Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dunya ve tarixiBaltazar

Baltazar Alpbiy, Alpbəy (?- 390-cı il)—Avropa Hun İmperiyasının hökmdarı.Mündəricat [gizlə]
1 Həyatı
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər

[redaktə]
Həyatı

Əsl adı Alp bəydir. Balamirin oğludur. Balamirdən sonra 378-ci ildə Alpbiy, Hun imperatoru olmuşdur. 378-ci ildə hunlar, Dunay çayını keçmişlər və Trakyaya qədər irəliləmişdilər. Hunlar, Trakyaya qədər irəliləmələrinə rəğmən Roma imperatorluğundan bir dirəniş görməmişdilər. Hunların basqısı altındaki barbar tayfalar, Roma imperatorluğunu zorlamağa başlamışdılar. Roma imperatoru I Thəodosiusun 17 dekabr 395-ci il tarixində ölməsi üzərinə hunlar təkrar hərəkətə keçmişdilər. Ardı »

Dunya ve tarixiDidi Yulian

Mark Didi Salvi Yulian Sever (d. 133 ya da 137– ö. 193) — 28 Mart 193-cü ildən 1 iyun 193-cü ilədək hakimiyyətdə olmuş Qədim Roma İmparatoru. Öldürttüyü sələfi Pertniaksdan sonra hakimiyyəti pulla alaraq İmparator oldu. Bu hərəkəti 193–197-ci illər arası Romada daxili müharibələrə gətirib çıxartdı. 193-cü ildə Didi Yulian xələfi Septimi Sever tərəfindən hakimiyyətdən salınıb, ölümə məhkum edildi. Ardı »

Dunya ve tarixiGülfəm Xatun

Gülfəm Xatun - (ö. 1561 və ya 1562, İstanbul), Osmanlı Sultanı Qanuni Sultan Süleymanın həyat yoldaşı, cariyə mənşəlidir.

Yılmaz Öztuna, Gülfm Xatunun 1511-ci ildə Qanuni Sultan Süleyman ilə evləndiyini və ikinci yoldaşı olduğu söylənməkdədir. 1521-ci ildə Şahzadə Mehmedlə eyni ildə dünyaya gələn oğulu yenə eyni il 12 oktyabr 1521-ci ildə çiçək xəstəliyindən vəfat edən Şahzadə Muradın anasının da Gülfəm Xatun olduğunu ifadə edir. Gülfəm Xatunun, I Süleymanın Xürrəm Sultanın ardından üçüncü həyat yoldaşı olduğunu söyləyən Çağatay Uluçay isə, 1561-ci və ya 1562-ci ildə, I Süleymanın əmriylə öldürüldüyünü də ifadə edər. Bu iddia məzar daşında yazan "şəhidəs-i səidə" ("müqəddəs şəhid" mənasını verər) ifadəsindən Ardı »

Dunya ve tarixiİran, İraq və Şərqi Anadolunun tabe edilməsi

1503-cü ildə I Şah İsmayıl müridi Qənbər ağanı Ağqoyunlu hökmdarı Muradın yanına göndərdi və ona tabe olmağı təklif etdi. Rədd cavabı alan şah 1503-cü ildə 13 minlik orduyla Həmədana doğru irəlilədi. Alamaqulağı deyilən yerdə qızılbaşlar ağqoyunlularla qarşılaşdı. 70 minlik ordusu olmasına baxmayaraq Murad məğlub oldu və qaçdı. Bundan sonra qızılbaşlar həmin ildə Qum, Kaşan və İsfahanı, 1504-cü ildə isə Yəzd və Kirmanı ələ keçirdilər. Bunun ardınca Şah İsmayıl öz qoşunu ilə birgə Qərbə doğru hərəkət etməyə başladı və 1507-cı ildə Van və Ərzincanı, 1508-ci ildə isə ərəb İraqını tutdu. İsmayılın qərbdə hərbi əməliyyatlar keçirməsindən istifadə edən Özbək xanı Məhəmməd Xorasanı işğal Ardı »

Dunya ve tarixiRusiya İmperiyasının Dövlət Duması

Rusiya İmperiyasının Dövlət Duması - Rusiya imperiyasının parlamenti

Rusiya İmperiyasının Dövlət Dumasının Azərbaycanlı üzvüləri
[redaktə]
Tarixi

11 dekabr 1905 - Çar II Nikolay Rusiya Dövlət Dumasına seçkilər barədə fərman verib. 27 aprel 1906 - Sankt-Peterburqda Rusiya imperiyasının parlamenti - I Dövlət Duması fəaliyyətə başlayıb. Azərbaycanda seçkilər bir qədər gec, may ayında keçirildiyi üçün azərbaycanlı deputatlar Dumanın işinə sonradan qoşuldular.

