Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanlı sülalələrƏmir Kazım mirzə Qovanlı-Qacar - Mükafatları

İyirmi beş il bu alayda qüsursuz xidmət edən Əmir Kazım imperiyanın yüksək orden və medalları ilə təltif olunmuşdu.1877-78-ci illərdə olan Rus-Osmanlı müharibəsində onun dördüncü dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə mükafatlandırılmışdi. 1895-ci ildə o, Buxara əmirliyinin üçüncü dərəcəli "Parlayan ulduz" ordeni ilə mükafatlandırılır. XIX yüzilin yetmişinci illərindən hərbi xidmətə sürətlə irəliləyən igid zabit Əmir Kazım mirzəni hökumət səxavətlə təltif etmişdir. O, 1879-cu ildə üçüncü dərəcəli "Müqəddəs Anna", ikinci dərəcəli "Müqəddəs Stanislav" (qilincla birgə) , 1881-ci ildə ikinci dərəcəli "Müqəddəs Anna", altı il sonra üçüncü və dördüncü dərəcəli "Müqəddəs Vladimir" 1890-cı ildə isə İranın dördüncü dərəcəli məşhur "Şiri-Xorşid ordenləri ilə mükafatlandırılmışdır.Əmir Kazım mırzə Ardı »

Azərbaycanlı sülalələrMüvəqqəti sülh

Nadir şah tərəfdən daha bir məğlubiyətə uğradılan, heratlılar, onun şərtlərinə razılaşdılar və bəxşişlərlə onun yanına gəldilər. 1729-cu ilin iyununda ümumi razılıq əsasında sülh bağlandı. Allahyar Heratın hakimi olaraq qalırdı ama Səfəvilərin adından idarə etməliydi. Abdalı tayfası xəzinəyə vergi verməyi boyun oldular. Nadir Heratda öz qarnizonunu, yerli camaatı qəzəbləndirməmək üçün yerləşdirmədi. Hər iki tərəf sövdələşməni müvəqqəti hesab edirdi. Heratda olduqca gərgin vəziyət hökm sürürdü. Bu barədə Barnabadinin "Təzkirə"sində belə nəql olunur ki, Nadirlə birlikdə Herat əyalətini şiələr də tərk etdi. Onlar bunu təhlükəsizliklərinə görə etdilər. O cümlədən, bir neçə illiyə öz doğma yurdlarını ruhanilərdən olan mülkədarlar - Barnabadilər nəslinin nümayəndələri də tərk Ardı »

Azərbaycanlı sülalələrHüseynqulu xan Avşar

Hüseynqulu xan Avşar — Məhəmmədəli xan Avşarın oğlu və Zülfüqar xan Əmirli-Avşarın nəvəsi, Fətəli şah Qacar dövrünün şairlərindən dir. O, Abbas mirzə Qovanlı-Qacarın məiyyətində idi, ona görə şeirdə "Çakir" təxəllüs edirdi. Zülfüqar xan Əsəədəddövlə onun oğlu idi. Hüseynqulu xan, Azərbaycanca və farsca şeirlər yazıb. Ardı »

Azərbaycanlı sülalələrƏbdüssəməd Kambəxş

Həyatı[redaktə]
Əbdüssəməd Kamran mirzə oğlu Kambəxş Qəzvin şəhərində anadan olmuşdu. Qacar şahzadələrindəndir. 1953-cü ilin oktyabr ayında ADF-nin Azərbaycan SSR ərazisində yaradılmış təşkilatlarının konfransı keçirildi. Partiyanın 15 nəfərdən ibarət seçilmiş rəhbər orqanı özünü “ADF Mərkəzi Komitəsi” adlandırsa da, bütün partiyanı təmsil etmirdi. (Azərbaycan KP MK-nın sənədlərində əvvəlki kimi çox vaxt “ADF Komitəsi” işlədilirdi). MK üzvlüyünə aşağıdakılar daxil idi: Danişyan Qulam Yəhya oğlu (MK sədri), Kambəxş Əbdülsəməd Kamran oğlu (MK sədrinin müavini), Vilayi Mirrəhim Mirəbdüləli oğlu, Seyf Qazi Rəhim Əbdülhəsən oğlu, Çeşmazər (Eyvazov) Mirqasım Mikayıl oğlu, Cahanşahlı Nəsrulla Tağı oğlu, Ciddi Hüseyn Əhməd oğlu, Qiyami Zeynalabdin Əlinağı oğlu, Milaniyan Mövsüm Məmmədcəfər oğlu, Zatikyan Aram Ardı »

