beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Südün daha bir faydası,...

Bildiyimiz kimi, əhəmiyyətli qida prosedurlarından biri alınan kalori miqdarını tarazlamaqdır.
İnsanı acdıran və ya tez zəifləmə təmin edən pəhrizlər qarın və bel bölgəsində yaranmış artıq yağları əritməyə kömək etmir.
Qarın bölgəsində olan yağları azaltmaq üçün meyvə-tərəvəzlərdən, taxıl və lifli məhsullardan, az yağlı süddən istifadə təsirlidir.
Bu cür qidalar toxluq hissi yaradaraq aclığı azaldır. Həmin qidaların tərkibində daha az kalori olur. Xüsusən az yağlı süd məhsulları toxluq hissini artırmağa kömək edir. Bu baxımdan mütəxəssislər qarın nahiyəsində olan artıq yağları əritmək üçün gündə 2 istəkan süd içməyi məsləhət görür.
Çünki, bədənin ehtiyac duyduğu protein, vitamin, yağ və karbohidratlar yetərli dozada südün tərkibində var.
Məlumata görə az yağlı südlərdə 87% su olur. Bu baxımdan süd 'estetik' qida məhsullarından biri sayılır.
Bədəndə çəki artımları olduqda bəzi hallarda bədənin hamısına yayıla bilmir. Xüsusilə həddindən artıq stress, çoxlu karbohidrat istifadəsi, zülal və kalsium qəbulunun az və ya qeyri-kafi olması, menopauza kimi vəziyyətlər çəki artımlarını özü ilə gətirir. Az yağlı südlər isə, qanda şəkərin tarazlığını qoruyur, yetərli zülal və kalsium alışını təmin edir. Bu baxımdan qarın və bel nahiyəsində olan yağları əritmək üçün süd məhsulları məsləhət görülür. Xüsusən artıq yağları əritmək üçün idmana müraciət edənlər diqqətli olmalıdır. Bu işdə qida balansını qorumaq əhəmiyyətlidir. Çünki, əzələlər, yağlara görə daha çox enerjiyə ehtiyac duyur və gücləndikcə maddələr mübadiləsi sürətlənir. Metabolizm sürətləndikdə isə kalori daha asan xərclənir. Təmiz hava gəzintisi, yüngül idman, velosiped sürmək, üzmə və rəqs kimi fəaliyyətlər də qarın əzələlərini sıxışdıraraq artıq yağları və kalorini xərcləyir.


Tarix: 21.01.2015 / 17:33 Müəllif: Aziza Baxılıb: 91 Bölmə: Qidalanma və Dieta