beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dunya ve tarixiSandakşatru

Sandakşatru (e.ə 639-cu il) — Kimmerlərin çarı Tuqdamenin oğlu. [1]
[redaktə]
"Sandakşatru" adının mənası haqqında

Bu şəxsin adında qədim fars dilindəki "xşadra" "hakimiyyət" sözü axtarırlar, lakin adın əvvəlindəki "Sanda" hissəsini izah edə bilmirlər150. Əslində isə bu ad türk dillərindəki san "ad-san", "şan", "şöhrət", dək "kimi", "elə bil", "sanki" (Azərbaycan dilində də "dək" sözü bu mənadadır: məsələn, "igid tək", yəni "sanki igid"), şat "şahzadə" və ər "igid", "bahadır" sözlərindən ibarət mürəkkəb addır. Demək, bu şəxsin əsl adı Sandakşatər olmuşdur ("Sandakşatru" adındakı "u" səsi assur dilində yer və adam adlarının sonuna adlıq halda əlavə olunan şəkilçidir). Beləliklə, bu ad "Sanlı (şanlı) şahzadə – igid kimi" mənasını Ardı »

Dunya ve tarixiSəlcuqlularda vəzarət

Əsas məqalə: Böyük Səlcuq İmperiyası


Böyük Səlcuqlarda mərkəz təşkilatı, dövlətin bütün işlərini idarə edən orqandır. O, bugünkü nazirliklərə bənzəyən divanlardan təşəkkül olunardı. Hər divanın başında “Sahibi-Divan” ünvanını daşıyan və bugünkü dildə desək bir nazir olardı. Nazirlərin hamısı bir araya gəldiyi zaman böyük divanı (Nazirlər Kabineti) təşkil edirdilər. Elə həmin böyük divanın sədri də bugünkü təbirlə baş nazirdir (vəzir). Demək olar kı, vəzir eyni zamanda nazirlər kabinetinin sədrliyini də yerinə yetirir.

Böyük Səlcuqların bir davamı olan Anadolu Səlcuqlarında da vəzir, vəzifə və səlahiyyət baxımından onlar kimi idi. Ancaq Başqa əyalətlər olmadığı üçün başqa vəzir də yox idi. Anadolu Səlcuqlarında vəzir, Sultandan sonra ən Ardı »

Dunya ve tarixiQarapiri bəy Qacar

Mənşəcə Azərbaycan türklərindən olan böyük sərkərdə və dövlət xadimi.

Qarapiri bəy Qacar I Şah İsmayılın ən bacarıqlı sərkərdələrindən biri idi. Hünərinə, çeviklik və qətiyyətinə körə, o "Toz qoparan" ləqəbini qazanmışdı. Qarapiri bəy Səfəvilər dövlətinin tarixində əhəmiyyətli rol oynamışdır. I Şah İsmayılın atası Şeyx Heydərin üç oğlu vardı – Sultanəli, İbrahim və İsmayıl özü. Qarapiri bəyin bütün həyatı bu üç qardaşın yanında keçib. Əvvəlcə o, onları himayə və tərbiyə etmiş, sonra isə onların qulluğunda durmuşdur.

XV əsrdə Azərbaycanda Teymurun varisləri ilə Ağqoyunlu və Qaraqoyunlu padşahları arasında hakimiyyət uğrunda gərgin mübarizə gedirdi. Tədricən Ağqoyunluların ən görkəmli hökmdarı Uzun Həsən öz mübarizəsində Ərdəbil hökmdarı və Səfəvi Ardı »

Dunya ve tarixiPertinaks

Publiy Helviy Pertinaks(lat. Publius Helvius Pertinax * 1 Avqust 126 , Alba Pompeya; † 28 Mart 193 , Roma) — [31 dekabr]] 192 - 28 mart 193 tarixdə XVIII Roma imperatoru olmuşdur.
[redaktə]
Həyatı

Pertinaks Luqurili bir xırda ticarətçi, odunsatan Helviy Suçessun oğludur. Əvvəllər müəllim olan Panteaks sonradan əsgər, senturion ( lat. centum = yüz) - yüzbaşı, koqort lat. cohors = çəpərlənmiş yer) - bölüm, legion və Reyn donamasının başçısı olmuşdur. Pertinaks Daçiyada vergi yığıcısından senator, konsul vəzifəsinədək qalxaraq, Dunay ordusuna başçılıq etmişdir. Ardıcıllıqla Moeziyanın, Daçiyanın, Btitaniyanın, Şimali Afrika ərazilərinin hakimi, sonradan Romanın prefekti olmuşdur.

