beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kompyuter texnologiyasıWindows 8-dən bir möhtəşəm xüsusiyyət daha!

Windows 8 2 il uzaqlıqda olmasına qarşı gətirəcəyi yeni xüsusiyyətlər mövzusunda dedi-qodular və sızıntılar davam edir.

Microsoft-un etdiyi patent müraciətlərindən birinə dayanan ciddi bir iddiaya görə, Windows 8-in ən əhəmiyyətli xüsusiyyətlərindən biri 'Direct Computing Experience' adını daşıyır.

Bu xüsusiyyət ən yaxşı bu örnəklə açıqlanır, bir dizüstü kompüter yalnız DVD taxıb film izləmək üçün istifadə edildiyində bütün əməliyyat sistemi açılıb sistemə yüklənilmir. Yalnız lazım olan parçalar, əməliyyat sistemi baxımından məhdud amma media oynadıcı olaraq tam əhatəli bir şəkildə ekrana gəlir.

İstifadəçilər PC-lərini sadə bir iş üçün açdıqlarında yalnız o işi başladaraq zamandan və sistem qaynaqlarından qazana biləcəklər. PC bir sandbox rejimdə çalışacaq Ardı »

Kompyuter texnologiyasıƏn müasir şəbəkə sistemləri haqqında

Halqavari strukturlu
lokal şəbəkələrdə
hər bir kompüter
bir-biri ilə halqavari
şəkildə, yəni birinci
kompüter ikinci ilə,
ikinci kompüter
üçüncü ilə, üçüncü
kompüter dördüncü
kompüter ilə və s. ,
sonuncu kompüter
isə birinci
kompüterlə
birləşirdirilir.


Nəticədə halqa
yaranır. Bu
tipologiyalı
kompüter
şəbəkələrində
məlumatlar
müəyyən bir
istiqamətdə bir
kompüterdən qonşu
kompüterə
ötürülmək şərti ilə
lazımi kompüterə
çatdırılır.

Bu kompüter
şəbəkəsinin
çatışmayan cəhəti
odur ki, hər
kompüter
informasiya
ötürülməsində
birbaşa iştirak edir.


Buna görə də hər
hansı bir kompüter
sıradan çıxarsa
şəbəkənin işinin
pozulması ilə
nəticələnər. Bir
sözlə şəbəkənin işin
davam etdirmək
üçün bütün
kompüterlər işlək
vəziyyətdə
olmalıdır. Ulduzvari
lokal şəbəkələr
mərkəzi qovşaq
üzərində qurulur.


Hər bir kompüter
mərkəzi qovşaq ilə
ayrıca xəttlə birləşir.
Kompüterlər
arasında
informasiya
mübadiləsi mərkəzi
qovşaq vasitəsi ilə
həyata keçirilir.


Mərkəzi qovşaq
kimi xab,
kommutator və ya
xüsusi server
kompüteri istifadə
edirlər. Ulduzvari
lokal şəbəkələrin
əsas üstün cəhətləri
ondan ibarətdir ki,
kompüterlərarası
informasiya
mübadiləsi çox sadə
olur və çətinlik
törətmir. Ulduzvari
şəbəkələrin
çatışmayan cəhəti
ondan ibarətdir ki,
şəbəkənin
etibarlılığının
mərkəzi qovşağdakı
kompüterdən asılı
olmasıdır.

Belə şəbəkələr saniyədə
100 meqabayt
informasiya
ötürmək imkanı
verir. Məhz buna
görə də əksər
idarələrdə bu növ
şəbəkədən istifadə
olunur. Bu şəbəkə
ən müasir
sistemlərdən sayılır. Ardı »

Kompyuter texnologiyasıBIOS əməliyyat sistemi haqqında

BIOS haqqında

Kompüterinizdə hansı əməliyyat sistemi yüklənmiş olursa olsun, arxa planda işləməkdə olan daha bir əməliyyat sistemi var. Mavi ekran vermədən, cihaz drayveri istəmədən işini yerinə yetirən bu əməliyyat sistemi-BIOS adlanır. BIOS-a sahib olduğunuzda, sisteminizi nizama salmaq ya da yaranan problemi aradan qaldırmaq üçün edə biləcəklərinizin sayı da artır.
BIOS-un açılışı Basic Input / Output System, yəni Əsas Giriş/ Çıxış Sistemidir. Əslində BIOS bir proqramdır, amma kompüterimizə yükləyib işlətdiyimiz digər proqramlardan yerləşdiyi yer və funksiyaları baxımından fərqlənir.
BIOS sisteminizin ayrılmaz bir parçasıdır, sisteminizi bağlasanız da, diskinizi formatlasanız da BIOS silinmir. Bunun səbəbi də, BIOS-un diskdə deyil, ana plata üzərində, tam oxuna Ardı »

