Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Azərbaycan Demokratik Respublikası"Abuzər bəy Rzayev

Tiflis realnı məktəbini (1894) və Moskva texniki məktəbini (1899) bitirmişdir. 1899-cu ildən Musa Nağıyev və Murtuza Muxtarovun Bibiheybətdəki neft mədənlərində mühəndis, sonra mədən müdiri işləmişdir. Neft sənayesində böhranla əlaqədar olaraq 1909-cu ildə Gəncəyə köçmüş, bir müddətdən sonra Gəncə şəhər idarəsi başçısının (şəhər qlavası) müavini seçilmiş, şəhərin içməli su ilə təchizatı sahəsində səmərəli fəaliyyət göstərmişdir. Fevral inqilabından (1917) sonra təşkil edilmiş Gəncə Quberniya İcraiyyə Komitəsinin üzvü olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Gəncə şəhərindən Cümhuriyyət Parlamentinin tərkibinə seçilmişdi. Parlamentdə "Bitərəflər" fraksiyasını, 1919-cu ilin oktyabrında bu fraksiyanın parçalanmasından və böyük əksəriyyətin "Müsavat" fraksiyası ilə birləşməsindən sonra Ardı »

"Azərbaycan Demokratik Respublikası"M.Ə.Rəsulzadənin mühacirət dövrü

1922-ci ildə Petroqraddan Finlandiyaya qaçan Rəsulzadə, qərbi Avropaya, oradan da Türkiyəyə gəlir.

1923-ci ildə İstanbulda M.Ə.Rəsulzadənin "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti" kitabı çap edilir. "Əsrimizin səyavuşu", "İstiqlal məfkurəsi və gənclik" kitabları çap edilir. 1923-27-ci illərdə onun redaktorluğu ilə İstanbulda "Yeni Qafqasya" jurnalı nəşrə başlayır, ancaq Moskvanın tələbi ilə kamalist hökümət jurnalı bağlayır və Rəsulzadə Avropaya getməyə məcbur olur, Varşava və Berlində yaşayır.

M.Ə.Rəsulzadə 1928-ci ildə İstanbulda "İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi", "Millət və Bolşevizm" və "Qafqasya türkləri" kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə "Azəri türkü" (1928-1931), sonra isə "Odlu yurd" (1929-1930) jurnalları və həftəlik "Bildiriş" (1929-1931) qəzeti Ardı »

"Azərbaycan Demokratik Respublikası"Seçkilər

Bəlli olduğu kimi, parlament tərkibində Milli Şuranın 44 nəfər üzvündən başqa, daha 36 nümayəndə seçilməsi nəzərdə tutulmuşdu. Seçki məntəqələri:

Bakı 5 nəfər, 3 şəhərdən ikisi isə yaxın ətrafdan.
Gəncə 3 nəfər
Göyçay qəzası, Bakı quberniyası 2 nəfər
Cavad qəzası, Bakı quberniyası 2 nəfər
Quba qəzası, Bakı quberniyası 3 nəfər
Lənkəran qəzası, Bakı quberniyası 2 nəfər
Şamaxı qəzası, Bakı quberniyası 2 nəfər
Ərəş qəzası, Yelizavetpol quberniyası 2 nəfər
Cavanşir qəzası, Yelizavetpol quberniyası 1 nəfər
Zəngəzur qəzası, Yelizavetpol quberniyası 2 nəfər
Qazax qəzası, Yelizavetpol quberniyası 1 nəfər
Cəbrayıl qəzası, Yelizavetpol quberniyası 1 nəfər
Nuxa qəzası, Yelizavetpol quberniyası 2 nəfər
Şuşa qəzası, Yelizavetpol quberniyası 2 nəfər
Zaqatala qəzası, 2 nəfər
Naxçıvan qəzası,İrəvan quberniyası 1 nəfər
Şərur qəzası,İrəvan quberniyası 1 nəfər
Ordubad qəzası,İrəvan Ardı »

"Azərbaycan Demokratik Respublikası"İsmayıl bəy Xürrəmoviç

Həyatı[redaktə]
İsmayıl bəy 1919-cu ilin iyul ayının 7-dən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi dəftərxanasının direktoru. 1919-cu ilin avqust ayının 12-dən eyni zamanda informasiya bürosuna başçılıq etmiş, 1920-ci ilin aprel ayının 1-dən Gürcüstandakı diplomatik nümayəndəliyin müşaviri vəzifəsinə təyin edilmişdir. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Zaqafqaziya seymi

Zaqafqaziya seymi və ya Cənubi Qafqaz seymi — Cənubi Qafqazda mövcud olmuş ali qanunverici orqan.

