beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər üçün faydalı qidalar

Sağlamlıq problemlərinin həlli həyat tərzinin vacib elementlərindən və düzgün qidalanmaqdan aslıdır. Qadınlarda olduğu kimi kişilərdə də düzgün qidalanma vacibdir. Bildiyimiz kimi, faydalı meyvə və tərəvəzlər, çərəzlər, balıq və balıq məhsulları və s. qidalar kişilər üçün xeyirlidir. Bundan əlavə avokado, şokolad, müxtəlif çərəzlər, somon balığı, ananas, qoz-fındıq, sarımsaq da istəyə uyğun istifadə edilə bilər.
Avokado
Məlumata görə avokado tərkibində olan fol turşusu ilə bədəndəki zülal miqdarını sürətlə artırır və bədənin enerjiyə olan təlabatını ödəyir. Kalium sayəsində həm qadınlarda həm də kişilərdə libido artırıcı xüsusiyyətlər yaradır.
Şokolad
Kişilərə faydalı hesab olunan qidalardan biri şokoladdır. Şokolad, serotonin və dopamin hormonlarını qüvvətləndirərək cinsi istəksizlik probleminin həllinə kömək edir. Xüsusilə bitter şokoladı dadanlar bu təsiri daha tez hiss edirlər.
Somon balığı
Tərkibində olan Omeqa 3 sayəsində, qan axışını sürətləndirməyə kömək edir.
Cinsi gücü artıran molyuska növü
Məlumata görə cinsi gücü artıran molyuska tərkibində olan sink sayəsində sperma istehsalını gücləndirir və libidoyu artırır;
Ananas
Tərkibində olan bromelin sayəsində libidoyu artırır. Verilən məlumatda oda bildirilir ki, xüsusilə B6 vitamini baxımından zəngin olan yumurta hormon səviyyəsini tarazlayır.
Çərəzlər
Badam, fıstıq, püstə, fındıq kişilər üçün faydalı hesab olunan başlıca çərəzlərdir. Dopamin hormonu və qan axışını sürətləndirən xüsusiyyəti ilə bədənə fayda təmin edir.
Sarımsaq
Qidalandıqdan sonra meydana gətirdiyi qoxu hər nə qədər pis olsa da, qan dövranını sürətləndirən təsiri və saxladığı minerallar ilə faydalı qidalar sırasınadadır.
Cəmiyyətimizdə bir qrup insanlar da var ki, məlumatlarının az olduğundan və ya zərərli işlərə baş qoşduğundan (siqaret, araq və s.) düzgün qidalana bilmirlər. Bu baxımdan onlar həyat tərzinin vacib elementlərinə riayət etməli, düzgün qidalanma prosedurlarını bilməli və istəyə uyğun yuxarıda qeyd olunan qidalardan istifadə etməlidirlər.


Tarix: 21.01.2015 / 13:36 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Qidalanma və Dieta