'
[redaktə]
Ölümü

Bir sıra torpaq islahatları aparması hərbiçilər arasında kəskin etirazlara Ardı »

Dunya ve tarixiŞahin Gəray

Şahin Gəray — Krımın sonuncu xanı. Birinci dəfə 1777-1782, ikinci dəfə isə 1782-1783-cü illərdə hakimiyyətdə olmuşdu. Gəraylardan şahzadə Topal Əhmədin (ö. 1750-ci ildə) oğlu və Krım xanı II Dövlət Gərayın nəvəsi idi.

Şahin Gəray 1745-ci ildə Ədirnədə anadan olmuşdur. Yunanıstan və İtaliyada təhsil almış, Kırım tatarcası və Osmanlıcayla yanaşı yunanca və italyancanı da öyrənmişdi.

Şahin Gərayın gənçlik illərinə təsadüf edən Rus-türk müharibəsi (1768-1774) Krım tatarları üçin büyük itkilərlə nəticələnmişdi. Xüsusilə, 21 iyul 1770-ci il tarixində baş vermiş Qartal döyüşündə Osmanlı-Tatar ordusu ağır məğlubiyyətə uğradı. Bü döyüş nəticəsində ruslar Krımdakı bütün strateji qalaları ələ keçirdilər. Döyüşün sonunda - 21 iyul 1774-cü il tarixində, imzalanmış Ardı »

Dunya ve tarixiƏlqas Mirzənin qiyamı və Osmanlı hücumları

Tәhmаsib şаhın Оsmаnlı dövlәti ilә bаşqа bir çәtinliyi qаrdаşı Әlqаs Mirzә tәrәfindәn yаrаnır. Bеlә ki, Tәhmаsib şаh Şirvаnşаhlаr sülаlәsini süqutа uğrаtdıqdаn sоnrа qаrdаşını Şirvаnа hаkim tәyin еdir. Lаkin çох kеçmәdәn о, müstәqillik fikrinә düşür. Tәhmаsibin hücum хәbәrini еşitdikdәn sоnrа аnаsını vә оğlunu оnun yаnınа göndәrib üzürхаhlıq istәyir vә şаh dа оnu bаğışlаyır. Оnun tәrәfindәn mеydаnа gәlmiş çәtinliklәr bununlа bitmirdi. 1548-ci ildә Оsmаnlı Sülеymаn Bәsrәni işğаl еdir. Еlә hәmin il Tәhmаsib şаhın qоşunu ilә qаrdаşı Әlqаs аrаsındа аğır qаrşıdurmа bаş vеrir vә bu qаrşıdurmаdа Әlqаsın оrdusu mәğlub оlub аdаmlаrının böyük bir hissәsi Tәhmаsibә qоşulur. Hәr şеyi әldәn vеrdiyini görәn Әlqаs yеgаnә çıхış Ardı »

Dunya ve tarixiSəfəvilər imperiyası

Səfəvi İmperiyası — 1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan və şərqi Türkiyə ərazilərini əhatə etmiş tarixi Türk dövləti. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə[3] qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan Qızılbaşlar ordusunun nüvəsini türkdilli tayfalar təşkil etmişdir.[4] Səfəvilər dövləti həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır.

Azərbaycan XVII əsrdə[5]Mündəricat [gizlə]
1 Səfəvi sülaləsi
2 Ərdəbil şeyxliyindən Azərbaycan şahlığına
3 İran, İraq və Şərqi Anadolunun tabe edilməsi
4 Osmanlı-Səfəvi müharibələrinin başlanması
5 Səfəvi-Moğol müharibələrinin başlanması
6 Gürcüstanın tabe edilməsi
7 Osmanlı-Səfəvi müharibəsinin II dövrü
8 Osmanlıların və Ardı »

Dunya ve tarixiSəfəvilərin süqutu

Safeviler, 17. əsrdə ənənəvi düşmənləri Osmanlılar və Özbək Şeybaniler ilə döyüşünü davam etdirərkən, iki yeni qonşu ilə də rəqabətə girişmək məcburiyyətində qaldı. Moskva Knezliği/Rus Moskofları bir əvvəlki əsrdə Altınorda Xanlığının davamı olan Astrahan, Qazan, Sibir (Küçüm və Nogay Xanlıqlarını ortadan qaldırmış, nüfuzunu Qafqaz və Orta Asiyaya qədər yaymışdı. İranlıların Dövləti Moğol (Moğol Dövləti) dediyi Hindistandakı Babür Dövləti isə Kandahar və Heratı al/götürərək daha əvvəl İran idarəsindəki Əfqanıstana sızmağa başlamışdı. Bütün bunlardan başqa 17. əsr boyunca Şərq - Qərb arasındakı ticarət yolu dəyişmiş, Avropalıların kəşfləri və Osmanlıların dəniz həddindən artıq səfərləri nəticəsində İrandan uzaqlaşmışdı. Şah Abbasın ordusunu ödənişli gulam (yığma) sisteminə çevirməsi Ardı »