9 mart 1917 – Rusiya imperiyasının Müvəqqəti Hökuməti Qafqazda çar idarəçilik sisteminin – canişinliyin ləğv edilməsi barədə qərar verib. Bunun əvəzində Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət yeni qurum – Zaqafqaziya Xüsusi Komitəsi yaradılıb.

14 fevral 1918 – Cənubi Qafqazdan Ümumrusiya parlamentinə Müəssislər Məclisinə seçilmiş azərbaycanlı (müsəlman), gürcü və erməni deputatlar Tiflisdə toplaşaraq Cənubi Qafqaz (Zaqafqaziya) Seymini yaradıblar. Ümumrusiya Müəssislər Məclisinə seçkilər 1917-ci ilin noyabrında, bolşevik çevrilişindən sonra keçirilmişdi. Lakin bolşeviklər bu seçkilərdə faktiki olaraq uduzduqları üçün (o cümlədən Cənubi Qafqazda) Müəssislər Məclisinin fəaliyyətə başlamasına imkan Ardı »

"Azərbaycan Demokratik Respublikası"Çar tərəfdarlarının Dağıstanı işğal etməsi

Şimali Qafqaz Respublikasının yeni təşəkkül etməyə çalışan orqanlarını aradan qaldırmaq üçün Dağıstandakı bolşeviklər bir yandan, çar tərəfdarı rus kazakları da digər yandan hücuma keçmişdilər. Bakı yaxınlığında qüvvələrinin bir çoxunu itirən Biçeraxov, Dərbənd və Mahaçqalanı işğal etmək üçün fəaliyyətə başladı. Kifayət qədər hərbi qüvvəsi olmayan Şimali Qafqaz Respublikası, şimalda qırmızı bolşeviklər, cənubda isə Biçeraxovun ordusunun arasında sıxılıb qalmışdı.[200]

Biçeraxovun əsas məqsədi Dağıstana girmək və bölgəni nəzarət altına almaq idi. Sərəncamında yaxşı təlim görmüş 2 min əsgər və 18 top ilə 40 pulemyot vardı. Dərbəndə girərkən xalqa müraciətində özünün çar tərəfdarı və bolşeviklərə düşmən olduğunu bildirərək, Dağıstanı qurtardıqdan sonra əsl sahiblərinə təhvil verəcəyini və Ardı »

"Azərbaycan Demokratik Respublikası"Məhəmməd Əmin Rəsulzadə Ədəbi fəaliyyəti

M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, "Müxəmməs" adlı ilk əsəri "Şərqi Rus" qəzetində çap olunmuşdur.[12]. Ə.Rəsulzadənin Əli bəy Hüseynzadənin redaktor olduğu Fyuzat, həmçinin Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuşdur. Müəyyən müddət o "İrşad" qəzetinin müvəqqəti redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun "Türk-rus və rus-türk lüğəti" kitabının naşiri M.Ə.Rəsulzadə olmuşdur. Yenə də həmin ildə o, A.Blyumun "Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)" kitabını Azərbaycan dilinə təcümə edib və "Təkamül" qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir.

1908-ci il dekabrın 5-də Məhəmməd Əminin Ardı »

"Azərbaycan Demokratik Respublikası"Ağa Əminov

Bakı gimnaziyasını (1907), Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutunu bitirmişdir (1911).

Peterburqda azərbaycanlı tələbələrdən ibarət həmyerlilər cəmiyyətinin üzvü olmuşdur. Bakıya qayıtdıqan sonra Sabunçu-Suraxanı neft mədənlərində mühəndis işlımişdir.

1912-ci ildən "Müsavat" partiyasınsının üzvü olmuşdur. Rusiyada Fevral İnqilabından sonra siyasi fəaliyyəti genişləndirmişdir. Qafqaz müsəlmanları qurultayının (1917, aprel) iştirakçısı olmuş, "Müsavat" partiyasının birinci qurultayının (1917, oktyabr) keçiriməsində fəal rol oynamışdır. Əminov "Azərbaycan Milli Şurasının Məclisi Məbusanı haqqında qanun"-na əsasən, "Müsavat" partiyasından Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinə seçilmişdir.

Azərbaycan Xalq Cumhuriyyətinin dördüncü hökümət kabinəsində ticarət və sənaye nazri olmuşdur. Əminov iqtisadiyyatda liberallaşma xəttinə təşəbbüs etmiş, bu sahədə bir sıra mühüm tədbirlərin görülməsinə nail olmuşdur: neft və neft məhsullarının mal mübadiləsi aparmadan Ardı »