beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hərəkət et,yaşa!

Braziliyanın Clinimex klinikasının mütəxəssislərinin tədqiqatlar sonrası gəldiyi qənaətə əsasən yaşlılıq dönəmində daha uzun və sağlam yaşamaq üçün hərəkətliliyi daima davam etdirmək lazımdır.Onların rəyinə görə başqalarının dəstəyi ilə hərəkət etmə meylliyi və ehtiyacı olan kimsələrin digər hərəkətli yaşlılara görə daha erkən ölmək şansı həddindən artıq çoxdur. Mütəxəssislər 50-80 yaş arası 2000 könüllü arasında sadə bir təcrübə aparmış və bunun üzərinə müşahidələrdə alınan nəticələri təhlil etmişlər.İlkin icra edilməli hərəkət isə sadəcə öz gücü hesabına döşəmədə oturaq vəziyyətdən qalxmaq və düz vəziyyət almaqdan ibarət olmuşdur.Praktiki olaraq öz potensialı hesabına bu vəziyyəti ala bilən yaşlılar fiziki olaraq daha sağlam və gümrah olmaqla bərabər gündəlik həyatın digər tələbatlarının da asanlıqla icra etməyi bacarmışlar.Müşahidələr zamanı 159 könüllü dünyasını dəyişmişdir və bunlardan yalnız ikisi hərəkətli qrupa aid şəxslər olmuşlar.Digərləri isə hərəkətlilik əmsalı kifayət qədər aşağı olan yaşlılar olmuşlar.Tədqiqatçıların ümumi gəldiyi qənaət bundan ibarət olmuşdur ki,hərəkətlilik birbaşa ümumi orqanizmin sağlamlıq göstəriciləri ilə birbaşa əlaəli olmaqla yanaşı onun daimi tonusda qalmasına da kömək edir.Həkimlər bildirirlər ki,uzunömürlü olmağın əsas göstəricisi fiziki sağlam olmaqdır ki,bunun da əsas açarı hərəkətliliyi daimi olaraq davam etdirməkdir.


Tarix: 04.12.2014 / 17:24 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: İdman və sağlamlıq