beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gələcək nəsillər üçün sağlam qidalanma

Bir çox internet mənbələrində uşaqların qidalanması, inkişafı və s. buna bənzər mövzulara aid məlumatlarla rastlaşırıq. Bu məlumatların bəzilərində uşaqlıq dövrünün insanın gələcək həyatının təməlini qoyduğu, perspektivli inkişafının isə bu dövrdə əldə olunan bilik və bacarıqlara əsaslandığı bildirilir. Əqli və sosial bacarıqların inkişafının ən sürətli dövrü isə 1-5 yaşlar arasındakı müddət hesab olunur. Uşağın beyni çox həssas və elastik olduğundan təqdim edilən informasiyalar tez qəbul olunur və asan yadda qalır. Buna görə də bu dövrdə beyin nə qədər çox informasiya qəbul edərsə, bir o qədər də çox inkişaf etmiş olduğu bildirilir.

İzmir Xalq Sağlamlığı Müdirliyindən Mehmet Nilin müsahibəsindən aydın olur ki, sağlam qidalanma da əhəmiyyətlidir. Orqanizmə faydalı olan balanslaşdırılmış nahar ilə günə başlayan uşaq, zehni və fiziki olaraq daha güclü olur, piylənmə və bunun yol açan şəkər, hipertəzyiq və ürək damar xəstəliklərindən qorunur.

Alimlər hesab edirlər ki, insan sağlamlığının əsas düşməni fiziki fəaliyyət azlığı və artıq çəkidir. Zərərli vərdişlər və işlər də əsas təhlükə mənbələrindən biridir.
Bu baxımdan düzgün qidalanma, düzgün həyat tərzi, idman məşqləri və s. prosedurlar nəzərə alınmalı, sağlamlıq mövzuları dərindən öyrənilməlidir. Bütün bunlar insanın uzunömürlü olmasına təsir edir. Bu məsələdə bəzi insanlar öyrənmə və hafizə problemləri yaşaya bilər. Bunun üçün lazımi prosedurlardan əlavə stressdən uzaq olmaq və düzgün qidalanmaq vacibdir.

Unutqanlıq hər adam da olmasa da bir çoxunda var. Bu baxımdan yemək fasilələrində bol miqdarda üzüm yemək olar. Üzüm, enerji və unutqanlıq problemi olanlara yaxşı təsir göstərir. Həmçinin qlükoza çatışmazlığını aradan qaldırır. Beynin yanacağı olaraq qəbul edilən qlükoza tez hirslənmə, istəksizlik və unutqanlığa yaxşıdır. Üzüm yeməklə qana qarışan qlükoza, enerjini artırmaqla beynin işini təmin edir. Üzümdə həmçinin B vitamini, dəmir, kalsium və fosfor olur. Bu maddələr sinirləri qidalandırmağa kömək edir.

Depressiyanı balıq yağı da həll edir. Bol miqdarda balıq yağı almaq beyin hüceyrələrini və hücrelerarası ünsiyyəti gücləndirir. Ən əhəmiyyətlisi depressiyaya tutulma riskini böyük ölçüdə azaldır.

Zehini şokolad və kafein də sakitləşdirir. Meyvə isə beynin köhnəlməsinin qarşısını alır.

Bol su içmək bədəndəki toksinlərin və stressin atılmasına kömək edir.

Bütün bunlar insan sağlamlığına və hafizə inkişafına faydalıdır.

Uşağın fiziki və əqli cəhətdən inkişafı üçün faydalı məşğuliyyətlərlə bərabər musiqi biliklərinə yiyələnməyin də beyni inkişaf etdirdiyi məlumatlarda öz əksini tapır.


Tarix: 21.01.2015 / 17:44 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Qidalanma və Dieta