Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Azərbaycan Demokratik Respublikası"Rəşid xan Qaplanov

Həyatı[redaktə]
Rəşid xan Qaplanov 1885-ci ildə kumık Qaplanovlar əsilzadə sülaləsində doğulmuşdur. Vladiqafqazda realnı məktəbi, 1910-cu ildə Parisdəki Sorbon Universitetinin hüquq fakültəsini bitirmişdir. İstanbul Universitetinə dəvət olunmuş, 1913-cü ilədək orada dərs demişdir. Həmin il Vladiqafqaza qayıtmış, şəhər dairə məhkəməsində andlı müvəkkil müavini vəzifəsində çalışmışdır. Rusiyada Fevral inqilabından (1917) sonra Şimali Qafqazda gedən siyasi proseslərdə fəal iştirak etmiş, Dağlılar Respublikası daxili işlər naziri olmuşdur. Qaplanov 1919-cu ilin əvvəllərində Bakıya köçmüş, Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü hökumət kabinəsində maarif və dini etiqad naziri vəzifəsinə təyin olunmuşdur. Onun rəhbərliyi ilə Bakıda və Azərbaycanın bir çox şəhərində yeni məktəblər fəaliyyətə başlamışdır. Bakı Dövlət Universitetinin açılmasında Qaplanov da yaxından Ardı »

"Azərbaycan Demokratik Respublikası"Şimali Qafqaz Respublikasının elan edilməsi

Əbdülməcid Çermiyev, Heydər Bammat və Məhmət Qari Dibrov kimi ziyalılar Dağıstanın qurtuluşu üçün siyasi fəaliyyətlərə liderlik edirdilər. Dağıstan türklərindən təşkil olunmuş bir heyət, 1918-ci ilin aprel ayında İstanbula getdi. Heyət Ənvər paşa ilə görüşərək, Türk ordusunun onları himayə etməsini istədi. Ənvər paşa, türk əsgərinin Dağıstana girməsindən əvvəl bəzi məsələlərin həllinin başa çatdırılmasının zəruriliyini bildirərək, bölgədə yaşayan türklərdən ibarət bir korpus yaradılmasının faydalı olacağını bildirdi. Bundan əlavə, 1-ci süvari diviziyası komandanı podpolkovnik (yarbay) Nazim bəy və 4-cü piyada diviziyası komandanı yarbay Əhməd Şükrü bəy ilə qərargah kadrlarına Şimali Qafqazda Dağıstan və Çeçenistanda hərbi təkilat qurmaq tapşırığı verildi.[194]

Trabzon və Batum Konfranslarında türk nümayəndələri Ardı »

"Azərbaycan Demokratik Respublikası"Bakı döyüşü

Bakı döyüşü (ing. Battle of Baku, rus. Битва за Баку) — 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Bolşevik-Daşnak-Bakı Soveti qüvvələri arasında olmuş döyüş. Sonradan döyüşə Böyük Britaniya-Ermənistan-Rusiya qüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kampaniyasının son döyüşü olmuşdur. Lakin Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan-Ermənistan müharibəsi ilə davam etmişdir Ardı »

"Azərbaycan Demokratik Respublikası"Bakının azad edilməsi

Görülən tədbirlərin nəticəsində iyun ayının 27-30-da başlanan döyüşlərdə bolşevik-daşnak qüvvələri darmadağın edildi və Qafqaz islam ordusu Bakıya tərəf hərəkətə başladı. Qafqaz islam ordusu 1918-ci ilin sentyabr ayının 15-də Bakı şəhərini tutdu və Azərbaycan Demokratik Respublikası hökumətinin paytaxta köçməsi üçün şərait yaratdı. Qafqaz islam ordusu Bakını daşnaklardan, eserlərdən və ingilislərdən təmizlədi, şəhəri Azərbaycan Demokratik Respublikasının rəsmi paytaxtına çevirdi, Azərbaycanı təhlükədən xilas etdi, bütün ölkəyə nəzarəti hökumətin sərəncamına verdi.

Bakının azad edilməsi ilə əlaqədar olaraq Türkiyənin hərbi naziri Ənvər paşanın (o, Nuru paşanın böyük qardaşı idi) Xəlil paşa və Nuru paşaya göndərdiyi teleqramada deyilirdi: "Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Ardı »

"Azərbaycan Demokratik Respublikası"Mühasirədə olan Bakıda siyasi və hərbi vəziyyət

Qafqaz İslam Ordusu, Bakı yaxınlığına qədər irəliləmiş və şəhəri mühasirəyə almışdı. Bakının ətraf aləmlə əlaqəsi tamam kəsilmişdi. Bakıya giriş yalnız Xəzər dənizi vasitəsilə mümkün idi. İqtidarda olan kommunist bolşeviklərin Şaumyan liderliyindəki hökuməti və 26 Bakı Komissarları iqtidarı çox çətin günlərini yaşayırdı. Şaumyan, Çiçerinə göndərdiyi bir teleqramda cəbhədəki vəziyyətin get-gedə pisləşdiyini, Bakı Sovetinin sağçı qanadından bəzi qrupların ingilisləri dəvət etmək qərarına gəldiklərini və şəhərin üzərinə hücum edən qüvvələrin nizami Türk Ordusu olduğunu bildirərək, Rusiyadan təcili kömək göndərilməsini istəyirdi. Bu aralarda Rusiyanın əlində tutduğu İdil (Volqa) boylarında üsyan qalxmışdı. Qırmızılar bölgədəki hakimiyyətlərini itirmək təhlükəsi ilə qarşılaşmışdılar. Bu səbəbdən Həştərxan və Saritsin (Volqaqrad) kimi Ardı »

"Azərbaycan Demokratik Respublikası"Azərbaycan Demokratik Respublikasında fəaliyyəti

Nazirlik vəzifəsinə gəlmədən öncə Daşnaksütun partiyasının Bakı bürosunun sədri idi. 7 fevral 1919-cu ildə ingilis komandanlığından Bakıdakı erməni qaçqınlar üçün 50.000 rubl qrant istəmişdi. 21 fevral 1919-cu ildə Bakı Erməni Xeyriyyə Cəmiyyətinin sədri və eyni zamanda Bakı Hüquqşünas Həmkarları Birliyinin üzvü olan Mixail Papacanyanın Ermənistan Demokratik Respublikası Xarici İşlər naziri Sirakan Tiqranyana göndərdiyi məxfi məktubda dediyinə görə Dastakov General Tomsonun təkidi ilə Daşnaksütunun ADR Parlamentində seçkilərdə iştirak etməsi qərarını vermişdi. 14 mart 1919-cu ildə Nəsib bəy Yusifbəylinin dördüncü hökümətində səhiyyə naziri vəzifəsinə gəlmişdir. Bakıdakı Erməni məlumat bürosunun 22 may 1919-cu il raportunda Nəsib bəy Yusifbəylinin bu addımını Azərbaycandakı ermənilərin vəziyyətinin yaxşılaşdırılması Ardı »