Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dunya ve tarixiRüstəm Paşa

Rüstəm paşa- 1544-1553 və 1555-1561 arası sədrəzəmlik etmiş Xorvat əsilli[1][2][3][4][5]Osmanlı İmperiyasının dövlət adamı.Mündəricat [gizlə]
1 Hayatı
2 Şahzadə Mustafa Hadisəsi
3 Mənbə
4 İstinadlar

[redaktə]
Hayatı

Rüstəm Paşa, 1500-ci ildə Xorvatiya 'da doğulmuşdur. Osmanlı torpaqlarına yetirildikdən sonra devşirilmiş, 1539'da Diyarbakır Qubernatoru və 3. Vəzir ikən Şahzadə Cahangir və Şahzadə Bəyazidin sünnə toyunda Sultan Süleyman Qanuninin qızı Mihrimah Sultan ilə evlənmişdir. Bu səbəblə 'Damat' sifətiylə xatırlanar.

Damat Rüstəm Paşa (1500-1561) Qanuni Sultan Süleyman səltənəti dövründə 28 Noyabr 1544 - 6 Oktyabr 1553 və 29 sentyabr 1555 - 10 İyul 1561 tarixləri arasında sadrazamlık etmiş Osmanlı dövlət adamıdır.

Rüstəm Paşa Mohaç Meydan müharibəsində padşahın silahtarıdır. Taşrada ki ilk vəzifəsi rikap Ardı »

Dunya ve tarixiVespasian

Tit Flavi Vespasian (17 noyabr, 9, Reate-23 iyun, 79, həmin yerdə) Roma imperatoru, Flavilər sülaləsinin banisi. Yəhudi padşahlığında Roma əleyhinə üsyanı (66-73) yatırmışdı. Vespasian əyalət əyanlarının bir çox nümayəndəsini senata daxil etmişdi. Sələflərindən fərqli olaraq əyalət adamlarına Roma və latın vətəndaşlığı hüququnu daha çox verir, yeni vergilər qoyur, ordunu azaldır, bununla imperiyanın ictimai əsasını möhkəmlədirdi. Ardı »

Dunya ve tarixiUvey

Uvey Şanyü eramızdan əvvəl 114-105-ci illər arası hökmdarlıq etmişdir. İçizin böyük oğlu olan Uvey Şanyünün hakimiyyət dövrü Hun imperiyasının durğunluq dövrü sayılır. Hakimiyyətinin 4-cü ilində Çin elçisi ona imperatorun onu müharibəyə çağırdığını, müharibə etməzlərsə vassallığını qəbul etməsini dediyini bildirdi. Uvey buna əsəbləşərək elçini Baykal gölü ətrafına sürgünə göndərdi. Müharibəyə isə girişməyərək ordusuna dinclik verdi. Yan-sin adlı Çin elçisi həmin il gələrək sülh təklif etdiyini, şanyünün vəliəhdi imperatorun yanına göndərməsini istədi. Şanyü isə buna etiraz edərək bir Çin şahzadəsi tələb etdi. Şanyü axırda özü Çinə getmək istədi. İmperator Vudi Uvey üçün Çanqanda bir saray tikilməsini əmr etdi. Həmin il Hun elçisi Çində Ardı »

Dunya ve tarixiIII Mustafa

Sultan III Mustafa (1757-1774)

III Əhmədin oğludur. 1717-ci ildə anadan olub. III Osmanın vəfatından sonra 30 oktyabr 1757-ci ildə hökmdar oldu. Taxta keçən kimi “Ədalətnamə” elan etdi. Xəzinəni zənginləşdirmək üçün tədbirlər gördü. Dövlətin maliyyəsinə zərər verən, zəhmətsiz qazanclar arxasında qaçan yəhudi və xristian tayfasının möhkəm idarə altına alınmasını təmin etdi. Osmanlı Dövlətini əsgəri baxımdan inkişaf etdirmək üçün topçu məktəbini etdi. Ordunun artan top ehtiyacına cavab vermək üzrə Hasköydə müasir bir top metaltökməsi quruldu. Bu iş üçün xüsusilə Fransız ordusunda xidmət görmüş olan Baron da Tottdan istifadə edildi. Donanma fəaliyyətləri ələ alınıb gəmi inşası sürətləndirildi.

