beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çox şokolad yemənin zərərləri

Gözəl dadı ilə fərqlənən şokolad, digər faydaları ilə bərabər beyni rahatlaşdırmağa, insan bədənini gümrahlaşdırmağa, beynin xoşbəxtlik hormonu hesab olunan endorfinin ifraz edilməsinə səbəb olur.
Lakin, çox istifadə zamanı müxtəlif probləmlər yarada bilər.
Məlumata görə, bir sıra mütəxəssislər, insanlar tərəfindən bəyənilən bu qidadan çox istifadə edilməsinin zərərli olduğunu söyləyiblər.
Bu cür halın insan bədəninin tarazlığını alt-üst edən stressə səbəb olduğu da bildirilir. Stress, saç tökülməsindən tutmuş halsızlıq, yorğunluq, baş ağrısı, istəksizlik, duyğu vəziyyəti pozuqluqları ilə bərabər artıq çəki probleminə də rəvac yaradır. Həmin vəziyyətdə daha çox yemək və balanssız qidalanma ola bilər.
Bu da öz növbəsində piylənmə, və digər probləmlərə gətirib çıxara bilər.
Şokolatdan çoxlu istifadə bu qidanın tərkibində olan maddələr baxımından ürəyə və insan beyninə təsir göstərir. Ona görə də lazımi miqdarda istifadə etmək məsləhətdir.


Tarix: 21.01.2015 / 13:26 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Qidalanma və Dieta