Dunya ve tarixiŞah Süleyman və xaçpərəst təbliğatçılar

Хristiаnlığın İrаndа yаyılmаsının hеç bir nәticә vеrmәmәsinә bахmаyаrаq хаçpәrәst tәbliğаtçılаrın İsfаhаndа fәаliyyәt göstәrmәlәri şiә аlimlәrini хristiаnlıq bаrәdә dаhа çох mәlumаt әldә еtmәyә vаdаr еtdi. Şаh Sülеymаnın zаmаnındаkı хаçpәrәst tәbliğаtçılаrdаn biri Qаbriеl Еfrеnci idi. О әvvәlcә Tәbrizdә sоnrа isә Tiflisdә хristiаnlığın tәbliği ilә mәşğul оlub. Оnun tәbliğаtının müqаbilindә bir müddәt Tiflisdә yаşаmış аlim Zәhirәddin Tәfәrrüşü bir kitаb yаzıb vә оnun аdını «Nusrәtul-hәqq» qоyub. Özünü bu cür mәsәlәlәrә mеyilli kimi göstәrәn Şаh Sülеymаn sоnrаlаr Tәfәrrüşüdәn hәmin kitаbını әrәb dilindәn fаrs dilinә tәrcümә еtmәsini istәdi.

Şаh Sülеymаn üçün хristiаnlıq bаrәsindә kitаbçа yаzmış şәхslәrdәn biri dә İsfаhаnın еrmәni хәlifәlәrindәn оlаn vә «Nurcаhаn» аdı ilә mәşhurlаşmış Hаvаns Ardı »

Dunya ve tarixiPiri Mehmed Paşa

Piri Məhməd Paşa - Yavuz Sultan Səlim səltənətinin son illərində Qanuni Sultan Süleyman ilk illərində (1518-1523) Osmanlı Sultanlığında Sədrəzəm olmuşdur.

Piri Məhməd Paşa Ağsarayda Zənciriyyə Mədrəsəsi müdərisslərindən məşhur Cəmaləddin Ağsaraylının nəvələrindən olub, atası Əhməd Çələbidir. Amasiyada və ya Ağsarayda doğulmuş olacağı deyilir, doğum yeri haqqındı dəqiq bilgi yoxdur. Ağsarayın Osmanlı dövlətinə birləşdirilməsindən sonra Amasiyaya köçmüşdür. Təhsilini Amasiyada almışdır. Sonra şəriyyət məhkəməsi katibi oldu və bilik və bacarığına görə baş katib oldu. II Bəyazidin taxta çıxması ilə İstanbula köçmüşdür. 1499-cu ildə Dövlət xidmətinə girərək Silivri və Galata kadılıq vəzifəsində işləmişdir. 1508-ci ildə Anadolu dəftərdarı olmuşdur.

Piri Mehmed Çələbi, başdəftərdarlıkla Çaldıran səfərində iştirak etdi. İaşə Ardı »

Dunya ve tarixiTunduşi

Şanyü Tunduşi 31-ci hun imperatorudur. Tunduşi əvvəllər sərkərdə idi. Şimal hunlarına qarşı müvəffəqiyyətli səfərlərdə başçılıq etmişdi. Hakimiyyətə gələndən sonra Tuntuhenin tərəfdaşları, Şimal hunlarının dəstəyi ilə onun oğlu Fenhunu şanyü elan etmişdilər. Fenhunun tərəfdarları dağlarda vuruşduğu üçün çətinliklə qalibiyyətlər əldə edilirdi. Xalq daha sonra Fenhudan ayrılmağa başladı, çünki aclıqdan əziyyət çəkirdilər. Hakimiyyəti dövrüncə Fenhu ilə mübarizə aparan şanyü 98-ci ildə öldü. Ardı »

Dunya ve tarixiHamilton (Bermud adaları)

Hamilton (ing. Hamilton) — Bermud adalarının inzibati mərkəzi. Eyni adl dairənin omasına baxmayaraq, şəhər Pembruk dairəsinə daxildir. Şəhər 1778-1794-cü illərdə oranın qubernatoru olmuş Henri Hamiltonon şərəfinə adlandırılıb. Həmin dövrdə şəhər atrıq mövcud idi.
[redaktə]
Əhalisi

