Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz AlbaniyasıBərdə bazilikası

Bərdə bazilikası – Bərdə şəhəri ərazisində arxeoloji qazıntılar zamanı aşkarlanmış qədim üçnefli alban məbədi. Məbədin mənbələrdə tez- tez xatırlanan və uzun müddət alban katolikoslarının iqamətgahı olmuş möhtəşəm Bərdə məbədi olduğu güman edilir.

Məbəd üç yanmdairəvi absidalı, üçnefli bazilika formasına malik idi. Məbədin uzunluğu 11 metr, eni isə 6 metrdir. Yandakı neflər nisbətən ensizdir (1,52 metrlik eni vardır). Məbədin divarları müxtəlif ölçülü bişmiş kərpicdən, özülü isə çaydaşından tikilmişdir. Məbədin divarları 1,5 metr ucalığınadək salamat qalmışdır. Binaya əsas giriş qərbdən idi və bu giriş orta nefə doğru aparırdı. Məbəd xüsusi məqsədlə tikilmiş iki cüt sütunla neflərə ayrılmışdı. Məbədin döşəməsi kvadrat formalı bişmiş kərpicdən hazırlanmışdır. Ardı »

Qafqaz AlbaniyasıAlban əlifbası

Alban əlifbası ilə bağlı tədqiqatlar[redaktə]
Qafqaz Albaniyası tarixçisi Moisey Kalankatuklu yazısı olan xalqlar içərisində midiyalıları və albanları xüsusi qeyd etmişdir: "Yazıya malik olan xalqlar budur: yəhudilər, romalılar (bunların yazısından bizanslar da istifadə edirlər), ispanlar, yunanlar, midiyalılar, ermənilər və albanlar". Tədqiqatçılar müəyyənləşdirmişlər ki, uzun müddət elmi, bədii, publisistik əsərlər, kargüzarlıq sənədləri alban dilində yazılmışdır: "X əsr də daxil olmaqla alban mənbələri başlanğıcdan alban dilində tərtib olunmuşdur. Bura alban dini rəvayət ədəbiyyatı (aqioqrafiya), məktub şəklində yazışmalar, kanon ədəbiyyatı, qərarlar, salnamələr daxildir. Musa Kalankatlının "Alban tarixi" kitabı əvvəl alban dilində yazılmışdır". (48;236) Lakin alban əlifbasının nə zaman və kim tərəfindən yaradıldığı mübahisəlidir. Alban əlifbası haqqında Ardı »

Qafqaz AlbaniyasıKatolikos IX Davud

Katolikos IX Davud - Albanların LXXVIII katolikosu.

Katolikosluğu[redaktə]
Katolikos IV Qriqorisin qardaşı Bağdasarın oğlu. I Təhmasibin əmri ilə asılaraq edam edilmişdi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. Ardı »

Qafqaz AlbaniyasıXoçkorik

Xoçkorik — Qafqaz Albaniyası naxararı. Yesuagenin qeyri-qanuni oğlu idi. Tsri şəhərinin valisi idi. III Vaçaqanla birlikdə müqəddəs Pantaleonun qəbrini aşkar etmişdir. Ardı »

Qafqaz AlbaniyasıKatolikos İyeremiya

Katolikos İyeremiya - Alban katolikoslarndan biri. Katolikoslar siyahısında adı 12-ci yerdə Moisey Kalankatlı və Kirakos Gəncəli onun həm də hunların yepiskopu olduğunu qeyd edir. Alban çarı Yesuagenin hakimiyyəti dövründə katolikosluq edib. Ardı »

Qafqaz AlbaniyasıGirdman

Girdman — IV əsrdən Qafqaz Albaniyasının birinci böyük knyazları olan Mehranilər sülaləsinin irsi mülkü. Bu vilayətin lokallaşdırılması ilə bağlı üç nəzəriyyə mövcuddur. Bəziləri onun Ağsu - Girdman çayları rayonunda (I.Əliyev, F.Osmanov), digərləri müasir Qazax rayonu ərazisində (S.T.Yeremyan), üçüncü qrup isə Şəmkirçay hövzəsi ətrafında və müasir Gədəbəy rayonu ərazisində (Z.M.Bünyadov) yerləşdiyini iddia edirlər. Fəridə Məmmədova isə Girdman vilayətinin Albaniyanın şimal-qərbində, Kürün sağ sahilində, erməni və gürcü torpaqları ilə sərhəddə yerləşdiyini bildirir. Favstos Buzandın yazdığına görə, Girdman, Arsaq və Uti birlikdə 387-ci ilə qədər Ermənistanın tərkibində olmuşdur. Ancaq Ermənistan və Albaniyanın tarixi gerçəkliklərinin öyrənilməsi göstərmişdir ki, Girdman heç vaxt Ermənistana daxil olmamışdır. Mehranilər Ardı »

Qafqaz AlbaniyasıKatolikos IV Stepannos

Katolikos IV Stepannos - Albanların LVII katolikosu.

Katolikosluğu[redaktə]
Katolikos II Nersesdən sonra kürsüyə gəlmişdi. Bu vəzifəyə gələndə hələ gənc idi. O Kirakos Gəncəlinin siyahısında adı çəkilən son katolikosdur. Ardı »

Qafqaz AlbaniyasıVaraz Qriqor

Varaz Qriqor - Mehranilər sülaləsindən ilk Qafqaz Albaniyası çarı. Girdman knyazı II Vardın oğlu idi. Bizans imperatoru İraklinin Qafqaza yürüşü zamanı xristianlığı qəbul etmişdi və onun tərəfindən Qafqaz Albaniyası hökmdarı olaraq bərpa edilmişdi. Varaz Qriqor bundan əvvəl Girdman knyazı idi. Babalarından biri olan knyaz I Varsken Sasanilər dövründə Albaniya mərzbanı təyin olunmuşdu. Varaz Qriqorun Albaniya çarı olmazdan əvvəl yaşadığı həyatı bilinmir. Onun dövründə ərəblərin İranı işğalı başlamışdı və şahın bütün vassalları kimi Varaz Qriqor da öz ordusunu köməyə göndərmişdi. İran müharibələrindən sonra Varaz Qriqorun müstəqil olmaq istəyi ilə barışa bilməyən III Yezdəgird onu həbs etdirdi və Albaniyada mərzban hakimiyyətini geri Ardı »