Gəncə arasında gedən,Digər tərəfdən həmin əmirliklərin Gürcüstanla apardıqları uzun -uzadı müharibələr və bu müharibələrin alban əhalisini müflisləşdirməsindən bəhs edir.
Qafqaz Albaniyası ilə qonşu olan İberiya çarı da ölkəni viran qoymaq.onun əhalisini və heyvan sürülərini məhv etmək istədi;bərəkətli və Ardı »

Qafqaz AlbaniyasıKatolikos II Davud - Albaniyanın XXIV katolikosu. Sələfi Katolikos Yusif kimi o da, Amaras yepiskopl

Katolikosluğu[redaktə]
Katolikos III İohannesdən sonra kürsüyə gəlmişdi, onun qardaşı idi. 1235-ci ildə bu kürsüyə gəlmişdi. Təvazökar və mehriban xasiyyəti vardı. 22 iyul, 1240-cı ildə Həsən Cəlalın tikdirdiyi Gəncəsər monastırının açılışında 400 keşişlə birlikdə iştirak etmişdir. Nersesin haqqında eşidən Çormoqun noyonun rəiyyətindən olan Rabban bar Şayma bu barədə noyonun xanımı Eltinaya xəbər vermişdi. Çormoqunun çadırına çağrılan katolikos noyonun oğlu Bora noyonun toyunda iştirak etdi və hədiyyələr verilərək geri göndərildi. Ardı »

Qafqaz AlbaniyasıBeşbarmaq səddi

Beşbarmaq səddi - Xəzərsahili keçidini bağlayan üçüncü səddir. Gilgilçaydan cənubda Qafqaz silsiləsindən ayrılmış Beşbarmaq dağının sərt enişli ətəyindən başlayıb dəniz sahili qumsallığınacan uzanırdı. Beləliklə, qərbdən Beşbarmaq dağı şərqdən gil davarla qapanmış uzunsov sədd dar sahil keçidini bütünlüklə kəsmişdi. Beşbarmaq, Gilgilçay səddi və Dərbənd - Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş bu üç sədd dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir. Fərziyyəyə görə, onlar III-VII əsrlərdə (əvvəl Beşbarmaq, sonra Gilgilçay, axırda isə Dərbənd müdafiə səddi) çəkilmişdi. İnşa texnikasına görə Beşbarmaq və Gilgilçay səddləri Dərbənd səddinə nisbətən saya və qədimdir. Ardı »

Qafqaz AlbaniyasıMüqəddəs Şupxalişay

Katolikosluq dövrü[redaktə]
Müqəddəs Şupxalişayın katalikosluq dövrü ziddiyyətlidir. Ümumiyyətlə bəzi tədqiqatçılar onu tarixi şəxs saymırlar. S.X.Ovannesyan göstərir ki, Aluen kilsə məclisinin iştirakçısı Şupxalişay IV əsrdə katolikosluq etmişdir. Şupxalişayın müasiri alban çarı III Mömin Vaçaqan yox, II Vaçaqan olmuşdur, məclis də onun vaxtında çağırılmışdır. S.X.Ovannesyan Alban ölkəsinin tarixində və alban katolikoslarının siyahısında Şupxalişayın adı ilə bağlı ziddiyyətlərin olduğunu qeyd edir. Siyahıda Şupxalişayın adı Marifçi Qriqorinin nəvəsi Müqəddəs Qriqorisdən (IV əsr) sonra alban katolikosları sırasında verilir, kontekstdə isə o, alban çarı III Mömin Vaçaqanın müasiri (V əsr) və Aluen kilsə məclisinin iştirakçısı kimi təqdim edilir. Alban katolikoslarının siyahısına inanıb mətnin doğruluğunu inkar edən S.X.Ovannesyan Şupxalişayın Ardı »