Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Azərbaycan Demokratik Respublikası"Muğan Sovet Respublikası Hərbi gücü Süqutu

24 iyul 1919-cu ildə Muğan Müvəqqəti Hərbi Diktaturasının qalıqları Lənkəranı yenidən ələ keçirdi. 28 iyul 1919-cu ildə hərbi komitə başçısı Timofey Ulyantsev də öldürüldü. Avqustun 9-u isə şəhər Azərbaycan Demokratik Respublikasına təhvil verildi. Muğan Sovet Respublikası höküməti Sarı adasına çəkildi. Burada da müdafiənin mümkünsüzlüyünü gördükdə bölünərək adanı 3 istiqamətdə tərk etmişdilər. Bunlardan 200 nəfərlik döyüşçü Türküstan Qızıl Ordusuna qoşulmaq məqsədiylə Krasnovodska, 300 nəfər isə əsasən qadın və uşaqlar "Milyutin" paroxoduyla Bakıya doğru üzdülər. Gəmi heyəti Bakıya çatan kimi həbs olundu. Üçüncü dəstə isə İran sahilindəki Aşur adaya çəkilir. Onlar 1919-cu il avqustun 8-də ingilislər, ağqvardiyaçılar və İran kazakları tərəfindən mühasirəyə alınaraq Ardı »

"Azərbaycan Demokratik Respublikası"I Müsavat və Birtərəflər fraksiyası

Məhəmməd Əmin Rəsulzadə
Həsən bəy Ağayev
Nəsib bəy Yusifbəyli
Xəlil bəy Xasməmmədov
Məhəmməd Həsən Hacınski
Abbasqulu Kazımzadə
Musa bəy Rəfizadə
Cavad bəy Məlikyeqanlı
Mehdi bəy Hacınski
Mehdi bəy Hacıbababəyov
Rəhim bəy Vəkilov
Şəfi bəy Rüstəmbəyli
Hacı Səlim Axundzadə
Mustafa Mahmudov
Asəf bəy Şıxəlibəyov
Abuzər bəy Rzayev
Əhməd Həmdi Qaraağazadə
Ağa Əminov
Nəriman bəy Nərimanbəyli
Mirzə Sadıx Axundzadə
Müseyib bəy Axıcanov
Mustafa Vəkilov
Məmməd Bağır Şıxzamanov
Məmməd Əli Rəsulzadə
Murtuza Axundov
Rza bəy Axundov
Məmməd Rza Vəkilov
Cəlil bəy Sultanov
Əşrəf Tağıyev
Məmməd Yusif Cəfərov
Mirzə Əsədullayev
Yusif Əhmədzadə
Baxış bəy Rüstəmbəyov
Fətəli Xan Xoyski
Ağa bəy Səfərəliyev
Əsədulla Əhmədov
Ağa Aşurov
Qulamhüseyin bəy Kazımbəyov Ardı »

"Azərbaycan Demokratik Respublikası"Azərbaycan hökumətinin tərkibi - II kabinə: 17.08.1918-07.12.1918

Nazirlər Şurasının sədri və ədliyyə naziri – F.Xoyski (bitərəf).
Xarici işlər naziri – M.Hacınski (müsavat).
Xalq maarifi və dini etiqad naziri – N.Yusifbəyli (müsavat).
Daxili işlər naziri – B.Cavanşir (bitərəf).
Əkinçilik naziri – X.Sultanov (müsavat).
Səhiyyə və sosial təminat naziri – X.Rəfibəyli (bitərəf).
Yollar naziri – X.Məlikaslanov (bitərəf).
Ticarət və sənaye naziri – A.Aşurov (bitərəf).
Maliyyə naziri – Ə.Əmircanov (bitərəf).
Portfelsiz nazir – Ə.M.Topçubaşov (bitərəf).
Portfelsiz nazir – M.Rəfiyev (müsavat).
Portfelsiz nazir – X.Xasməmmədov (müsavat). Ardı »

"Azərbaycan Demokratik Respublikası"Məhəmməd Əmin Rəsulzadə

Məhəmməd Əmin Rəsulzadə (tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; d. 31 yanvar 1884, Bakı – ö. 6 mart 1955, Ankara) — Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Mirzə Yusif xan Məmmədbəyov

Həyatı[redaktə]
Yusif xan Məhəmmədəli xan oğlu 1866-cı ildə Təbriz şəhərində doğulmuşdu.

