beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ananasın faydası tükənməzdir

Pəhriz dostu hesab olunan ananasın bir çox faydaları var. Ananas suyu bədəndəki yağı təsirli bir şəkildə əridə bilir. Kalori baxımından aşağı, lif baxımından isə zəngin olduğu bildirilən bu meyvənin, qan şəkəri səviyyəsini nizamlaması və insanı tox tutulması baxımından əhəmiyyətlidir. Həmçinin ananasın yemək fasilələrində şirniyə olan ehtiyacı ödəyən mükəmməl bir qida olduğu da bildirilir.
Ananasın faydaları bununla bitmir, onun tərkibində A Vitamini, C Vitamini, B vitamini, bromelain fermenti (zülal parçalayıcı), manqan, dəmir və kalsium olduğu bildirilir. Həmçinin hüceyrə meydana gəlməsinə, bakteriya və viruslara qarşı immunitet sisteminin qorunmasına da kömək edir. Verilən məlumata görə o, həmçinin yara və yaralanmalar nəticəsində yaranan iltihab üçün ağrı aradan qaldırıcı və qabaqlayıcı xüsusiyyətə malikdir. Ananasın qanın laxtalanmasına maneə törədərək (fibrin parçalayıcı xüsusiyyəti olduğundan) qan axınını sürətləndirdiyi də deyilir.
Qandakı yağ nisbətini salaraq xolesterin səviyyəsini tarazlaşdırmağa təsiri vardır.
Bundan başqa bədəndə natrium nisbətini azaldaraq yüksək təzyiqin salınmasına kömək etdiyi, ətdə olan zülalları bədəndə istifadə edilə bilən hala gətirdiyi də bildirilir.
Antioksidant baxımından zəngin olması səbəbiylə xərçəng önləyici xüsusiyyəti vardır.
Yuxarı tənəffüs yolu infeksiyalarında, öskürək kəsici allergik reaksiyalara qarşı əngəlləyicidir. Mədə-bağırsaq sistemində tənzimləyici təsiri vardır.
Həzm sistemində isə köməkçi və həzmi asanlaşdırıcı xüsusiyyətə malik olduğu bildirilir. Məlumatda ananasın həm də sidik qovucu və toksin artırıcı xüsusiyyətinin olduğu da bildirilir. Ananasın tərkibində insan bədəninin ehtiyac duyduğu bütün vitaminləri və 16 təbii mineral var. Bu meyvəninin artıq çəkinin azaldılmasında olan sirri isə onun möcüzəvi suyuna məxsusdur. Ananas suyu bədəndəki yağı təsirli bir şəkildə əridə bilər. Bu səbəbdən hər gün yeməkdə ananas ya da ananas suyu istifadə edə bilərsiniz. Ancaq yeməkdən əvvəl ananası duzlu suda yarım saat saxlamaq lazımdır.
Ananasın dəri quruluşunun bərpa edilməsi üçün lazımi kollagen istehsalına köməkçi olduğu da deyilir. Saçı nəmləndirirməyə və parlaqlıq bəxş etməyə təsiri vardır. Dırnaqları qidalandırdığı və onların güclü olmalarını təmin etdiyi də bildirilir. Yağ yandırıcı xüsusiyyəti isə selülitin müalicəsində təsirlidir.


Tarix: 21.01.2015 / 13:10 Müəllif: Aziza Baxılıb: 92 Bölmə: Qidalanma və Dieta