Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saglamliq3D filmlərinə baxmaq insan sağlamlığına ziyandır

ABŞ-ın Kaliforniya Universitetinin alimləri araşdırma nəticəsində 3D formatla video çarxlar tamaşa etməyin insan orqanizminə zərərli olduğunu müəyyənləşdiriblər.

Alimlər 3D formatlı videoya tamaşa etdikdən sonra insanda ürəkbulanması, öskürmə, boyun və beldə ağrıların müşahidə olunduğunu aşkar edib.

24 könüllü arasında aparılan təcrübədən sonra alimlər insanlarda yorğunluq və görmədə müəyyən problemlərin yarandığını müəyyən ediblər.

Alimlər insanlara maksimum bir neçə saat 3D videolara baxmağı məsləhət görür. Ardı »

SaglamliqBir ayda artıq çəkidən azad olun

Məlumata görə 25-dən çox ölkədə metabolik balans proqramı tətbiq olunur.
Bu proqram vasitəsi ilə vahid sağlamlığa qovuşmaq artıq xəyal olmayacaq.
Qalıcı çəkiyə və daha gənc görünüşlü dəriyə sahib olmaq və təxminən bir aya kimi qısa bir müddətdə artıq çəkidən azad olmaq asan ola bilər.
Türkiyənin estetik sağlamlıq sahəsində fəaliyyət göstərdiyi bildirilən Dr. Əmrə bəy metabolik balans proqramı ilə həm də qalıcı çəkiyə malik olmağın mümkünlüyündən bəhs edib.
Yazın gəlməsi ilə əlaqədar artıq çəkidən xilas olmaq üçün bəzi insanlar şüurlu və ya şüursuz pəhriz proqramlarının tətbiqinə başlayır.
Onlardan gələn şikayətlərə görə itirilən çəkilər qısa müddətdə geri dönür. Bu dövr isə həm sağlamlığa həm də Ardı »

SaglamliqQışda qripdən qorunmaq üçün kivi yeyin

Qrip kimi infeksiyaların çoxaldığı bu cür havalarda soyuqdan qorunmaq önəməlidir. Mütəxəssislər immunitet sisteminin gücləndirilməsi üçün vitamin anbarı olan kivinin bolluca yeyilməsini tövsiyə edirlər.
Belə şaxtalı havalarda orqanizm davam gətirmək üçün vitaminlərə ehtiyac duyur, C vitamini ilə bol olan kivi isə belə məqamlarda ən yaxşı vasitələrdən biri hesab olunur.

Kivinin bir sıra üstünlükləri var. Belə ki, yaşıl rəngdə olan bu meyvə asan şəkildə həzm olunur, yeyildikdən sonra sinir sisteminə heç bir ağırlıq yaratmır. İkincisi isə kivinin tərkibində yüksək miqdarda vitamin və minerallar var. Kivi soyuq qış günlərində lazım olan C vitaminin anbarıdır. E vitamini də təşkil edən bu meyvə xüsusilə uşaqlar və qadınların Ardı »

SaglamliqArtritin asan müalicəsi

Artrit oynaqlarda ağrı və iltihab əmələ gətirir. Müalicə edilməzsə sümüklərdə, orqanlarda və dəridə problemlər yaradar.
Bu baxımdan xroniki ağrılar, iltihab, yorğunluq və s. artrit əlamətləri üçün məşqlər və düzgün qidalanma vacibdir.
A, C və E vitaminləri ilə selenium kimi antioksidantlar artrit üzərində müsbət təsiri göstərir. Xüsusən, C vitamini iltihab əleyhinə təsir göstərir və ağrını kəsir.
Artritin asan müalicə üsullarından biri masajdır. O, bədəndə qan dövranını yaxşılaşdırır, əzələləri boşaldır, daxili orqanların fəaliyyətini tənzimləyir.
Yüngül idman məşqləri (pilates, üzmə, qaçış və s.) də oynaqlarda olan ağrını azaltmaqla insanı güclü və hərəkətli edir. Xüsusən pilates təsirlənmiş oynaqları hərəkətli saxlayır. Nizamlı pilates məşqləri artriti olanlara daha yaxşı təsir Ardı »

SaglamliqDuz var dağıdır, duz var qurur

Xörək duzunun insan orqanizminə vurduğu zərər haqqında çox deyilib və çox yazılıb. Xörək duzunun və şəkəri “ağ ölüm” adlandıran həkimlər çox haqlıdılar. Amma elə duzlar da var ki onlarsız yaşamaq mümkün deyil. Belə duzları tanımağımız vacibdir.

