Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dunya ve tarixiMəhəmməd Əli şah Qacar

Məhəmmədəli şah Qovanlı-Qacar (1872-1924) (fars. محمدعلی شاه قاجار‎)‎ — İran şahı, Müzəffərəddin şahın oğluMündəricat [gizlə]
1 Həyatı
2 Ailəsi
3 Övladları
4 Qalereya
5 Xarici keçidlər
6 Mənbə
7 Həmçinin bax

[redaktə]
Həyatı

Məhəmmədəli mirzə Müzəffərəddin şah oğlu 1872-ci ildə Təbriz şəhərində аnаdаn оlmuşdu. Sаrаy təhsili аlmışdı. Еtizаdülmüzəffər ləqəbi аlmışdı. Məhəmmədəli mirzə Təbrizin vаlisi idi. 1906-cı ilin sоnlаrındа atası Müzəffərəddin şahın хəstəliyi gücləndi. Оnun ölümü gözlənirdi. Tеhranın irticаçı hакim dirələri qаtı irticаçı və кöhnə qаydаlаrı bərpа еtməк tərəfdаrı оlаn vəliəhd Məhəmmədəli mirzəni Tеhranı çаğırmаqlа hələ Müzəffərəddin şаhın sаğlığındа Коnstitusiyаnın təsdiq еdilməsinin qаrşısını аlmаğа və dеspоtizm quruluşunu bərpа еtməyə çаlışırdılаr. Vəliəhd Məhəmmədəli mirzənin Tеhrаnа çаğırılmаsı hаqqındа tеlеqrаmm nоyаbrın 17-də Təbrizdə Ardı »

Dunya ve tarixiİçiz

İçiz şanyü eramızdan əvvəl 126 və 114-cü illərdə hökmdarlıq etmiş hun hökmdarıdır. Onun hakimiyyət dövrü ən çətin dövrlərdən sayılır. O Laoşanın ikinci oğlu və Günçenin qardaşı idi. Şərq Luli Şahzadəsi titulu olan İçiz qardaşı oğlu Sol Yükü Müdrik Şahzadə olan Yuybini məğlub edərək hakimiyyəti ələ keçirdi. Yuybi Çinə qaçdı və bir neçə ay sonra öldü. İçiz hakimiyyətə gələn kimi müharibə vəziyyəti ilə üzləşdi. Hun dövlətindəki qarışıqlıqdan istifadə edən İmperator Vudi müharibə elan etdi. Hunlar cavab olaraq Çinin sərhəd bölgələrindən 2000 nəfər əhali qul olaraq götürdü. Hökmdarlığının ikinci ilində üç qrupla hücuma keçən və 30.000 əsgəri hər üç qrupa ayıran İçiz Şofan Ardı »

Dunya ve tarixiIV Mustafa

IV Mustafa - Osmanlı sultanı (1807-1808). Sultan I Əbdülhəmidin oğludur. 29 may 1807-ci ildə III Səlim taxtdan endirilərək şahzadə Mustafa sultan elan edildi.

Üsyanın təşviqçisi kosa Musa paşa Sultan Səlim tərəfdarlarını bir-bir ortadan qaldırdı. İstanbuldakı üsyan rus cəbhəsindəki ordunun intizamını da pozdu. Orduda olan Sultan Səlim tərəfdarları, Rusçuk əyanı Ələmdar Mustafa Paşanın yanına sığındılar. Mustafa sədr-əzəm Həlmi Paşanın yerinə Çələbi Mustafa Paşanı sədarətə gətirdi. Osmanlı Ordusundakı bu qarışıqlıqdan faydalanan ruslar, Əflak və Boğdanda bəzi qalaları ələ keçirdilər. Ancaq bu sırada rusların Fransa imperatoru Napoleon qarşısında çətin vəziyyətdə qalmaları, sülh istəmələrinə səbəb oldu. 20 avqust 1807-ci ildə əldə edilən sülhə görə ruslar Əflak, Ardı »

Dunya ve tarixiZaqatala dairəsi

Zaqatala dairəsi — Şimali Azərbaycanda 1860-cı ilin mayında yaradılmış inzibati ərazi vahidi. Tərkibinə Əliabad, Qax, Car, Muxax və Balakən yaşayış məntəqələri daxil idi. Qəzanı hərbi, mülki və inzibati hakimiyyəti öz əlində cəmləşdirmiş hərbi rəis idarə edirdi.
[redaktə]
Əhalisi

