beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazan ayında qidalanma

Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədərək oruc tutan hər kəsə öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir.
Həmçinin onları gözütoxluğa, təmizliyə və vicdanlı olmağa yönəldir. Məhz, bu ayda oruc tutanların sağlam bir şəkildə qidalanması olduqca vacibdir.
İftarda orucu açarkən diqqət yetirməniz lazım olan bəzi nöqtələr var. Belə ki, Ramazan bayramı yay dövründə olacağından 17-18 saatlıq oruc tutmaq maddələr mübadiləsinin yavaşlamasına səbəb olur. Bundan əlavə orqanizmə yağın asan yığılmasına və həzmsizliyə gətirib çıxarır. Bu baxımdan iftarda oruc açarkən diqqət yetirilməsi lazım olan bəzi məsələlər var:

• İmsaka şübhəsiz qalxmaq lazımdır. Çünki, aclıq müddəti uzanar və maddələr mübadiləsi yavaşlayar və bədən normaldan daha az enerji xərcləyər. İmsakda zülallı qidalara diqqət yetirin. Süd, yumurta, pendir və s. qidalardan istifadə edə bilərsiniz.
• Qiperlipidemiyası olanlar yumurta istifadəsini məhdudlaşdırmalı, həftədə 2 gün qəbul etməlidirlər. Onun yerinə pendirdən istifadə etmək olar.
• İmsaka qanda olan şəkərin tarazlığını pozmayan 1 meyvə qəbul etmək olar. Daha çox şaftalı, alma, turş alça kimi sərt və şirin olmayan meyvələr olmalıdır;
• İmsakdan dərhal sonra yatmaq lazım deyil. Ən az yarım saat ayaqda qalmaq və ya gəzinmək olar;
• İftardan imsaka qədər 3-4 pay qida qəbulu məsləhətdir;
• Orucu açdıqdan sonra dərhal qida qəbuluna başlamayın. 10 dəqiqə fasilə vermək və ya namaz qılmaq məsləhətdir;
• İftarda çörəklərdən tam buğda çörəyi məsləhət görülür. Qızardılmış qidalar məsləhət görülmür. Qırmızı ətdən istifadəyə diqqət yetirin. Həftədə 2 gün balıq ya da toyuq seçim etmək olar;
• Suyu yeməklərlə birlikdə deyil, yeməkdən 15-20 dəqiqə sonra istifadə edin. 1 stəkan su içməklə kifayətlənmək olar. Bu bir stəkan suyun içinə bir neçə yarpaq nanə ata bilərsiniz;
• Ramazanda edilən səhvlərdən biri yeməkdən dərhal sonra şirniyyatdan istifadə etməkdir. Bu baxımdan desert qidalarının ara paylarda istifadəsi uyğundur. Yəni 1,5-2 saat sonra ...
• Şərbətli və xəmirdən hazırlanan desertlərindən çox istifadə məsləhət deyil. Onun yerinə südlü şirniyyat, meyvəli şirniyyat, meyvə salatı seçim etmək olar;
• İftarda turşulu içkilərdən uzaq durun. İstəyə uyğun çobanyastığı çayı və mineral sulardan istifadə edə bilərsiniz;
• Şəkər xəstəliyi olanlar, təzyiqdən əziyyət çəkənlər və ürəyi xəstə olanlar mütəxəssis köməyi ilə oruc tutmalıdır.


Tarix: 21.01.2015 / 13:28 Müəllif: Aziza Baxılıb: 208 Bölmə: Qidalanma və Dieta