Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda İkona görmək

Yuxuda ikona görmək iş əlaqələrinin qurulması üçün lazımi insanlarla münasibətləri yaratmaqda xoş imkanlara işarədir. Ən çətin vəziyyətlərdə işdən çıxış yolu tapa biləcəksiniz. Əgər yuxuda ikona qarşısında dua edirsinizsə biznes ortaqlarınız sizə yardım təklifi edəcəklər. Yuxuda ikona almaq o deməkdir ki, dostlarınız sizə yerdım etməkdən boyun qaçıracaqlar. Ola bilsin, öz günahınız ucbatından işiniz və yaxud ailənizi itirəsiniz. Əgər kilsədə ikonaya baxırsınızsa, yaxında doğru seçim edəcəksiniz. Gənc qız üçün belə yuxu uğurlu nikaha işarədir. O, heç vaxt məhz həmin insanla ailə qurduğuna görə peşman olmayacaq.

İkonalar haqqında yuxular ya GÜC ya da vahidliyi əks etdirir. Siz kainatda vahidliyi hiss etmək istəyirsinizsə, ikonalar belə vahidliyi həyata keçirməyə imkan verən uyğun amildir.Bütün insanlar üçün mümkün olan böyük obrazlar –ikonalar var.Öz yuxularınızda gördüyünüz ikonalar həyat təcrübənizə aid olacaq. İkona obrazları ilə bağlı təcrübələr həyatınızdakı müqəddəs və fövqəltəbii varlıqlara aiddirmi? Yuxuda başqa insanlar bu ikonaları oxuyurlar və ya onlara etinasız yanaşırlar? Bununla bağlı nə hiss edirsiniz?

İkona mənəviyyat, tövbə əlamətidir.İkona qarşısında dua edirsinizsə, bu o deməkdir ki, mənəvi məsələləri unudaraq maddi problemlərə çox diqqət ayırırsınız. Yuxuda ağlayan ikona görmək pis əlamətdir. Yuxuda əlinizdə ikona tutmusunuzsa, bu, çoxdn gözlədiyiniz xəbər alacağınıza işarədir. Yuxuda ikona qarşısına şam qoymusunuzsa, keçmiş səhvlərinizə görə vicdan əzabı çəkəcəyinizə işarədir. Yıxılmış ikona bədbəxtliyə səbəb olan səhvlərə işarədir.

Yuxuda evdə ikona görmək ölkənizdə dini münaqişənin baş verəcəyindən, nəticədə böyük qurbanların və itkilərin olacağından xəbər verir. Sülhün bərqərar olması üçün ikllərlə vaxt lazım olacaq. İkonanı divardan götürmək insanların Allahın qanunları ilə yaşamağa son verdikləri və bu yolun onlara öz-özlərini cəzalandırmaları hesabına başa gələcəyi etiqad böhranının başlayacagını göstərir. Kilsədə ikona görmək o deməkdir ki, çətin anlarda sizin yeganə xilasınız etiqad olacaq, siz o qədər də dinlə bağlı adam olmasanız belə, lakin yolunu azmış oğul kimi kilsəyə gəlsəniz Allah sizdən üz çevirməyəcək.


Tarix: 24.02.2014 / 21:42 Müəllif: Ebulfez Baxılıb: 193 Bölmə: İ hərfi
loading...