Mükəmməl mədrəsə təhsili almışdı. Mirzə ünvanı daşıyırdı.

1899-cu ildə Tiflis giminaziyasını bitirmişdi. Peterburq Universitetinin riyaziyyat fakültəsinə qəbul olmuş, sonra Peterburq Yollar institutuna dəyişilmişdi.

Zaqafqaziya Dəmir Yolunda çalışmışdı. Ağstafa, Bakı sahələrinə başçılıq etmişdi.

1919-cu ilin mart ayından Azərbaycan Cümhuriyyətinin Yollar, Poçt və Teleqraf nazirinin müavini olmuşdu. Sovet dönəmində İrana mühacirət etmişdi.

Mirzə Yusif xan 1934-cü ildə vəfat еdib.

Ailəsi[redaktə]
Mirzə Yusif xan Mina xanım Ibrahim bəy qızı Davatdarova ilə ailə qurmuşdu. Rəşid bəy, Murad bəy adlı oğulları vardı.

Əbülfət xan Tutinin nəvəsidir.
Mənbə[redaktə]
Ənvər Çingizoğlu, Əbülfət xan Qarabağlınım törəməsi, ATŞS-nin xəbərləri,VI buraxılış, Bakı, “Adiloğlu”, 2007, səh.3 Ardı »

"Azərbaycan Demokratik Respublikası"Birinci Bakı hücumu

Şərq Cəbhəsinə tabe olan ordu, 5 avqust 1918-ci il tarixində səhərə yaxın saat 04.30-da bütün istiqamətlərdən Bakıya tərəf irəli hərəkətə başladı. Türk topçusunun güclü atəşi ilə müşayiət olunan hücum qarşısında, birləşmiş düşmən qüvvələri mövqelərini qoruyub saxlamağa çalışırdılar. Havanın işıqlanması ilə hücumu şiddətləndirən türk əsgəri qarşısında ingilis, rus və erməni birləşmiş qüvvələri Bakıya doğru addım-addım geri çəkilməyə başladılar. Şimal qrupu Bakının cənub-qərbindəki Bayıl yüksəkliklərini ələ keçirərək, şəhərə daha da yaxınlaşdı. Düşmən qüvvələri cəbhənin ortasındakı koridordan Salxana istiqamətində və arxadakı məzarlığa doğru qaçmağa çalışırdılar. Türk topçu atışları şəhərə zərər vermək istəmirdi və yalnız əsgər səngərlərini hədəfə alırdı. Top səslərini eşidən rus və ermənilər Ardı »

"Azərbaycan Demokratik Respublikası"M.Ə.Rəsulzadə və Stalin

Əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə ilə M.Ə.Rəsulzadənin tanışlığı olmuşdur. İstanbulda çıxan "Dünya" qəzetindəki M.Ə.Rəsulzadənin "Stalin ilə inqilab" adlı silsilə xatirə-məqaləsinə görə hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəmişlər, ancaq M.Ə.Rəsulzadə onu ölümdən xilas etmişdir və o, Müsavatçılar tərəfindən Stalinin Bayıl həbsxanasından qaçırılmasının da təşkilatçısı olmuşdur.[10].

1920-ci ilin noyabr ayının əvvələrində Oktyabr inqilabın ildönümü ilə əlaqədər Bakıda olan İ.V.Stalin Rəsulzadənin həbsdə olduğunu öyrənir. Stalin XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verir və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad edir. Bununla İ.V.Stalin Ardı »