Kompyuter texnologiyasıKompyuter texnologiyası və telekommunikasiyaya həsr olunmuş simpozium keçiriləcək

Müasir dövrdə İKT sahəsi üzrə keçirilən sərgi-konfransların, simpoziumların əhəmiyyəti olduqca böyükdür. Dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin iştirakı ilə keçirilən tədbirlər kompyuter texnologiyası və telekommunikasiyanın daha da inkişaf etdirilməsinə xidmət edir.

22 iyun 2010-cu il tarixdə İtaliyanın Riççone şəhərində keçiriləcək simpozium da bu qəbil tədbirlərdəndir. Simpozium kompyuter texnologiyası və telekommunikasiyaya həsr olunub. Tədbirin təşkilatçısı «İEEE Communications Society» şirkətidir.

Xarici mətbuatda yayılan məlumata görə, simpoziumda Misir, Yunanıstan, Tunis, Fransa, Portuqaliya, İspaniya, Mərakeş və digər ölkələrin informasiya texnologiyaları üzrə elmi-tədqiqat müəssisələrinin rəhbərləri, əməkdaşları, hökumət, KİV nümayəndələri və digər İKT mütəxəssisləri iştirak edəcəklər.

Qeyd edək ki, simpozium 1995-ci ildən etibarən hər il Ardı »

Kompyuter texnologiyasıLokal Kompüter Şəbəkələri

Bu məqalə
kompüterlərin bir
məkanda necə
birləşməsi
vasitələrinə həsr
olunacaq. Kompüter
mütəxəssislərinin
sözü ilə desək,
kompüterlə digər
avadanlıqların
birləşməsi lokal
kompyuter şəbəkəsi
adlanır.

Kompüter
şəbəkəsi kompüter
və printer arasında
müəyyən
protokolların
köməyi ilə
informasiya
mübadiləsinə imkan
verən bir sistemdir.


Kompüterlər bir-biri
ilə kabellər, şəbəkə
adapterləri,
modemlərvə s. ilə
birləşirlər. Protokol
kompüter
şəbəkəsində
informasiya
mübadiləsinin
aparılma
qaydalarını
müəyyənləşdirir. Ardı »

Kompyuter texnologiyasıKompüterləri lokal şəbəkədə necə birləşdirməli

Kompüterlərin
şəbəkə şəklində
birləşməsinin bir
necə əsas səbəbi
var:

1) İstifadəçilər
arasında
informasiya
şəbəkəsin
sürətləndirilməsi.

2) İş yerin tərk
etmədən
məlumatların
internetlə qəbulu və
ötürülməsi.


3) Lazımi
informasiyanın
dünyanın istənilən
nöqtəsindən ani
alınmasının
mümkünlüyü.

4) Müxtəlif proqram
təminatı altında
işləyən müxtəlif
firmaların istehsalı
olan kompüterlər
arasında
informasiya
mübadiləsinin
mümkünlüyü.


Gündəlik ofislərdə
istifadə olunan
kompüter
şəbəkələri əsasən
lokal şəbəkələrdir.
Lokal kompüter
şəbəkələri eyni
mühitdə və çox
böyük olmayan
ərazidə (bir otaq,
bir bina, bir
müəssisə və s.
daxilində) qurulan
şəbəkədir. Bu
şəbəkələrdə
kompüterlər
arasındakı məsafə
adətən 1-2 km-dən
çox olmur.

Lokal kompüter
şəbəkələri müxtəlif
struktur üzrə
qurulur. Lokal
şəbəkələrin bir necə
növü var şinlə
birləşmə, halqavari
və ulduzvari.
Şinlə birləşən lokal
şəbəkələr ən sadə
struktura
malikdirlər. Bu
strukturlarda bütün
kompüterlər paralel
olaraq şinə qoşulur.
Şin, kompüterləri
bir-birinə bağlayan
kabel sistemidir.
İnformasiya
paketlər şəklində
hər iki tərəfə
ötürülür.
İnformasiyanı
göndərmək istəyən
kompüter şinin boş
olub-olmamasını
yoxlayır.

Əgər şin boş isə kompüter
paketləri şinlə
ötürür. Bu sistem
əslində köhnəlmiş
hesab olunur və
hazırda demək olar
ki, istifadə edilmir. Ardı »