beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kompyuter texnologiyası və telekommunikasiyaya həsr olunmuş simpozium keçiriləcək

Müasir dövrdə İKT sahəsi üzrə keçirilən sərgi-konfransların, simpoziumların əhəmiyyəti olduqca böyükdür. Dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin iştirakı ilə keçirilən tədbirlər kompyuter texnologiyası və telekommunikasiyanın daha da inkişaf etdirilməsinə xidmət edir.

22 iyun 2010-cu il tarixdə İtaliyanın Riççone şəhərində keçiriləcək simpozium da bu qəbil tədbirlərdəndir. Simpozium kompyuter texnologiyası və telekommunikasiyaya həsr olunub. Tədbirin təşkilatçısı «İEEE Communications Society» şirkətidir.

Xarici mətbuatda yayılan məlumata görə, simpoziumda Misir, Yunanıstan, Tunis, Fransa, Portuqaliya, İspaniya, Mərakeş və digər ölkələrin informasiya texnologiyaları üzrə elmi-tədqiqat müəssisələrinin rəhbərləri, əməkdaşları, hökumət, KİV nümayəndələri və digər İKT mütəxəssisləri iştirak edəcəklər.

Qeyd edək ki, simpozium 1995-ci ildən etibarən hər il keçirilir.

Tədbirdə sözügedən sahədə yeniliklərin nümayişi, həmçinin «Best Paper Award» və «Simulation Paper Award» mükafatlarının təqdimat mərasimləri də keçiriləcək.


Tarix: 23.01.2013 / 21:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 236 Bölmə: Kompyuter texnologiyası