beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gümrahlığa faydası olan qidalar

Məlumata görə bəzi qidalar insanların özünü gümrah hissetməsinə səbəb olur.
Hollandiyanın Leiden Universitetinin elm adamları tədqiqtlar zamanı yumurtada olan "triptofan" maddəsinin faydalı olduğunu müəyyən ediblər.
Tədqiqatda iştirakçılar müxtəlif oyunlara da cəlb edilib. Oyun boyunca iştirakçılara tərkibində "triptofan" olan portağal suyu verilib. Nəticədə iştirakçıların bir çoxunda gümrahlıq və özünəgüvən hissləri müşahidə edilib. Tədqiqatı aparan elm adamları qırmızı ət məhsullarında, kəsmikdə, ispanaqda, hind toyuğunda, qabıqlı yemişdə, ton balığı kimi qidalarda triptofan olduğunu bildiriblər. Bundan əlavə onlar yeyilən qidalar ilə düşüncə arasında ortaq cəhətləri də müəyyən ediblər.
Məlumatlardan aydın olur ki, tərkibi "triptofan" olan qidalar insanlara gümrahlıqla bərabər güclü sağlamlıq da bəxş edir.
Araşdırmanın nəticələri " Psychological Science" jurnalında dərc olunub.


Tarix: 21.01.2015 / 13:44 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Qidalanma və Dieta