1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsi inzibati cəhətdən Qarasu, İlisu, Əliabad, Car və Balakən naibliklərindən ibarət idi. Qeyd edilən icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinə dair məlumatlar verilmiş, milli tərkibə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər:
Qarasu naibliyi:
Almalı kəndi—əhalisi 204 ailə, Ardı »

Dunya ve tarixiNadir şah Əfşar

Nadir şah Əfşar (fars. نادر شاه‎ Nâdir Şâh; 22 oktyabr 1688 – 19 iyun 1747) – İran şahı (1736-1747) və türk-soylu əfşarlar sülaləsinin banisi. Tarixdə həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona Şərqin Napoleonu və ikinci Makedoniyalı İsgəndər kimi ləqəblər vermişlər.Mündəricat [gizlə]
1 Nadirin II Şah Təhmasib dövründə fəaliyyəti
2 III Şah Abbasın dövründə Nadirin fəaliyyəti
3 Nadirin şah elan olunması ilə Əfşarların hakimiyyətə gəlməsi
4 Oğulları
5 Həmçinin bax

[redaktə]
Nadirin II Şah Təhmasib dövründə fəaliyyəti

XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqan işğalı Ardı »

Dunya ve tarixiCekson-Venik düzəlişi

Cekson-Venik düzəlişi (ing. Jackson-Vanik amendment) – 1974-cü ildə Konqres tərəfindən yahudilərin azad mühacirət hüquqlarını məhdudlaşdıran dövlətlərə qarşı ticarət sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan ABŞ Ticarət Aktına edilən düzəliş.

Düzəlişdə nəzərdə tutulan sanksiyalar ABŞ tərəfindən əsasən MDB dövlətləri və Çin Xalq Respublikasına qarşı tətbiq edilir.

2008-ci ildə Senator Riçard Luqar düzəlişin Azərbaycana qarşı tətbiq edilməsinin ləğv edilməsi haqqında qanun layihəsini ABŞ Konqresinə təqdim etmişdir. Ardı »

Dunya ve tarixiAvropa Hun İmperiyası

Avropa Hun İmperiyası — IV əsrin sonlarına doğru Balamirin liderliyində qərbə doğru yeriyən Hunların bir hissəsi ilk dəfə Şərq Anadoluya girdilər. Balamirin ölümündən sonra oğlu ya da nəvəsi olduğu sanılan Uldız dövründə isə Karpat dağlarını aşıb Macarıstana girərək burada Avropa Hun Devletini qurdular. Avropa Hun Devletinin xarici siyasəti Uldız dövründə təyin olunmuşdur. Bu siyasətə görə Bizans təzyiq altında tutulacaq və Germen qövmlərinə qarşı Qərb Roma İmperatorluğu ilə əməkdaşlıq ediləcək.Mündəricat [gizlə]
1 Uldız dövrü
2 Rua dövrü
3 Attila dövrü
3.1 Attilanın səfərləri
3.1.1 Birinci Balkan səfəri (441-442)
3.1.2 İkinci Balkan səfəri (447)
3.1.3 Qərb Roma (Qalliya) səfəri (451)
3.1.4 İtaliya Səfəri (452)
4 Avropa Hun Xaqanları
5 Ardı »

Dunya ve tarixiŞeyx Heydər

Şeyx Heydər – Səfəvi təriqətini rəhbəri, Şah İsmayıl Xətainin atası, Ərdəbil hakimi (1460-1488).

Dayısı Uzun Həsənin Dəspinə xatundan doğulmuş qızı Aləmşah bəyim ilə evlənmiş, Uzun Həsənin qaraqoyunlular və Teymuri sultanı Əbu Səidlə mübarizəsində fəal iştirak etmişdir.

Teymuri sultanı Əbu Səid 1468-ci ildə Uzun Həsənlə mübarizə aparmaq məqsədilə Heratdan çıxıb Qarabağa gəldi. Şirvanşah Fərrux Yasar əvvəlcə Əbu Səidə kömək göstərsədə, Uzun Həsənin hədələrindən qorxuya düşüb onunla ittifaqdan imtina edərək Uzun Həsənə qoşuldu. Ağqoyunlu hökmdarı başda olmaqla, Şirvanşah Fərrux Yasar və Ərdəbil hakimi, Cüneydin oğlu Şeyx Heydər Səfəvidən ibarət güclü ittifaq yarandı. Danışıqlar üçün Uzun Həsən Şeyx Heydəri Əbu Səidin yanına elçi göndərdi. O, geri Ardı »