Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Çavuşlu oymağı

Çavuşlu oymağı — Ustaclı elinin böyük qollarından biri.

Çavuşlu oymağı Sivas vilayətindən Azərbaycana gələndən sonra bir parası Xoy civarında, bir parası isə Ərdəbil yörəsində yerləşdi. Çavuşlu oymağı bir çox qızılbaş əmiri, elçisi, mədəniyyət xadimi yetirmişdi. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Mirzə Cahangir xan Ziyai İşləri

Dövlət işlərində işlədiyi zaman İran ilə Əfqanistan arasındakı Xurasan mahalının ixtilafli yerləri, Kürdistan mahalının 20 fərsəxlik böyüklüyündə olan Osmanlı torpağında İranla İraq arasında olan yerləri rəsmi istinad və mənbələrə dayanaraq onların əlindən alıb İrana bağlamışdır. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Surxay Vəlibəyov

Həyatı[redaktə]
1929-cu ildə Ağdam şəhərində orta məktəbini bitirib sonra Gəncə Pedaqoji texnikomuna daxil olub. 1934-cü ildə Pedaqoji Texnikomu bitirib, Bakı şəhərində yerləşən K.Marks adına Xalq Təsərrüfatı insitutuna daxil olub. 1939-cu ildə Ticarət İqtisadiyyat fakultəsini bitirib, Sovet Ticarəti İqtisadiyyatı təhsilinə yiyələnib.1939-cu ilin Martından 1941-ci ilin Yanvar ayına qədər Azərittifaqda təkmilləşmə kursunda müəllim, Müfəttiş vəzifələrində çalışıb.

1941-ci ilin mart ayından oktyabr ayınadək Bakı şəhərində Azərbaycan Respulikası Trikotaj Sənayesi Nazirliyində mühəndis iqtisadçı vəzifəsində işləyib.1941-ci ilin oktyabr ayında Sovet ordusu Sıralarına çağırılıb, Tiblis şəhərində yerləşən Hərbi piyada məktəbində təhsil alıb.Təhsilin başa çatdırdıqdan sonra, cəbhəyə göndərilib.İlk günlərdə 55-ci sərhəd rayonunda starşina vəzifəsində olub. 1942-1943-cü illərdə Böyük Vətən müharibəsi Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Elin dili

1-Azərbaycanca 2-Kürdcə 3-Türkcə 4-Farsca 5-Dərsimcə (zazaca) danışan şadlılar var. Şadılıların Anadoluya gələn ən büyük qrupu Bingöl elinə bağlı Kiği elçəsinə Gırı Qakvin ətəklərinə dolanmış və bu yerdə yerləşməyə çalışmışlar. Bu dəfə də o bölgəyə o tarixdə hakim olan erməni hücumuna uğramış və el rəisləri Bağın qalasında zindana atılmışdılar. Ancaq o tarixlərdə o bölgəyə yaxın və bugündə Elazığ eli Karakoçan elçəsinə bağlı Dəlikan kəndini quran və yerləşən Seyid Nuri Camaləddin (xalq arasında Camal Abdal olaraq bilinən zat) tərəfindən qurtarılan Şadılılar Camal Abdala iqrar verib talibi-ziyarətçisi olmuşdular.

Şadılılarla ilgili bilgilərdə bunların Anadoludaki ən büyük el boyların olduqlari və Türkiyənin bir çox elinə dağılmışlar. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Uzun Həsənin şərq siyasəti

Uzun Həsən Ağqoyunlu dövlətinin qərb sərhədlərində böyük müvəffəqiyyət əldə edə bilmədi, lakin Şərq tərəfdə vəziyyəti yaxşılaşdırmağa nail oldu. O, İranda gedən feodal müharibəsindən məharətlə istifadə edərək, əvvəlcə Cahanşaha (1467), sonra isə Muğanda Teymuri Əbu Səidə (1469) qalib gəlmiş, nəticədə Xorasan, Gilan və Mazandarandan başqa bütün İranı öz hakimiyyəti altında saxlaya bilmişdi. Sultan Əbu Səidin ölümündən sonra Teymuri şahzadələri arasında taxt-tac uğrunda başlamış mübarizədə Uzun Həsən Şahruxun varisi olan Yadigar Məhəmmədi müdafiə edirdi. O zaman Teymurilərin əsas qüvvələri Xorasanda idi, buna görə də Uzun Həsən buraya zərbə endirə bilmədi və Xorasan vilayəti Teymurilərin əlində qaldı.Xorasanda Sultan Hüseyn Bayqara tərəfindən məğlub edilmiş Yadigar Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Kaspilər

Kaspilər – Azərbaycanın hər iki hissəsində yaşamış qədim etnoslardan biridir.[1]

Bu tayfanın adını ilk dəfə Herodot çəkmişdir. Tədqiqatçıların fikrincə Kaspilərin Midiyada və Albaniyada yaşadıqları yerlərin coğrafi koordinatlarını dəqiq müəyyən etmək çətindir. Tədqiqatçılar qədim mənbələr əsasında kaspilərin Albaniyada iki bölgədə – indiki Dərbənd zonasında və Mil düzündə yaşadıqlarını müəyyən etmişlər.[2] Kaspilərin digər hissəsi Midiyada – Kürün Arazla birləşdiyi yerdən Xəzərədək olan hissəsindən cənubdakı ərazidə məskun idi. Qədimdə Albaniyaya aid olmayan bu ərazi indi Şimali Azərbaycana məxsusdur. III əsrdən bu ərazi Balasakan adı ilə məlumdur.[3]

Ptolemeyin[4] bir məlumatı çox maraqlıdır ki, Araz Şərqə hərəkət edən Kaspi dağlarına qədər gedir, sonra şimala dönərək bir qolu Xəzərə Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Udilər Rusiyada

Rusiya Federasiyasında 2002-ci il siyahıya alımasına əsasən 3721 nəfər özlərini udin kimi təqdim etmişdir. Onlarda 2078 nəfəri (1114 kişi, 964 qadın) şəhər əhalisi, 1643 nəfəri (829 kişi, 814 qadın) kənd əhalisidir. Rusiyada udinlərin ən çox qeydiyyata alındıqları yer Rostov vilayətidir Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Qazılı soyu

Tarixi[redaktə]
Qazılı soyu Seyidli oymağının qədim soylarından biridir. Bu soydan dini məhkəmə işlərinə baxan ruhanilər, şəriət hakimləri, nüfuzlu insanlar çıxmışdır. Qazılı soyu Qarabağda bəy nəsli kimi də tanınmışdır. XVIII əsrin sonları XIX əsrin əvvəllərində Qazılı soyunun başında Seyidli oymağının adlı-sanlı bəyi Hüseyn bəy dururdu. Hüseyn bəyin Məhəmmədqulu bəy, Əli bəy, Abbas bəy, Məhəmmədalı bəy adlı dörd oğlu olmuşdur.

Məhəmmədalı bəy Qarabağın sayılıb-seçilən savadlı bəylərindən sayılmışdır. O, Kərbəlanı ziyarət etdiyi üçün Seyidli oymağında Kərbəlayi Məhəmmədalı bəy bəy kimi tanınmışdır. Məhəmmədalı bəy Xan qızı Xurşidbanu Natəvanın hörmətini, etibarını qazanmış şəxslərdən idi. Məhəmmədalı bəy iki dəfə ailə həyatı qurmuşdur. O, ikinci dəfə Kərbəlayi Miralılar soyundan olan Ardı »