beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İYNƏ

Röyada iynə görmək-həyatda çox yorulmuş olduğunuza və səhhətinizə diqqət yetirməyin gərəkliyinə işarədir. Subay adam iynə görərsə-evlənəcək, kasıb isə iqtisadi durumunu yaxşılaşdıracaqdır. İynənin üzərundə sap da varsa və röya sahibi hər hansı bir söküyü, yaxud paltarını tikirsə-o, hər muradına, istəyinə yetişəcəkdir. İynənin qırıldığını görmək-yuxu görənin halı pisləşəcək, işləri pozulacaq. Röyada əlində çuvalduz olduğunu görənin arvadı hamilədirsə-qız olacaq, hamilə deyilsə səfərə çıxacaq. Yuxuda iynə yediyini görən adam bir nəfərə sirrini açacaq və bundan zərər çəkəcək. Kiməsə iynə batırıldığını görən şəxs o adamı pisləyəcək. Röyada bir neçə iynə görmək də eyni cür yozulur.


Tarix: 24.02.2014 / 22:51 Müəllif: Ebulfez Baxılıb: 134 Bölmə: İ hərfi