Əhalisi 969 nəfərdir, ancaq 1500 nəfər olduğu da iddia edilir. Yeganə rəsmi şəhər olsa da, tarixi Sent-Corc şəhərindən kiçikdir.
[redaktə]
Biznes

Şəhərdə Accenture (keçmiş «Andersen Konsaltinq») şirkətinin mənzil-qərargahı yerləşir. Həmçinin Bacardi, ACE Ltd. və Tyco International şirkətləri də burada qeydiyyatdan keçib. Ardı »

Dunya ve tarixiİran, İraq və Şərqi Anadolunun tabe edilməsi

1503-cü ildə I Şah İsmayıl müridi Qənbər ağanı Ağqoyunlu hökmdarı Muradın yanına göndərdi və ona tabe olmağı təklif etdi. Rədd cavabı alan şah 1503-cü ildə 13 minlik orduyla Həmədana doğru irəlilədi. Alamaqulağı deyilən yerdə qızılbaşlar ağqoyunlularla qarşılaşdı. 70 minlik ordusu olmasına baxmayaraq Murad məğlub oldu və qaçdı. Bundan sonra qızılbaşlar həmin ildə Qum, Kaşan və İsfahanı, 1504-cü ildə isə Yəzd və Kirmanı ələ keçirdilər. Bunun ardınca Şah İsmayıl öz qoşunu ilə birgə Qərbə doğru hərəkət etməyə başladı və 1507-cı ildə Van və Ərzincanı, 1508-ci ildə isə ərəb İraqını tutdu. İsmayılın qərbdə hərbi əməliyyatlar keçirməsindən istifadə edən Özbək xanı Məhəmməd Xorasanı işğal Ardı »

Dunya ve tarixiII Şah Təhmasib

II Şah Təhmasib (farsca: طهماسب) və ya Şah II Təhmasib (3 dekabr 1704 – 1740) — Səfəvilər dövlətinin 10-cu şahı (hökmranlıq illəri: 1722-1732) və Şah Sultan Hüseynin III oğlu.Mündəricat [gizlə]
1 Həyatı
2 II Şah Təhmasib və Nadirqulu xan Əfşar
3 II Təhmasibin ölümü
4 Mənbə
5 Ədəbiyyat
6 Həmçinin bax
7 Xarici keçidlər

[redaktə]
Həyatı

II Şah Təhmasib 3 dekabr 1704-cü ildə İsfahanda doğuldu. Şah Sultan Hüseynin oğlu olan II Şah Təhmasib əfqanların əlindən qaçıb şahlığa yiyələndi. 1726-ci ildə II Şah Təhmasib Səfəvi və Fətəli xan Qovanlı-Qacar Məlik Mahmudu devirib, burada İran şahının hakimiyyətini bərpa etməkdən ötrü böyük qoşunla Xorasana gəlir və Nadirqulu bəy onlarla birləşir. II Şah Ardı »

Dunya ve tarixiSultan Süleyman Qanuni

Sultan Süleyman Qanuni (osm. سليمانا اول‎, türk. Birinci Süleyman, Kanuni Sultan Süleyman) - Osmanlı dövlətinin 10-cu sultanı (1520-1566) və 89-cu İslam xəlifəsi. Sultan I Səlimin oğlu.

Osmanlı ədəbiyyatında Muhibbi, Qərb ölkələrində isə Möhtəşəm Süleyman adı ilə də tanınmışdır. Həmçinin, 10-cu Osmanlı sultanı olması ilə əlaqədar olaraq, "onluğu tamamlayan" mənasını verən Səibül Aşərəril Kamilət də adlandırılmışdır.

Atası, Sultan I Səlimin dövründə sahəsi 6 557 000 km² olan Osmanlı İmperiyası, I Süleymanın 46 illik hakimiyyəti ərzində 14 893 000 km²-ə çatmışdır (o cümlədən, Avropada 1 998 000 km², Asiyada 4 169 000 km², Afrikada 8 726 000 km²).

