Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan coğrafiyasıHüseyn Cavid

Həyatı

Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani aıləsındə dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.

Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş Ardı »

Azərbaycan coğrafiyasıƏhəd Yaqubov

Əhəd Yaqubov - geoloq-alim, SSRİ-nin fəxri neftçisi, akademik.

Əhəd Yaqubov 70 illik ömrünün 45 ilini palçıq vulkanları problemi və neft-qaz yataqlarının axtarışına həsr edib. Nəticədə bu istiqamətdə özünəməxsus məktəb qoyub. Ardı »

Azərbaycan coğrafiyasıCəmil Əhmədli

Həyatı

Cəmil Əhmədli 1931-ci il oktyabrın 27-də Gədəbəy rayonunun Söyüdlü kəndində Mirzə Teymur Əhmədli adlı bir müəllimin ailəsində doğulmuşdur. 1938-ci ildə birinci sinifə gedən C.Əhmədli müharibə illərində, məktəblərin çətin fəaliyyət göstərdiyi dövrdə atasının yanında təhsil almışdır. 1948-ci ildə 10-cu sinifdə oxuyarkən respublikada keçirilən riyaziyyat olimpiyadasının qalibi olmuşdur. Həmin il yeni yaradılmış Moskva Fizika-Texnika İnstitutunun nümayəndəsi C.Əhmədlinin oxuduğu məktəbin buraxılış imtahanlarında iştirak etmiş və onun həmin instituta qəbul olunduğunu bildirmişdi. Lakin maddi çətinliklərə görə Cəmil Əhmədli Moskvaya gedə bilmir, sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fəlsəfə şöbəsinə verərək qəbul olmuş, həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

Cəmil Əhmədli 1953-cü ilin yayında SSRİ Ardı »

Azərbaycan coğrafiyasıƏbülfət ağa Şahtaxtinski

Həyatı

Əbülfət ağa Nəcəfqulu ağa oğlu 1858-ci ilin oktyabr ayında Şərur-Dərələyəz qəzasının Şahtaxtı kəndində anadan olmuşdu. Onun nüfuzlu nəsli Azərbaycan tarixinə Məhəmməd ağa Şahtaxtinski, Behbud ağa Şahtaxtinski, İsa Sultan Şahtaxtinski, Həmid bəy Şahtaxtinski kimi görkəmli şəxsiyyətlər bəxş edib.

İlk təhsilini Tiflis real məktəbində alan Əbülfət ağa 1877-ci ildə Sankt-Peterburq Texnologiya Universitetinə daxil olmuşdu. Tələbə yoldaşı, ilk marksist Q.V. Plexanovla birgə tələbələri qadağan olunmuş yığıncaqlara təhrik etdiyinə görə bir il sonra – dekabr ayında univesitetdən xaric edilmişdi. Mənzilində aparılan axtarış zamanı məlum olub ki, Əbülfət ağa həm də Moskva və Peterburqda təhsil alan qafqazlı tələbələrin yaratdıqları "İmdadiyyə" adlı gizli dərnəyin üzvüdür. Bu dərnək 1878-ci Ardı »

Azərbaycan coğrafiyasıÜzeyir Hacıbəyov - Həyatı

Üzeyir Hacıbəyov və ya Üzeyir Hacıbəyli (tam adı: Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov; 18 sentyabr 1885, Ağcabədi – 23 noyabr 1948, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi. Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən hesab edilir.

Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin Mükafatı laureatı (1941), "Lenin Ordeni" və "Qırmızı Əmək Bayrağı" ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948). Azərbaycan SSR və Ardı »

Azərbaycan coğrafiyasıPinxos Sabsay

Sabsay Pinxos (Pyotr) Vladimiroviç (1893-1980) — Sovet dövrünün heykəltəraşı, Azərbaycan SSR-in əməkdar incəsənət xadimi (1959), SSRİ-nin xalq rəssamı (1973), SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1947), 1-ci dərəcəli Stalin mükafatı laureatı
Həyatı

Pinxos Sabsay Odessa Rəssamlıq Texnikumunu və Peterburq Rəssamlıq Akademiyasını bitirib. 1917-ci ildə Odessa Təsviri İncəsənət İnstitutunda pedaqoji fəaliyyətə başlayıb.

1918-ci ildə Vladimir İliç Leninin portret heykəllərini, “Əmək” monumental barelyefini yaradıb. 1928-ci ildən başlayaraq Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deməyə başlayıb. İki il sonra onun Mirzə Fətəli Axundovun abidəsinin açılışı olub. Bakıda monumental heykəllərlə yanaşı, həm də barelyeflərin üzərində işləyib. 1932-ci ildə Sabsay 55 fiqurdan ibarət olan 22 metr hündürlüyündə “İdmandan əməyə Ardı »

Azərbaycan coğrafiyasıMusa Ağayev

Həyatı

Musa İsgəndər oğlu Ağayev 1914-cü ildə Şuşa şəhərində anadan olub.

Atası Ağayev İsgəndər Məlik oğlu əslən Xəlfəli kəndindən olub. Öz torpağı olmadığına görə çobanlıq edib. Anası Ağayeva Natəvan evdar qadın olub. 1916-cı ildə ailəsi Bərdəyə köçərək, Lənbəran kəndində məskunlaşıb.

1917-ci ildə hər iki valideyni rəhmətə gedib. Onların ölümündən sonra 3 yaşlı Musanı qardaşı tərbiyə edib. 1924-cü ilə qədər təsərrüfat işlərində qardaşına kömək edib. 1924-cü ildən təhsil almağa başlayıb. İlk təhsilini Bərdədə alıb. 1930-cu ildə təhsilini davam etdirmək məqsədilə Bakıya gəlib, Stalin adına fəhlə fakültəsinə daxil olub. Təhsilini başa vurana qədər dövlət təqaüdü alıb və yataqxanada yaşayıb. 1933-cü ildə fəhlə fakültəsini bitirib, Məşədi Əzizbəyov Ardı »

Azərbaycan coğrafiyasıQurban Abbasov

Qurban Abbasov və ya Neftçi Qurban (tam adı: Abbasov Qurban Abasqulu oğlu) (26.10.1926 Naxçıvan MR — 1994 Bakı ş.) — fəxri neftçi, Sosialist Əməyi Qəhrəmanı (1959), SSRİ-nin fəxri neftçisi, SSRİ Dövlət Mükafatları Laureatı (1951), Azərbaycan Dövlət Mükafatları Laureatı və Əməkdar mühəndisi (1972)
Həyatı

Xalq arasında "Neftçi Qurban" adı ilə məşhur olan Qurban Abasqulu oqlu Abbasov 26 oktyabr 1926-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olub. Əmək fəaliyyətinə 1944-cü ildə "Artyomneft" trestində fəhlə kimi başlayan Qurban Abbasov, sonra "Azərneft" Birliyinin qazma idarəsində qazmaçı, buruq ustası, "Gürgənneft" NMİ-nin şimal qazma sahəsi idarəsinin rəisi vəzifəsində işləyib.

Əmək fəaliyyətini davam etdirərək, "Neft və qaz quyularının Ardı »