Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

ÜmumiƏbdülhüseyn xan Teymurtaş

Həyatı[redaktə]
Əbdülhüsеyn хаn Kərimdad xan oğlu 1883-cü ildə anadan olmuşdu. Sankt-Peterburq şəhərində аli hərbi təhsil аlmışdı. Müəzzəmülmülк ləqəbini dаşıyırdı.

İngiltərə İranа göndərdiyi səfir Sеr Prеsli Lоrеn çаlışırdı кi, Tеymurtаşlа əlаqə qursun. Məsud Bеhnud yаzır: "Lоrеn Tеymurtаş кimi nаtiq, şüurlu, ədəbli bir şəхs tаpdı кi, оnun vаsitəsilə Sərdаri-Sipəhin (Rzа şаh Pəhləvinin) qulаğınа lаzım gəldiyi vахt pıçıldаyа bilsin. Tеymurtаş təк dеyildi, оndаn əvvəl Füruği Lоrеnin məşvərətçisi, еtimаd еtdiyi şəхs idi. Lакin, ingilislər yахşı bilirdilər кi, gənc Tеymurtаş Füruğidən bаcаrıqlıdır".

Rzа şаh Pəhləvinin vəziri idi. Türкlərə qаrşı nifrət bəsləyən bu аdаm Əbdülhüsеyn хаnı 1933-cü ildə Qəsri-Qаcаr zindаnındа zəhərlətdi.

Ailəsi[redaktə]
Əbdülhüsеyn хаn Хəzənülmülк (Sürurəssəltənə) хаnım Əlirzа хаn qızı Qоvаnlı-Qаcаrlа Ardı »

ÜmumiLənkəran qalası Tarixi

Lənkəran qalası 1726-cı ildə tikilməyə başlanmış, 1727-ci ilin payızında tikintisi tamamlanmışdır.

Lənkəranlıların "Qələ" adlandırdıqları məhəllə bu qalanını içərisində yerləşmişdir. Qala Birinci Rus-İran müharibəsində (1804-1813) İran ordusunun mühüm dayaq məntəqəsi olmuşdur. Qalada İran ordusunun 4 minlik qoşunu yerləşdirilmişdir. Rus qoşunlarının şərqə yürüşündə bu qala çox çətinliklər törədirdi. 1812-cü il dekabrın 31-də rus əsgərləri qala divarlarının yanında mövqe tutur və top atəşləri altında xəndəkləri keçib döyüşü qalanın içərisində aparmalı olurlar. 1813-cü ilin yanvarın 1-də Lənkəran qalası rus qoşunlarının əlinə keçir. İranlıların məğlubiyyətindən sonra sülh müqaviləsi bağlanır. Gülüstan sülh müqaviləsinə (1813) əsasən Lənkəran Rusiyaya birləşdirilir. Ardı »

ÜmumiEneolit yaşayış yerləri

Zaqafqaziyada 150-dən artıq Eneolit dövrü yaşayış yeri müəyyən edilmişdir. Onların əksər hissəsi Azərbaycan ərazisindədir. Tədqiqatlar Eneolit dövründə oturaq qəbilələrin çox geniş əraziyə yayılmasını göstərsə də, Zaqafqaziyada qədim yaşayış yerləri müəyyən rayonlarda, başlıca olaraq Kür çayından cənubda məhsuldar düzənlərdə yerləşir. Azərbaycanın erkən əkinçiləri adətən su hövzələri kənarlarında məskən salırdılar. Mil-Qarabağ düzənliyində, xüsusən Qarqar və Xaçın çayları arasında çoxsaylı qədim yaşayış yerləri cəmləşir. Burada yerdənçıxan suların ətrafında salınmış yaşayış yerləri az deyil. Çox güman ki, Mil düzü Eneolit dövründə indiki kimi susuz ərazi deyildi, insanların yaşaması üçün orada şərait daha əlverişli olmuşdur. Daimi axar sular, münbit torpaq və başqa amillər ərazinin mənimsənilməsinə və Ardı »

ÜmumiAzərbaycan filmlərinin il siyahısı (1990-1999)

1990[redaktə]
20 yanvar (film, 1990) (sənədli film)
Abşeron lövhələri (film, 1990) (qısametrajlı sənədli film)
Ağdam Bu Gün, Sabah (film, 1990) (qısametrajlı sənədli film)
Analar yanar ağlar (film, 1990) (televiziya tamaşası) (TV)
Ayna və Həmid (film, 1990) (qısametrajlı sənədli film)
Azadlığa gedən yollar (film, 1990) (tammetrajlı sənədli film)
Balıqların harayı (film, 1990) (qısametrajlı sənədli film)
Bəxtəvər (film, 1990) (qısametrajlı bədii film)
Bir daha yüksələn bayraq (film, 1990) (qısametrajlı sənədli film)
Bir dəfə (film, 1990) (cizgi filmi)
Bir məktubun izilə (film, 1990) (qısametrajlı sənədli süjet - Mozalan № 151)
Biznes konqresi (film, 1990) (qısametrajlı sənədli film)
Çempion (film, 1990) (qısametrajlı sənədli film)
Çiçinin çiçəyi (film, 1990) (qısametrajlı sənədli film)
Dəyirman öz işindədir... (film, 1990) (qısametrajlı sənədli süjet - Ardı »