I Süleymanın dövründə dövlət idarəetməsində çox əhəmiyyətli dəyişikliklər Ardı »

Dunya ve tarixiAşina Yuankin

Aşina Yuankin - Aşina Mişedən sonra xaqanlıq titulu almışdı. Heç güclü bir xaqan deyildi. Xəyanət günahından öldürülmüşdü. Oğlu Aşina Şutsi müstəqillik uğrunda üsyana başladı. Ardı »

Dunya ve tarixi907-ci düzəliş

907-ci düzəliş — 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. İkili standart lara, bu halda ABŞ-nın Ermənistan və Azərbaycana qarşı yürütdüyü siyasətdə tətbiq olunan ikili standartlara misaldır.Mündəricat [gizlə]
1 Qəbul edilmə tarixi
2 Düzəlişin mətni
3 Mənbə
4 Xarici keçidlər
5 Həmçinin bax

[redaktə]
Qəbul edilmə tarixi

Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı" və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə Senator Con Makkeyn tərəfindən təklif edilmişdir, ancaq daha sonra naməlum səbəblərə görə qeri qaytarılmışdır. Bundan sonra, yenidən, Senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə Konqressmen Ueyn Ouens Ardı »

Dunya ve tarixiIII Səlim

Sultan III Səlim (1789-1807)

III Mustafanın oğludur. 1761-ci ildə Topqapı Sarayında anadan olub.Əmisinin vəfatından sonra 28 mart 1789-cu ildə taxta çıxdı.

III Səlimin hökmdar olduğu sırada osmanlı-Rus və Avstriya hərbləri davam etməkdə idi. Xüsusilə Krımın Moskva işğalına düşməsi səbəbindən Səlim Xan çox kədərlənirdi.

Cəbhədəki sərdarlara fərmanlar göndərərək düşmənə qarşı mübarizə edilməsini və Krımdan çıxarılmasını istədi. Osmanlı ordusunun Rusiya və Avstriya cəbhələrində məğrubiyyət vəziyyətdə olması səbəbindən sədrəzəm "Əsgərlərdə cenk edəcək hal yoxdur" deyə cavab verdi. Bu xəbər üzərinə daha da kədərlənən və bu ordu ilə zəfər qazanılmasının mümkün olmadığını anlayan III Səlim, Avstriya ilə 1791-ci ildə Ziştov, Rusiya ilə də 1972-ci ildə Yaş müqavilələrini imzaladı.

Bu Ardı »

Dunya ve tarixiLiu Yao

Liu Yao Xan Çaonun beşinci imperatoru idi.



Mündəricat [gizlə]
1 İlk dövrlər
2 Hakimiyyəti
3 Sonrakı dövrlər
4 Ailəsi

[redaktə]
İlk dövrlər

Liu Yao Kubeyin nəvəsi idi. Yuanxay tərəfindən böyüdülmüşdü. Bütün ailənin hörmətini qazanmış bir sərkərdə kimi yetişmişdi. Cin sülaləsi dövründə cinayət işləmiş və Koreyaya qaçmışdı. Yuanxay imperator olan kimi Yaonu da general etmişdi. 309-cu ildə Şian knyazı elan olunmuşdu.Liu Yao Liu Konqla birlikdə hərəkət etmiş və Liu Heni aradan götürmüşdü. Liu Yao Çanqan şəhərini tutduqdan sonra 318-ci ildə Kin knyazı titulu almışdı. Liu Kanın öldürülməsindən sonra Yin Çunu məğlub etmiş və taxta çıxmışdı.
[redaktə]
Hakimiyyəti

Yao hakimiyyətinin ilk illərində son dərəcə ədalətli və tolerant idi. Hakimiyyətə gələndə Yuanxayın qurduğu Ardı »

Dunya ve tarixiDehqan

Dehqan - Antik və Erkən orta əsrlər dövründə mövcud olmuş ictimai təbəqə.

Bu ictimai təbəqə Sasanilər sülaləsinin hakimiyyəti dövründə böyük rol oynamışdır. Dehqan təbəqəsi haqqında bir sıra mülahizələr irəli sürülmüşdür. M.Ravəndi bu haqda yazır ki, əyanların ən aşağı təbəqəsini təşkil edən dehqanla öz malikanələrində yaşayırdılar. Onlar ancaq tərbiyə və geyim nöqteyi-nəzərdən əkinçilərdən fərqlənirdilər.

Sasanilərin hakimiyyətinin son dövründə geniş yayılmış dehqan termini ərəblərin hakimiyyəti dövründə də işlədilirdi. Bu nəsildən olan bir sıra əyalətlərin əyanları və siyasi xadimlər dehqan nəslindən olduqlarına görə fəxr edirdilər. Digər tərəfdən həmin termini ərəblərdən fərqlənmək üçün əsilzadəliyə nişanə kimi saxlayırdılar. Şərik adlanan mahal hakimləri də dehqanlardan təyin olunurdu.

Ərəb işğalları dövründə Ardı »