Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nizamlı olaraq səhər yeməyi yeyən uşaqlar daha ağıllı olurlar

Aparılan bir araşdırmada bildirilir ki, nizamlı olaraq səhər yeməyi yeyən uşaqlar daha ağıllı olurlar.
ABŞ-ın Pensilvaniya Universitetindən olan bir sıra elm adamları, Çində 6 yaşındakı 1269 uşağın IQ səviyyəsini və nizamlı nahar edib etmədiklərini araşdırıb.

Nahar etməyən uşaqların, hər zaman ya da çox vaxt nahar edənlərə görə, danışma bacarıqlarının 5.58, müvəffəqiyyət səviyyəsinin 2.50 və IQ səviyyəsinin 4.6 bal aşağı olduğunu müşahidə ediblər.

Araşdırmaya imza atanlardan Cianghong Liu, uşaqlıq dövründən qidalanma vərdişinin və həyat tərzinin təyin olunmağa başlanan kritik bir dövr olduğunu və uzun müddət sağlamlığa təsir göstərdiyini vurğulayıb.

6 yaşda uşağın zehni bacarığının sürətlə inkişaf etdiyini ifadə edən bir sıra elm adamları, səhər yeməyi qidalanma və sosial təsirlərin əhəmiyyətli rol oynadığına, gecə ac qaldıqdan sonra səhər yeməyi beyin üçün "benzin" xüsusiyyəti daşıdığına diqqəti çəkib.
Yemək əsnasında valideynlərlə ünsiyyətin də beynin inkişafına təsiri, söhbətlər sayəsində uşağın söz dağarcığının, ümumi mədəniyyətinin və anlama gücünün inkişafı da xüsusi olaraq qeyd edilir.
Mövzuya bağlı məqalə, "Science Daily" jurnalının internet saytında nümayiş olunub.


Tarix: 21.01.2015 / 13:02 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Qidalanma və Dieta
loading...