Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dunya ve tarixiI Mənqli Gəray

I Mənqli Gəray ( 1445-ci il- 1515-ci il)—Krım xanlığının hakimi.Mündəricat [gizlə]
1 Həyatı
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər

[redaktə]
Həyatı

Krım hakimi Hacı Gəray 1446-cı ildə öldü və bütün Türk tarixi boyunca gördüyümüz aralıqsız və təəssüf doğuran taxt-tac çəkişmələri başladı.Hacı Gərayın səkkiz oğlu bir-birinin üstünə düşdülər və boylar arasında çarpışma sürdü.Öncə qardaşlardan Mənqli Gəray (Bənli Gəray) xanlığı ələ keçirdi, ancaq bir sürə sonra qardaşı Nurdövlət onu yenərək taxta oturdu.

İki il yarım sonra yenidən Mənqli Gəray, ondan bir sürə sonra da yenə Nurdövlət xan oldular.Nurdövlət xanla anlaşan genuyalılar onlara sığınan Mənqli Gərayı tutuqladılar.

Nurdövlətin genuyalılarla anlaşması və Mənqli Gərayın tutuqlanması Qırım bəyləri və ulus tərəfindən Ardı »

Dunya ve tarixiMəhəmməd şah Qacar

Məhəmməd şah İranın şahı
[redaktə]
Həyatı

Məhəmməd mirzə Abbas mirzə oğlu 1810-cu ildə Təbriz şəhərində dоğulmuşdu. Sаrаy təhsili аlmışdı. Hələ аtаsının sаğlığındа vəliəhd оlmuşdu. 1834-cü ildə tахtа çıхmışdı.1837-ci ildə Herat müharibəsini başlatmışdı. Məhəmməd şah 1848-ci ildə vəfat edib.
[redaktə]
Övladları

Oğulları
Şahzadə Nasirəddin mirzə, sonra Nasirəddin şah kimi tanındı.(16 iyul,1831 - 1 may, 1896)
Şahzadə Abbas mirzə II Abbas mirzə Qovanlı-Qacar kimi tanındı. ( 27 noyabr,1839 - 14 aprel,1897)
Şahzadə Məhəmmədtağı mirzə II Məhəmmədtağı mirzə Qovanlı-Qacar kimi tanındı (1840 - 1901).
Şahzadə Əbdüssəməd mirzə Əbdüssəməd mirzə Salur kimi tanındı. (1843 - 1929).

Qızları
Şahzadə Mələkzadə xanım Qovanlı-Qacar (1830 - 1905) Əmir Kəbir ilə ailə qurmuşdu. Ardı »

Dunya ve tarixiKanija müdafiəsi

Kanija müdafiəsi 1593-1606-cı illər Osmanlı-Avstriya müharibəsi gedişində 1601-ci ildə 73 gün ərzində Kanija qalasını mühasirəyə alan Habsburq ordusuna qarşı Osmanlıların müdafiə olunması və əks-hücumudur.
[redaktə]
Mühasirədən öncəki vəziyyət

1600-cü ildə Avstriyaya tərəf irəliləyən Osmanlı ordusu Kanija qalasını ələ keçirdi. Qalanın idarəsi Tiryaki Həsən paşaya verildi. Qalada 9 min əsgər və az miqdarda silah və ərzaq ehtiyatı qoyan Osmanlı ordusu geri çəkildi. Bunu fürsət bilən Avstriya ordusu 9 sentyabrda Kanija qalasına hücum etdi. Avstriyalılara bu işdə Müqəddəs Roma imperiyası, Macar krallığı, Xorvat krallığı, İspaniya imperiyası, Papa dövləti və Malta cəngavərləri də yardım edirdi. Avstriyalılar gələr-gəlməz qalanın ətraf ərazilərlə olan bütün əlqaəsini kəsdilər.
[redaktə]
Mühasirənin gedişi

Avstriyalılar 35-100 min Ardı »

Dunya ve tarixiI Seyfəddin Qazi

I Seyfəddin Qazi (1146 - 1149)—Zəngilər sülaləsindən Mosul atabəyi, hökmdar.
[redaktə]
Həyatı

1146-cı ildə Caber qalasının fəthi zamanı İmadəddin Zəngi öldürüldü. Atabəyin öldürülməsi böyük Zəngilər dövlətinin də parçalanması demək idi. Onun ölümündən sonra dövlət iki oğlu - Nurəddin Mahmud və Seyfəddin Qazi arasında bölüşdürüldü. Nurəddin Mahmud Suriyanın idarəçiliyini öz üzərinə götürdü və Hələb şəhərini də özünün paytaxtı elan etdi. Seyfəddin Qazi isə Əl-Cəzirə bölgəsinə sahiblənib Mosula da başşəhər statusu verdi.