Bu vaxt Urban quldurları həcc yolunu təhlükəyə salmışdı. Bu Ardı »

Dunya ve tarixiFeodosiya sülaləsi

Feodosiya sülaləsi 378 - 472 ci illərdə Qərbi Roma imperiyasını, 378-457 ci illərdə fasilələrlə Bizans imperiyasını idarə etmiş doqquz imperatordan ibarət olub, əsası I Valentinianın kürəkəni I Feodosi tərəfindən qoyulmuşdur.
Bütöv Romanın imperatoru:
I Feodosiy (378 — 395)
Qərbi Roma imperatorları:
Flavi Honori, I Feodosinin oğlu (395 — 423)
III Konstansi, I Feodosinin kürəkəni (421)
III Valentinian, III Konstansinin oölu (425 — 455)
Petroniy Maksim, I Feodosinin qız nəticəsinin ikinci əri (455)
Olibriy, III Valentinianın kürəkəni (472)
Şərqi Roma imperatorları:
Flavi Arkadi, I Feodosinin oğlu (395 — 408)
II Feodosiy, Flavi Arkadinin oğlu (408 — 450)
Markian, Flavi Arkadinin kürəkəni (450 — 457) Ardı »

Dunya ve tarixiII Bəyazid

II Bəyazid — Osmanlı sultanı.

Amasyada valilik vəzifəsində olan zaman atası Fatih Sultan Məhəmmədin vəfatı zamanı (1481) İstanbula gələrək padşah oldu. Qardaşı Cem Sultan onun padşahlığını qəbul etmədi ve üsyan etdi. Taxt üstündə davada məğlub olan Cem sultan Rodos Adasındaki Sen Jan şovalyelerinə iltica etdi. Daha sonra Avropaya göndərildi. İtaliyanın Neapol şəhərində vəfat edən Cem Sulatanın cənazəsi daha sonra Bursaya gətirildi.

II Bəyazid, Boğdan səfərinə çıxdı və Qaradəniz qırağında Kili və Akkerman qalalarını fəth etdi. Daha sonra Mora yarımadasında Venediklilərin əlində olan İnebahtı Modon Koron və Navarin qalaları fəthedildi. İspaniyadakı son müsəlman dövlət olan Beni Ahmer Dövlətinin 1492-ci ildə yıxılmasından sonra II Bəyazid Ardı »

Dunya ve tarixiBizans İmperiyası

Bizans İmperiyası və ya ilk dövrlərdə Şərqi Roma İmperiyası (yunan. Βασιλεία Ῥωμαίων) - 476-1453-cü illərdə mövcud olmuş dövlət. Dövlətin özünü bizanslılar Romey dövləti, özlərini isə Romey (yunan. Ρωμαίοι - Romalı) adlandırırdılar. Bizans adı Bosfor sahilində mövcud olmuş qədim yunan koloniyasını ifadə edirdi və sonradan tarixçilər tərəfindən bu dövlətə şamil edilmişdir. Bizansın paytaxtı həmin koloniyanın yerində İmperator I Konstantinin əmri ilə salınmış Konstantinopol şəhəri olmuşdur.

Bizans İmperiyası özünün ən qüdrətli dövrlərini I Yustinianın dövründə yaşamışdır. Daha sonralar, Ərəb və Səlcuq hücumları, eləcə də IV Səlib yürüşü nəticəsində xeyli zəifləmiş və nəhayət, şərqdə yaranmış yeni qüdrətli dövlət - Osmanlı İmperiyası qarşısında tədricən süqut etmişdir. Ardı »

Dunya ve tarixiŞah Abbasın şəxsiyyəti

XIX əsrin görkəmli Azərbaycan tarixçisi, şair və ictimai xadimi Abbasqulu ağa Bakıxanov Azərbaycan tarixinə həsr etdiyi məşhur "Gülüstani-İrəm" əsərində şah Abbasın hakimiyyət dövrünə qiymət verərkən yazır: "Müdrik dövlət idarəçiliyi və quruculuq işləri ilə şöhrət qazanan şah Abbas elə mülki və hərbi qayda-qanunlar qoyub gedib ki, fars şahları indi də onlardan istifadə edirlər. Hətta hökmdarların ləyaqətinə ciddi yanaşan Avropa tarixçiləri də bir elm və sənət hamisi olaraq, şah Abbası "Böyük" sözü ilə xatırlayırlar. Bu böyük insanın adını ədalət və müdriklik rəmzi sayan Asiya xalqlarında isə o, az qala bütləşdirilir. Şah Abbas o qədər ictimai binalar ucaldıb ki, Şərqin heç bir hökmdarı bu Ardı »