beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən müasir şəbəkə sistemləri haqqında

Halqavari strukturlu
lokal şəbəkələrdə
hər bir kompüter
bir-biri ilə halqavari
şəkildə, yəni birinci
kompüter ikinci ilə,
ikinci kompüter
üçüncü ilə, üçüncü
kompüter dördüncü
kompüter ilə və s. ,
sonuncu kompüter
isə birinci
kompüterlə
birləşirdirilir.


Nəticədə halqa
yaranır. Bu
tipologiyalı
kompüter
şəbəkələrində
məlumatlar
müəyyən bir
istiqamətdə bir
kompüterdən qonşu
kompüterə
ötürülmək şərti ilə
lazımi kompüterə
çatdırılır.

Bu kompüter
şəbəkəsinin
çatışmayan cəhəti
odur ki, hər
kompüter
informasiya
ötürülməsində
birbaşa iştirak edir.


Buna görə də hər
hansı bir kompüter
sıradan çıxarsa
şəbəkənin işinin
pozulması ilə
nəticələnər. Bir
sözlə şəbəkənin işin
davam etdirmək
üçün bütün
kompüterlər işlək
vəziyyətdə
olmalıdır. Ulduzvari
lokal şəbəkələr
mərkəzi qovşaq
üzərində qurulur.


Hər bir kompüter
mərkəzi qovşaq ilə
ayrıca xəttlə birləşir.
Kompüterlər
arasında
informasiya
mübadiləsi mərkəzi
qovşaq vasitəsi ilə
həyata keçirilir.


Mərkəzi qovşaq
kimi xab,
kommutator və ya
xüsusi server
kompüteri istifadə
edirlər. Ulduzvari
lokal şəbəkələrin
əsas üstün cəhətləri
ondan ibarətdir ki,
kompüterlərarası
informasiya
mübadiləsi çox sadə
olur və çətinlik
törətmir. Ulduzvari
şəbəkələrin
çatışmayan cəhəti
ondan ibarətdir ki,
şəbəkənin
etibarlılığının
mərkəzi qovşağdakı
kompüterdən asılı
olmasıdır.

Belə şəbəkələr saniyədə
100 meqabayt
informasiya
ötürmək imkanı
verir. Məhz buna
görə də əksər
idarələrdə bu növ
şəbəkədən istifadə
olunur. Bu şəbəkə
ən müasir
sistemlərdən sayılır.


Tarix: 22.02.2013 / 21:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 343 Bölmə: Kompyuter texnologiyası