beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda İynə görmək

Yuxuda iynədən istifadə etmək çox yaxında hüzn, kədərə işarədir. Bu o deməkdir ki, siz yaxın adamınızın rəğbətini itirərək əzab çəkəcəksiniz. Sapla-iynə görmək o deməkdir ki, siz öz işlərinizdən daha çox başqalarının qayğısına qalacaqsınız. İynə itirmək boş, əbəs yerə həyəcanlara işarədir. İynə tapmaq o deməkdir ki, sizi yüksək qiymətləndirəcək dostlarınız meydana çıxacaq. İynəni qırmaq tənhalıq və yoxsulluq əlamətidir.

İynə tapmaq – mübahisəyə uğrayacaqsınız; hədiyyə almaq – dostunuzla ayrılığa işarədir.

Iynə – təhqir, gizli intiqam, hiylə, zəhmətsevərlik əlamətidir. Üzərində qan izləri olan iynə görmək qohumlarınızdan birinin məkrli niyyətindən xəbər verir.Uzun saplı iynə görmək – seçki olmadan hakmiyyətə gələcəyinizə və özünüzə hörmət edilməsinə nail olacağınıza işarədir. Yerə atılmış çoxlu iynə görmək bir çox insanların ölümünə səbəb olan dedi-qodu, fitnəyə işarədir. İynəli heyvan görmək – bəşəriyyət elə bir düşmən qazanacaq ki, onunla mübarizə çox çətin olacaq. Yuxuda özünə iynə sancan adam görmək – gələcəkdə elə bir insan peyda olacaq ki, Yer kürəsində baş verəcək fəlakətin qarşısını almaq üçün özünü qurban verəcək.Yuxuda iynə ilə yazılmış “X” hərfi görmək – on il ərzində insanlar daha yaxşı həyat tərzi sürməyə başlayacaqlar.Yuxuda insanın ürəyindən iynə çıxarmaq – bəşəriyyəti qat-qat irəliyə aparan elmi kəşflərdə bilavasitə iştirak etməyə işarədir.Yuxuda iynə yağışına tutulmaq qara qüvvələrin fəallaşmasına işarədir.


Tarix: 24.02.2014 / 22:31 Müəllif: Ebulfez Baxılıb: 1581 Bölmə: İ hərfi