Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Azərbaycan Demokratik Respublikası"Abdulla bəy Əfəndizadə

Abdulla Əfəndi zadə 3 mart 1873-cü ildə Şəki şəhərində anadan olmuşdu. Şəki şəhər məktəbini, sonra Gəncə Mixaylov Sənət məktəbini bitirmişdi. Şəkidə müəllim işləmişdi. İki il burada çalışandan sonra Tiflis Aleksandr Müəllimlər institutuna daxil olmuş və 1899-cu ildə institutu tamamlamışdı.

Rəşid bəy Əfəndiyevin qardaşı Abdulla bəy Əfəndizadə Şəkidə ilk oğlan, ilk qız məktəblərinin və gimnaziyanın banisi kimi tanınırdı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə üzv seçilmişdir.

Parlamentdə onun latın əlifbasına keçmək layihəsi bəyənilmişdir. Azərbaycan Pedaqoji İnstitutunda məntiq fənnini tədris etmişdir. Uşaqlar üçün şeirlər, hekayələr yazırdı. Abdulla bəy Əfəndizadənin "Ya ölüm, ya Türkiyə" mənzuməsi məşhur idi.

O, 1928-ci ildə Bakı şəhərində vəfat edib. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Əlahiddə Azərbaycan korpusu

Əlahiddə Azərbaycan korpusu - Müsəlman korpusunun bazasında yaradılmış hərbi birlik; müstəqil ordu quruculuğunun ilkin mərhələsi. Həmin mərhələnin səciyyəvi xüsusiyyəti çox mürəkkəb hərbi-siyasi şəraitdə aparılan ordu quruculuğuna türk hərbçilərinin rəhbərlik etməsi idi.

Əsası 1917-ci ilin dekabrında qoyulmuş Müsəlman korpusu Zaqafqaziya komissarlığının ordu strukturu kimi formalaşmağa başlamışdı. 1918-ci il iyunun 26-da Azərbaycan Hökuməti Müsəlman korpusunu Əlahiddə Azərbaycan korpusu adlandırmaqla özünün bu hərbi struktura sahibliyini hüquqi cəhətdən təsdiqlədi. Hökumətin həmin tarixli başqa bir qərarı ilə ƏAK qərargahının ştatında qismən dəyişiklik edildi və korpus komandirinin yanında diviziya səlahiy-yətində xüsusi tapşırıqlar üçün general vəzifəsi təsis edildi.

ƏAK bu zaman Azərbaycanda xilaskarlıq missiyasını həyata keçirən Qafqaz İslam Ordusunun tərkibinə Ardı »

"Azərbaycan Demokratik Respublikası"Həsən bəy Ağayev

Həsən bəy Ağayev 1875-ci ildə Gəncədə anadan olmuşdur. Gəncə klassik gimnaziyasında təhsilini başa vurduqdan sonra Hacı Zeynalabdin Tağıyevin puluyla Moskva Universitetinin tibb fakültəsində oxuyaraq oranı bitirmişdir (1901). Vətənə qayıdaraq həkimlik etmişdir. 1906-1907-ci illərdə Güney Azərbaycanda yaşamağa məcbur olmuşdur. 1907-ci ildə Bakıda keçirilən Qafqaz müsəlman müəllimləri qurultayı mərkəzi komitəsinin sədri seçilmişdir. "Difai" təşkilatının üzvü olmuşdur.

Monarxiyanın süqutundan cəmi bir neçə gün sonra Gəncədə, əvvəllər "Difai"ni yaratmış Gəncə Milli Komitəsinin aparıcı şəxsləri – Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədov, Şeyxzamanlı qardaşları və b. ilə birgə Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında Azərbaycan tarixində keyfiyyətcə yeni, ilk dəfə olaraq Avropa mədəni dəyərlərinə istinad məramlı bir partiyanın Ardı »

"Azərbaycan Demokratik Respublikası"İsgəndər bəy Axundov

Həyatı[redaktə]
İsgəndər bəy Axundov Şamaxı şəhərində anadan olmuşdu. 1862-ci ildə Şamaxı şəhərində anadan olub. Molla yanında ibtidai təhsil alıb. Sonra gimnaziyada oxuyub. Tanınmış vəkil, həm də “İttihad” partiyasının üzvü olub. Züleyxa xanım Bayraməlibəyova ilə ailə qurub. 1890-da Krakov Yagilon Universitetini bitirib. İsgəndər bəy 1934-cü ildə vəfat edib.

İsgəndər bəy Axundov tanınmış vəkil idi. İttihad partiyasının üzvü idi.