Kalsium duzu.
Qan yaratmaq, maddələr mübaddiləsini yaxşılaşdırmaq, mikrobların damaralara daxil olaraq, qanı çirkləndirməsinin qarşısını almaq, sümüklərin (skeletin və dişlərin) normal inkişafını təmin etmək üçün xidmət göstərir. Əsəb sisteminə yaxşı təsir edir. Soyuqdəyməyə mane olur. Hava dəyişərkən orqanizmi tənzimləyir. Bədənində kifayət qədər kalsium olan şəxs nə kəskin hava dəyişkənliyindən qorxur, nə infeksiyadan, nə də epidemiyadan.
Əsas mənbə: bütün meyvələrin və tərəvəzlərin qabığı, kəpəklər, noxud, göy noxudlar, mərci, soya, paxlalı Ardı »

SaglamliqInfraredli sobalar insan sağlamlığına ziyan vurur

Qış fəslinin gəlməsi və havaların soyuması nəticəsində insanlar yaşadıqları yerləri müxtəlif vasitələrlə isitməyə çalışırlar. Bu vasitələrdən biri də son zamanlar əhali tərəfindən olduqca maraqla qarşılanan infraredli (infraqırmızı) elektirik sobalarıdır. Bu sobalar isinmək üçün olduqca əlverişli sayılır lakin mütəxəssislər infraredli sobaların elektromaqnit şüaları yaydığını bildirir və bu sobalara bir metrdən artıq yaxınlaşmamağı həmçinin bu sobadan mümkün qədər az istifadə etməyi məsləhət görürlər.
Sobanın təsiri altında çox qalındığı zaman yuxusuzluq, halsızlıq, immunitet sisteminin zəifləməsi hətta xərçəngə belə yol açdığı bildirilir. Bu səbəbdən də bu tip sobaların işlədiyi otaqların havası tez-tez dəyişdirilməli eyni zamanda sobadan mümkün qədər uzaq olunmalıdır. Ardı »

SaglamliqGecə səs-küyü insan sağlamlığına mənfi təsir edir

Gecə səs-küyü insanın sağlamlığına mənfi təsir göstərir. Üç fransızdan ikisi gecə səs-küyündən əziyyət çəkir. "AzərTAc"-ın verdiyi məlumata görə, Fransa Səhiyyə Akademiyasının həkimləri xəstələr üzərində uzun müddət apardıqları müşahidələrdən sonra bu qənaətə gəldiklərini bəyan ediblər.
Həkimlərin gecə səs-küyü ilə bağlı sorğu-suala tutduqları pasyentlərin 25 faizi şəhər mühitindən, xüsusilə Parisdən uzaq sakit bir guşədə yaşamağa üstünlük verdiklərini bildiriblər.

Həkimlərin fikrincə, gecə səs-küyü insan orqanizminin fiziki və psixi təsirinə qarşı müdafiə qabiliyyətini zəiflədir, onlarda yorğunluq yaradır və bədənin digər xəstəliklərə qarşı müqavimətini azaldır, ürək-damar xəstəliklərinin geniş yayılmasına səbəb olur.

Səs-küy nəticəsində yuxu rejiminin pozulması insanların həyatı üçün qorxulu fəsadlar törədir və ürək-damar xəstəliyinin yaranmasında başlıca rol oynayır. Ardı »

SaglamliqBu texnologiya artıq çəkini azaltmağa kömək edir

Bəzi insanlar, aldıqları çəkiləri vermək üçün qış aylarında çox enerji sərf edir. Lakin, bir çoxları istənilən effekt əldə etmir.
Bunun obyektiv səbəbləri olmasına baxmayaraq yaz istilərində alınan kiloları artıq müasir texnologiyalar vasitəsi ilə azaltmaq olur.
Bu texnologiyalardan biri "soyuq texnologiyadır". Həftədə üç kilo almaq çox asankən, həftədə bir kilo vermək çox çətin ola bilər.
Bu baxımdan rejimə və idmana başlayanlar da buna üstünlük verə bilər.

Belə ki, soyuq texnologiya ilə kilolu bölgədəki yağ hüceyrələrini cərrahi müdaxiləyə ehtiyac qalmadan donduraraq yox etmək, ağrıya səbəb olmayan üsulla ağrısız yağ hüceyrələrini donduraraq zəiflətmək olar. Bədənin daxilində hər hansı bir qanama və ya göyərmə də olmaz.

Tək seansda 70 dəqiqə Ardı »