beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərman qədər faydalı qidalar!

Məlumata görə bəzi qidalar var ki, həmin qidalar tamamilə təbii yollarla ağrıları yüngülləşdirməyə kömək edir.
Bu qidalara alma sirkəsini, mixəyi, albalını, turpu, zəncəfili, ananası da aid edirlər.
Alma sirkəsi mədədə baş verən turşuluqdan əziyyət çəkənlər üçün təbii bir möcüzə hesab edilir. Bədənin turşu tarazlığını təmin etdiyi bildirilən bu qida xüsusilə mədədə həzmi, yanma, turşuluq kimi problemlər yaşayan insanlar üçün faydalıdır. Daimi istifadəsi halında isə oynaq və sümük sərtliyi probleminə kömək etdiyi bildirilir. Soyuqdəymə, boğaz infeksiyası kimi narahatlıqlara da çarə hesab olunan alma sirkəsinin, tərkibində olan bikarbonat sayəsində həzmi asanlaşdırdığı deyilir.
Mixək mikrob öldürücü xüsusiyyəti sayəsində diş ağrısına təsirli gəlir. Ayrıca mixək ağızdakı pis qoxuları yox etməyə, iştahı açmağa kömək edir.
Ürək bulantısı və qusmağı önləyən funksiyalarının olduğu da deyilir.
Albalı oynaq və baş ağrısı kimi problemlər yaşayanlar üçün vacib meyvələrdən hesab olunur. Tərkibində fosforun olduğu deyilən bu meyvə, bədəndəki ağrıları aradan qaldırmağa kömək edir. Nizamlı istifadə zamanı albalıda olan melatonin yuxusuzluğa köməyi olur.
Turpun isə qaraciyər üçün xeyirli olduğu deyilir. Qaraciyəri qüvvətləndirməyə və şişkinliyin qarşısını almağa kömək edir.
Ürək və damar sağlamlığına da faydalı hesab olunur. Həmçinin astma, bronxit kimi tənəffüs yolu xəstəliklərinə qarşı da təsirlidir.
Zəncəfil sakitləşdirici və qaz təmizləyici təsirə malik olduğundan, iltihab önləyici xüsusiyyətlərə də sahib olduğu deyilir.
Soyuqdəymə, revmatizm, ishal kimi narahatlıqlar çəkən şəxslər üçün istifadə edilməsi faydalı olan bu qida, bədən müqavimətini artırarkən yaddaşı da gücləndirir.
Ananas həzm pozğunluğu problemi çəkənlər üçün xeyirlidir. Tərkibində olan zülal mayası sayəsində yeməklərdə olan zülalı həll etməyə kömək edir.
Ananasın mineral baxımından da zəngin olduğu bildirilir.


Tarix: 21.01.2015 / 13:27 Müəllif: Aziza Baxılıb: 93 Bölmə: Qidalanma və Dieta