Beləliklə, yaranması böyük tarixi bir hadisə olan Zəngilər dövləti iki yerə parçalandı. Bəziləri bu parçalanmadan istifadə edib bu torpaqları öz hakimiyyətləri altına almağa çalışdı. O cümlədən, Səlcuq şahzadələrindən Alp Arslan ibn Mahmud atabəyliyin idarəsini ələ Ardı »

Dunya ve tarixiYasa

Yasa (monq. Их засаг хууль — Çingiz xanın dövründən başlayaraq monqolların qanunlar məcəlləsi adlanırdı. Böyük Yasa da deyilirdi.Mündəricat [gizlə]
1 Tarixi
2 Çoxluğun iştirak etdiyi hökumət
3 Qanun əsasında idarəçilik
4 Bərabərlik
5 İnsan hüquqları və fərdi azadlıqlar
6 Elxanlılar və Yasa
7 Ədəbiyyat
8 İstinadlar
9 Həmçinin bax
10 Xarici keçidlər

[redaktə]
Tarixi

Böyük öndər Çingiz xan (1162-1227) tərəfindən monqol mədəniyyətinə aşılanmışdır; indiki anlamda demokratik cəmiyyət qurmasa da, məhz Çingiz xan həmin dəyərləri monqolların şüuruna hopdurmuşdur.

Çingiz xan monqolları demokratiyaya necə yönləndirmişdir? Birincisi , o, xalqın hökuməti idarə edə bilməsinin iki ilkin zəruri şərtini institutlaşdırmışdır. Monqol tayfalarını vahid və müstəqil bir dövlət şəklində birləşdirməklə öz xalqına öz qanunlarını hazırlamaq hüququ vermiş, özündən Ardı »

Dunya ve tarixiI Kserks

I Kserks (Farsca: Xəşayarşah (خشایارشاه)‎[1])(hökm: MÖ 485–465) Əhəməni imperiyasının şahıydı. Yunanca Əski fars hökmdar adlarından Xšayāršā (Hşayarşa) sözündən gələn Kserks, "qəhrəmanlar kralı" anlamına gəlir.[2]

Fars kralı I Kserks, illərdən bu yana atası I Daranın yunanlılara qarşı başlatdığı savaşı sürdürmək üçün hazırlanırdı. Afinaya qarşı böyük orduyla səfərə çıxdı. Bizim eradan əvvəl E.ə. 484-cü ildə I Kserks başçılığındaki ordu Anadoluya çatdı və Çanaqqalada, Çanaqqala boğazı (Dardanel)in qarşı sahilində yerləşən Abidosa gəmilərdən bir körpü qurub əsgərlərini boğazdan qarşıya keçirdi. Herodot, I Kserksin beş milyondan artıq adamı olduğunu söyləse də, ozan Simon bu sayın üç milyon yaxınlığında olduğunu bildirir. Herodot, ordunun içərək çayları qurutduğunu və iri Ardı »

Dunya ve tarixiIV Mehmed

Sultan IV Mehmed (1648-1687)

I İbrahimin oğludur. Atası İbrahim üsyankarlar tərəfindən taxtdan endiridikdən sonra 8 avqust 1648-ci ildə sultan oldu. Bu sırada yeddi yaşında idi. Təhsil və təliminə səltənəti zamanında da davam etdi. Sultan IV Mehmetin uşaqlığından istifadə edən dövlət addımlarındakı kəslər, idarədə daha çox söz sahibi ola bilmək üçün mübarizələrə başladılar. Bu vəziyyət zaman zaman üsyanların çıxmasına və dövlət işlərinin pozulmasına səbəb oldu. Xəzinə boşaldı. 1652-ci ildə sədrəzəmliyə gətirilən Tarhuncu Əhməd Paşa ilk olaraq maliyyə çətinliyi önləmək üçün tədbirlər gördü. Ancaq xərclərin qısılması bəzi dövlət məmurlarının xoşuna gəlmədi və müxtəlif böhtanlarla Tarhuncunu vəzifədən uzaqlaşdırdılar. 1654-ci ildə Quru Murad Paşa əmrindəki Osmanlı Ardı »

Dunya ve tarixiBərkə xan

Bərkə xan (1257-1266) – Qızıl Orda xanı, Cuçi xanın oğlu, Cuçi xanın atası Monqol İmperiyasının banisi Çingiz xanın nəvəsi .
[redaktə]
Həyatı

Batı xanın ölümündən sonra yerinə kiçik qardaşı Bərkə xan keçdi (1257). Bərkə xan öz adına sikkə basdırmaq surətiylə Qaraqorumla əlaqəsini kəsərək müstəqilliyini elan etdi. Ayrıca Yenisaray şəhərini təmir edərək yeni paytaxt yaratdı.

Bu sırada Çingiz xanın digər oğulları bir-biriylə anlaşmazlığa düşmüş, Böyük xaqanlıq taxtı üçün öz aralarında savaşmağa başlamışdılar. Bərkə xan bu durumu yaxşı dəyərləndirdi. Böyük xaqanlıq savaşında öncə Arık Buqayın tərəfini tutdu. Amma bu savaşdan Xubilay xan qalib çıxmışdı və bu üzdən Böyük xaqanlıqla əlaqəsi büsbütün kəsilmişdi.
[redaktə]
Tarixi

Çingiz İmperatorluğunun bölünməsindən Xarəzm bölgəsinin Çığatay Ardı »