Azərbaycanlı sülalələrI Səfi Xаrici siyasəti

Şаh Аbbаsın әlә kеçirmiş оlduğu Bаğdаd uğrundа vuruşmаlаr bu dövrә dә sirаyәt еtdi. Sәfinin sәltәnәtinin birinci ilinin ахırlаrındа Оsmаnlı dövlәtinin bаş vәziri Хоsrоvpаşа bir qоşunlа İrаnın qәrbinә yоllаndı. İrаn qоşunu dа öz qоşun bаşçısı Zеynаl хаnlа оrаyа üz tutdu. Hәmәdаn yахınlığındа bаş vеrәn yüngül döyüşdәn sоnrа qızılbаşlаr Оsmаnlılаrа qаlib gәldilәr. Hәmin hаldа "inаdçılаrdаn bir dәstәsi әsilzаdә tәbiәtlilәri Zеynаlхаndаn döndәrәrәk" оnun qәtli göstәrişini vеrdilәr. Ахır ki, Bаğdаd Оsmаnlılаrın mühаsirәsinә düşdü. Qızılbаş qоşunu оsmаnlılаrа hücum еdәrәk оnlаrın böyük bir hissәsini öldürdü. Оsmаnlı qоşunu hеç bir müvәffәqiyyәt әldә еtmәdәn gеri döndü. Оnlаr Hillәyә gеdib оrаdа bir qаlа tikdilәr. Аmmа qızılbаş qоşunu Hillә qаlаsını iki Ardı »

Azərbaycanlı sülalələrDiv sultanın Gürcüstana yürüşü

I Şah İsmayıl Əli bəy Rumlunu (Div sultanı) orduya əmir təyin edərək Gürcüstana göndərdi. Əli bəy bütün Gürcüstanı tabe etdi və şahın yanına döndü. Ancaq, İmeretiya çarı Mənuçöhr Osmanlıya müraciət etdi və osmanli əsgəriylə birlikdə Mesxiya çarı Davidi ölkədən qovdu. Bu səbəbdən Əli bəy yenidən Gürcüstana daxil oldu və gürcü və osmanlı əsgərlərini Dəbil yaxınlığında məğlub etdi. Bundan sonra bütün gürcü çarları Şah I İsmayılın yanına gələrək tabeçilik göstərdilər


Div sultan Rumlunun başçılığı ilə qızılbaşların üçüncü yürüşü hicri 927 (1521)-ci ilə təsadüf etmiş və Kaxetiya gürcü çarı Ləvənd xanın (Levanın-1520-1574) Şəki xanlığına basqını ilə əlaqədar olmuşdu.Şəki hakimi Həsən bəy kömək üçün Naxçıvanda Ardı »

Azərbaycanlı sülalələrFaciədən Əvvəl Kəndin Vəziyyəti

Qaradağlı kəndi Xankəndi və Xocavənd (Martuni) şəhərlərini birləşdirən asfalt yolun üstündə, 14 erməni kəndinin əhatəsində yerləşmiş və 800 evdən ibarət olan böyük bir azərbaycanlı kəndi idi. Sovet hakimmiyyyəti dövründə kəndin qonşuluğundakı Vərəndəpi, Bəhrəmli və Xanlıq adlı azərbaycan kəndlərinin əhalisi köçməyə məcbur edilmiş, onların torpaq sahələri isə erməni kəndlərinə verilmişdi. Çar Rusiyası dövründə və sovet hakimiyyəti illərində ermənilər Dağlıq Qarabağın azərbaycanlı əhalisinə, o cümlədən Qaradağlı sakinlərinə qarşı müxtəlif təxribatlar törətmişdilər. Belə bir təxribat 1967-ci ildə olmuşdur. Həmin ildə milli münaqişə yaratmaq üçün ermənilər üç nəfər azərbaycanlıya, əslən Qaradağlıdan olan şəxslərə böhtan ataraq onları həbs etdirmişdilər. Onlar məhkəmədə bəraət almalarına baxmayaraq erməni quldurları Ardı »