Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

"Azərbaycan Demokratik Respublikası"Fətəli xan Xoyski Siyasi fəaliyyəti

1917-ci ildə Rusiyada Fevral burjua inqilabı baş verdi. Fətəli xan Xoyski martın 27-də Bakıda yaranmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmişdir. O, həmin ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayında iştirak etmişdir.

F. Xoyski burjua inqilabından sonra heç bir partiyaya mənsub olmasa da, 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən Türk Ədəmi - mərkəziyyət partiyası Musavatın birinci qurultayında çıxış və iştirak etmiş və həmin qurultayda irəli sürülən Azərbaycana muxtariyyət şüarını qızğın müdafiə etmişdir. O, 1917-ci ilin dekabrında yaranan Zaqafqaziya seyminin üzvü və müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətinin ədliyyə naziri olmuşdur.

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Təkcə türkdilli Ardı »

"Azərbaycan Demokratik Respublikası"Muğan Sovet Respublikası

Quruluşu[redaktə]
1919-cu ilin martında silahlı üsyana artıq hazırlıqlar başlamış, apreldə baş vermiş bu üsyanda Lənkəran qırmızı qvardiyaçıları, Zuvandlı Balaməmmədin süvari partizan dəstələri, Pigəli Ələkbər Məmmədovun partizan dəstəsi, Boçarnikovun rəhbərlik etdiyi Privolnı kənd partizanları, Sarı adasındakı hidrolokasiya dəstəsi iştirak edirdi. 2 may 1919-cu ildə Muğan istisna olmaqla, Lənkəran və ətrafında bolşevik hakimiyyəti yaradıldı, 13 gün sonra isə Muğan Sovet Respublikası elan olundu. Respublikanın sədrliyinə D.D.Çirkin, onun müaviyinlinə Şirəli Axundov, inqilabi hərbi komitənin başçılığına isə Timofey Ulyantsev gətirildi, rəsmi qəzet çap olunmağa başlandı. Anastas Mikoyanın Leninə yazdığı məktubda azərbaycanlı kəndlilərin bu prosesdə fəal iştirak etdikləri və Bakını ələ keçirməyə hazırlaşdıqlarını vurğulayırdı.Həştərxandan 200 Qızıl Ordu Ardı »

"Azərbaycan Demokratik Respublikası"Mirzə Əsədullayev

Həyatı[redaktə]
Mirzə Əsədullayev 1875-ci ildə Bakı şəhərində anadan olmuşdur[1]. Orta təhsilini Bakı gimnaziyasında başa vurduqdan sonra atası milyonçu Şəmsi Əsədullayevin neft şirkətində əmək fəaliyyətinə başlamışdır. M.Əsədullayev neft satışı ilə bağlı müəyyən vaxtlarda Rusiyanın Sankt-Peterburq, Moskva kimi şəhərlərində yaşamış və rus mədəniyyəti ilə yaxından tanış olmuşdur. Onun ictimai xadim kimi fəaliyyəti çoxşaxəlidir. Sədrlik etdiyi Müsəlman Xeyriyyə Cəmiyyəti müxtəlif mütərəqqi tədbirlər həyata keçirmiş və maarifçilik işində fəallıq göstərmişdir. Ana dilində dövri nəşrlərin azlığı onu daim narahat etmiş, 1915-ci ildə "Qardaş köməyi" adlı qəzet buraxmağa başlamışdır. Xalq Cümhuriyyəti dövründə M.Əsədullayev Azərbaycan parlamentinə üzv seçilmiş, F.Xoyskinin 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinetində ticarət Ardı »

"Azərbaycan Demokratik Respublikası"Əli bəy Zizikski

Həyatı[redaktə]
Əli bəy Harun bəy oğlu Quba qəzasının Zizik kəndində doğulmuşdu. Fevral inqilabından sonra (1917) kapitan Ə.Zizikski Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən Quba qəzasının komissarı təyin edilmişdi (müavini Mir Cəfər Bağırov idi). Oktyabr çevrilişindən (1917) sonra qəzanın Bakı Sovetinin nəzarətinə keçməsinin qarşısını almağa çalışmışdır. Əli bəy Zizikski 1918-ci il soyqırımı zamanı öz dəstələri ilə Dağıstandan Bakının köməyinə gələn Nəcməddin Qotsinskinin alaylarına qoşulmuşdu. Qotsinski və Zizikskinin silahlı dəstələri daşnak-bolşevik birləşmələrinin Biləcəri-Xırdalan müdafiə xəttinə qədər yaxınlaşmış, ilk toqquşmada onları məğlubiyyətə uğradıb, şəhər üzərinə son hücum hazırlığına başlamışdır. Lakin Həştərxandan Xəzər dənizi vasitəsilə göndərilən çoxsaylı bolşevik hərbi qüvvələrinin Bakıya çatması ilə qüvvələr nisbəti dəyişmiş və onlar Ardı »

"Azərbaycan Demokratik Respublikası"Parlament və təhsil

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq baxçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı.

Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın Ardı »

"Azərbaycan Demokratik Respublikası"Qara bəy Əliverdilər

Həyatı[redaktə]
Rəhim bəyin ikinci oglu Qara bəy 1879-cu ildə Şuşa qəzasının Pərioğlular obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Sonra Şuşa şəhərində real məktəbi bitirmişdi. ADR dönəmində parlament üzvü olmuşdu. Əliverdilər soyadı ilə məşhur idi.

Qara bəy 1929-cu ildə vəfat edib.

Qara bəyin Şövkət xanım adlı qızı vardı. Ardı »