beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yay meyvələrinin faydaları

Məlumata görə yay meyvələri dərini qoruyur, halsızlıq və yaddaş zəifliyinə yaxşı təsir göstərir. Mütəxəssislər, yaşlanmanın əlaməti olan dəri qırışması, hərəkətsizlik, gücsüzlük və yaddaş zəifliyi kimi problemlərin antioksidant təsirli bəzi maddələrin qeyri-kafiliyi ilə izah edir. Bu baxımdan yay meyvələri daha çox təklif edilir.

Yay bostan bitkilərindən qarpız tərkibində olan likopen, vitamin və minerallara görə antioksidant tutumu yüksək olan yay meyvəsi hesab olunur.
Tumlu meyvələrdən alça da tərkibində olan yüksək antioksidant maddəsi ilə fərqlənən, detoks edən gücüylə tanınan əhəmiyyətli bir "anti-aging" qidadır.
Şaftalı və ərik kalium anbarı hesab olunan qidalar sırasındadır. Deyilənə görə bu meyvələr, tərkibində C vitamini, çox sayda flavonoid, lif və betakarotin olan faydalı yay meyvələridir.

Çiyələk, albalı, albalı kimi yay meyvələri də sağlamlıq baxımından olduqca faydalı hesab olunur. Bu meyvələrə itburnu və quş üzümü də əlavə oluna bilər.
Üzüm meyvəsi çox güclü antioksidantlardan ibarət xeyirli yay meyvələrindən biridir. Xüsusi ilə qara üzüm faydalıdır.
Avokado meyvəsi də antioksidantla zəngin olan meyvələrdən biridir. Yağ baxımından zəngin olması bir qüsur kimi görülsə də əslində avokado yağının əhəmiyyətli bir qismi doymamış zərərsiz yağlardan ibarətdir.


Tarix: 21.01.2015 / 13:37 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Qidalanma və Dieta