beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşlanmaya qarşı faydalı meyvələr

Bənövşəyi rəngli meyvələr yaşla əlaqədar xəstəliklərə qarşı təsirlidir.
İngiltərədə aparılan tədqiqata görə qaragilə, böyürtkən, qarağat, ərik kimi meyvələrdən çoxlu istifadə edilməlidir.
Bu meyvələr altsheymer, ürək, skleroz (MS) və digər xəstəliklərə qarşı müqaviməti artırır.
Manchester Universitetinin elm adamları, həmin meyvələrdə olan "polifenol" adlı maddənin faydalı olduğunu bildiriblər.
Belə ki, "polifenol" həzm sistemi pozuqluqları nəticəsində hüceyrələrin zərər görməsinə səbəb olan dəmirin pis təsirlərinə maneə törədir.
Aparılan elmi işlər də qırmızı və bənövşəyi meyvələrin sağlamlıq baxımından faydalı olduğunu göstərib. Bu meyvələr qan azlığına yaxşı təsir edir.
Qaratut, quru ərik, qaragilə, quru üzüm və nar kimi meyvələrdə resveretrol, beta karotin, dəmir kimi maddələr daha sıx olur.
Bu meyvələr antioksidantlar baxımından digər meyvələrdən qiymətlidir. Dəmir baxımından qan azlığı üzərində daha təsirlidir.
Aparılan bir sıra tədqiqatlarda bu tip meyvə və tərəvəzlərin ağciyər, prostat, qaraciyər və bağırsaq problemlərindən qoruduğu bildirilir.


Tarix: 21.01.2015 / 17:22 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Qidalanma və Dieta