ÜmumiƏlincə qalası

Əlincə Qalası – Azərbaycan Respublikası ərazisində olan tarixi memarlıq abidəsi, Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biri.
Tarixçəsi[redaktə]
Yazılı qaynaqlarda adı X yüzildən başlayaraq "Alıncaq", "Alancıq" , "Əlincək" və "Əlincə" şəklində çəkilən qala Naxçıvan-Culfa yolunun kənarında, Əlincəçayın sağ sahilində yalçın dağ üstündə yerləşir. Bu adın qədim türk dilindəki "alan" (yastı, düzənlik, meydan) sözündən yarandığı ehtimal edilir. Lakin qədim türk dilində dağın təpəsi anlamını verən "alın" və qənimət anlamı daşıyan "alınc" sözləri də olmuşdur. H. Qəzvinin məlumatına görə Naxçıvan yaxınlığında Alancıq, Surmari, Taqmar və Faqnan adlı möhkəm qalaların uçuqları yüksəlir. Elxanilər zamanı müəyyən dağıntılara uğramış Əlincə qalası sonrakı dövrdə yenidən bərpa edilmişdir.

Əlincəqalanın tikilmə tarixi Ardı »

ÜmumiII Qriqor Supan

II Qriqor Supan - 859—912/913 – cü illərdə (və ya 910) hakimiyyətdə olmuş Qeqarqunik hakimi.

Bioqrafiyası[redaktə]
Sünik sülaləsinin Qeqarqunik Haykazunları nəskindən olan II Qriqor Supan Vasak Qabur və şahzadə Məryəm Baqratuninin böyük oğludur. 895-906 – cı illərdə Tatev monastırının inşasında Aşot Süniyə yardım etmişdir. Monastır kilsəsinin şimal fasadında digər sifarişçilərlə birgə II Qriqor Supanın da heykəli vardır. II Qriqor eyni zamanda Göyçə gölü sahilindəki Kotavəng kilsəsi və Makenatots kilsəsini də inşa etdirmişdir. II Qriqor Supan Sacilər sülaləsindən olan Azərbaycan əmiri Yusif ibn Əbu-Sac tərəfindən döyüşdə öldürülmüşdür. Varisi, oğlu Aşotdur.

“Tanrının erməni ölkəsinə sakitlik və əminamanlıq bəxş etdiyi günlərdə, nahararlar təhlükəsizlikdən əmin olmaq üçün Ardı »

ÜmumiTəbriz bəylərbəyliyi

Tarixi[redaktə]
XVI əsrin 1-ci yarısında yaradılmışdı. Çuxur səəd, Qarabağ, Şirvan, İran əyalətləri və Osmanlı imperatorluğu ilə həmsərhəd olan T. b. -nə Marağa, Urmiya, Soucbulaq, Xoy, Səlmas, Mərənd, Naxçıvan (16 əsrin sonunadək), Maku, Qaradağ, Ərdəbil, Miyanə, Talış, Arazbar, Sultaniyyə, Zəncan və s. əyalətlər da xil idi.

Təbriz bəylərbəyliyi ictimai-iqtisadi və strateji baxımdan Səfəvilər dövlətinin ən zə ng in və mühüm əyalətlərindən biri idi. Burada əkinçilik, maldarlıq və sənətkarlıq inkişaf etmişdi; mühüm ticarət yolları onun ərazisindən keçirdi. Səfəvilər dövlətinin paytaxtı Qəzvinə (1555), sonralar isə İsfahana (1598) köçürüləndən sonra da Təbriz bəylərbəyiliyi ölkənin siyasi və iqtisadi həyatında mühüm rol oynayırdı. Səfəvi ordusunun şəxsi heyətinin (təqr. 60 Ardı »

ÜmumiDop sülaləsi Digər nümayəndələri

Sotk məliklərinin malikanəsi Böyük Məzrə kəndində yerləşirdi.

Şahənşah (III Həsənin oğlu)
Saytun (Seyti) – XV əsrin əvvəlləri
Ulubəy
Ulubəyin adı ilə nəslin ondan sonrakı nümayəndələri Ulubəyoğulları (erməni dilinə uyğunlaşdırılmış Ulubəyants) soyadını daşıyırdılar.

Mirzəcan – 1502-ci ildən
Məlikbəy – 1580-ci ilə kimi
Şahnəzər
Övri – 1621-ci ildə vəfat edib.
Kamal
Astvaçapov – 1650-ci ilə kimi
Məlikbəy – 1670-ci ilə kimi
Şahnəzər – XVII əsrin sonları
Vərəndə məlikləri
Vərəndə məliklərinin malikanəsi Xocalı rayonunun Çanaqçı kəndində yerləşir.

Mirzə bəy – XVI əsrin sonları, Sotk hakimi Şahnəzərin qardaşıdır.
I Məlik Baqi
I Şahnəzər
II Məlik Baqi
Məlik Hüseyin – 1736-ci ildə vəfat edib.
Hovsep
II Məlik Şahnəzər Ardı »