Ailəsi[redaktə]
İsgəndər bəy Züleyxa xanım Bayraməlibəyova ilə ailə qurmuşdu. Əjdər bəy adlı oğlu, Sona xanım, Ceyran xanım adlı qızları vardı. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Məhəməd xan Təkinski

Təkinski Məhəmməd xan 1880-ci ildə anadan olmuşdur. Görkəmli siyasətçi, diplomat, dövlət xadimi. İxtisasca ali təhsilli hüquqşünasdır. Vəkil işləyib. Azərbaycan Cümhuriyyəti dönəmində xarici işlər nazirinin əvəzi (09.12.1918-də bu vəzifədə adı çəkilib), Azərbaycan Cümhuriyyətinin Ermənistanda diplomatik nümayəndəliyinin başçısı (29.01.1919-dan) işləyib. İlin sonuna yaxın yerini T.Makinskiyə buraxmaqla Bakıya gələrək xarici işlər nazirinin müavini (01.10.1919-dan) təyin edilib. Xarici işlər nazirinin müavini olarkən Bakıda Polşanın Qafqazdakı nümayəndəsi Vatslav Ostrovskini (28.12.1919), Britaniyanın Zaqafqaziyadakı ali komissarı Oliver Uordropu (23.01.1920), Polşanın fövqəladə missiyasını (24.04.1920) və b. qəbul edərək onlarla danışıqlar aparıb. Məhəmməd xan Təkinsk 1938-ci ilin mart ayında vəfat etmişdir. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Baba Məmmədov

Baba Məmmədov 1887-ci ildə Qubadlı rayonunun Fərcan kəndində dünyaya gəlmişdir. O, Zəngəzur qəzasının yüzbaşısı, 1918-1920-ci illərdə isə Azərbaycan Demokratik Respublikasının parlamentində deputat olmuşdur. O dövrlərdə həm Bakıda, həm də rayonlarda erməni daşnakları ilə mübarizədə fəal iştirak etmiş, Gəncədə Nuru Paşa ilə tanış olaraq onun köməkliyilə Zəngəzurun müdafiəsi üçün xeyli silah yardımı almışdır. Parlamentdə olarkən H.Z.Tağıyevlə də çox yaxın münasibətdə olmuşdur.

1920-1924-cü illərdə Qubadlı bölgəsində milis işləmiş, Əliyanlı kəndindən olan qaçaqlara qarşı hər hansısa əməliyyatın aparılmasına imkan verməmişdir.

1929-cu ildə Baba həbs edilərək Şuşa turməsinə salınmış, lakin tezliklə Hüsü Hacıyevin köməkliyilə azad edilmiş və Arazın o biri tayına keçmişdir. Orada da uzun müddət qalmayaraq, Ardı »

"Azərbaycan Demokratik Respublikası"Mahaçqalanın fəthi

İki gün davam edən qanlı müharibələrdə, cəbhədəki ərazi çox narahat idi. Ətrafda sıx kolluqlar ilə çox dik və sərt qayalıqlar vardı. Dayanmadan yağan yağışdan sonra ərazi sürüşkən və palçıqlı idi. Əsgərlər ümumiyyətlə yolu olmayan ərazini dırmanmaq, tullanmaq, sürünməklə keçib irəliləyə bilirdilər. Ağaclı-Tarki arasındakı cığırlar isə heyvanların keçməsi üçün belə əlverişli deyildi. Buna görə də bütün sursat (cəbbəxana) yalnız döyüşən əsgərlər vasitəsilə daşına bilirdi. Yaralanan Mehmetçik isə yenə də silah yoldaşlarının kürəyində daşınıb səhiyyə bölüklərinə çatdırılırdı. Mehmetçiyin üç gün boyunca gözünə yuxu getməmişdi, bu müddət ərzində Tarki dağı ətrafında düşmənə qarşı güclü həmlə etmiş, bəzən geri çəkilmiş, bəzən də qanlı döyüşlərə girmişdi. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Abram Dastakov

Haqqında məlumat çox az qalmışdır. 1864-cü ildə tacir ailəsində anadan olmuşdur. Əsl adı Abram Mkrtiçyeviç Dastakyandır. Sankt Peterburq Universitetində oxuyarkən "Narodnaya Volya" təşkilatına qoşulmuşdu. Bu təşkilat daha sonra II Aleksandrı öldürən təşkilat olacaqdı. Daha sonra 1884-cü ildə "Gənclər birliyi" (rus. Союза молодежи) təşkilatını yaratdı. Bu təşkilat sayəsində 1907-1908-ci illərdə Bakıda fəaliyyətə olmuş bolşevik Mixail Stepanoviç Olminski ilə tanış oldu. "Narodnaya Volya" təşkilatının üzvü olduğu üçün Zaqatala şəhərində 3 il çar polisindən gizləndi. 1890-cı ildə Aleksandr Xatisyanla birlikdə Daşnaksütun partiyasının qurulması mərasimində iştirak etdi və onun proqramının müəlliflərindən biri oldu. 1896-cı ildən 1917-ci ilədək Bakı Şəhər Dumasında "Neft işləri üzrə komitə"nin Ardı »