31 may 1906 - Cənubi Qafqazın müsəlman-azərbaycanlı əhalisi arasında Rusiya imperiyasının I Dövlət Dumasına seçkilər keçirilib. İlk dəfə olaraq imperiyanın müsəlman əhalisi seçki prosesinə cəlb edilib. Bakı, Gəncə, İrəvan, Tiflis quberniyalarını əhatə edən seçkidə Dumaya beş azərbaycanlı deputat (Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim Ardı »

Dunya ve tarixiKonstantinlər sülaləsi

Konstantinlər sülaləsi Roma imperatoru I Konstansi Xlordan başlamış (305) Mürtəd Yuliana qədərki (363) hökmdarlar ailəsinin qeyri rəsmi adı. Sülalənin adı I Konstantinin 324 cü ildə təkbaşına mütləq hökmranlığı dövründən məhşurlaşmışdır. Sülalə həm də Yeni (İkinci) Flavilər də adlandırılırdı. Beləki sülalənin hər bir üzvü öz adına I əsr Flavilərinə müvafiq Flavilər soy kökünü də əlavə edirmişlər.Mündəricat [gizlə]
1 Nəsil ağacı
2 Konstantinlər sülaləsi – cədvəl
3 Konstantinlər sülaləsinin zaman xətti
4 Mənbələr
5 Xarici keçidlər

[redaktə]
Nəsil ağacı Feodora I Konstansi Xlor
250-305-306 Əzizə Yelena
250-330

Ardı »

Dunya ve tarixiHinduşah Naxçıvani

Hinduşah Naxçıvani – mənşəcə Azərbaycan türklərindən olan tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi.[1]

Görkəmli alim, ictimai-siyasi xadim və tərcüməçi Fəxr əd-Din Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani XIII əsrin sonlarında (vəf. 1328) Gilan (indiki Xaraba Gilan) şəhərində sayılıb-seçilən ailələrin birində doğulmuşdur. Bu ailə Azərbaycana bir çox görkəmli şəxslər vermişdir ki, onlar da özlərinin Naxçıvandan çıxdıqlarını bildirməkdən ötrü "Naxçıvani " adını daşımışlar.

Hinduşah təhsilini Bağdaddakı ən məşhur mədrəsələrdən sayılan "Müstənsəriyyə"də almışdır. O, burada ilahiyyatı, riyaziyyatı, təbabəti, astronomiyanı və orta əsrlərdə mədrəsələrin dərs proqramlarına daxil olan digər elmləri öyrənir, fars və ərəb dillərinə dərindən bələd olur.

İlk Elxanilər zamanında Hinduşah maliyyə idarəçiliyində Ardı »

Dunya ve tarixiİbrahim Qəznəvi

İbrahim Qəznəvi - Qəznəvilərin onuncu sultanı. Qəznəvilərin ən uzun hakimiyyətdə qalan hökmdarıdır.
[redaktə]
Xarici siyasət

Hakimiyyətə gələn kimi Səlcuqilərlə sülh müqaviləsi imzalayan sultan qızını Alp Arslanın oğlu Arslanşah ilə evləndirdi. Məlikşahın qızını isə oğlu Məsudla evləndirdi. Sultan Hindistana hücumları intensivləşdirdi və Gurlularla müharibələrə davam etdi. Gurlu hakimi Məhəmməd vassal statusu aldı.
[redaktə]
Daxili siyasət

Sultan hakimiyyəti boyu vergiləri azaltdı, ticarət və dinə önəm verdi. Həyatının son 22 ilində vəziri Əbdül Həmid ibn Əhməd Sirasin ona köməkçi oldu. Mədəniyyətə və şairlərə qucaq açan sultan Osman Muxtari, Əbül Fərəc Runi kimi şairləri sarayına gətirdi. Sultan İbrahim "Əl Düsturi Vüzəra" adlı bir kitab yazmışdı. Bu kitabda əsasən aforizmlər mövcud idi. Ardı »