beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda İt görmək

Yuxuda insan itə çevrilibsə, onu qəm, kədər, iztirab gözləyir. Yuxuda itlə qarşılaşıbsa, ömrünün sonuna qədər xoşbəxt olacaq və taleyindən razı qalacaq.

Yuxuda sərgərdan it görmək pis əlamətdir. Belə yuxu dostunuzun hazırda çox çətin vəziyyətdə olması barədə xəbərdarlıq edir. O, yalnız ona görə sizə müraciət etmir ki, sizi öz problemlərilə əziyyət salmaq istəmir. Əgər yuxuda tamamilə ağ it görmüsünüzsə, real həyatda öz yaxın dostunuzun köməyinə bel bağlaya bilərsiniz. Bəzən bu yuxu artıq bir çox illərdən vbəri görmədiyiniz köhnə dostunuzla görüşə də işarədir. Yuxuda qara it görmək ayıqlıqda uzun müddət dost saydığınız şəxslə bağlı dərin məyusluq hissi keçirəcəksiniz. Ağır dəqiqələrdə o nəinki sadəcə sizdən üz çevirəcək, həm də təmiz adınızı xalq arasında ləkələmək üçün sirrinizdən də istifadə edəcək. Çox iri it görmək yaxın gələcəkdə bir nəfərlə tanış olacaqsınız və o, gələcəkdə sizin böyük dostunuz olacaq. Bəzən belə yuxu köhnə dostunuza dəstəkdən xəbər verir. Yuxuda itə yem vermək o deməkdir ki, real həyatda sizə bel bağlamaq olar. Siz sərbəst və müstəqil adamsınız, ona görə də ətrafınızdakılar sizə hörmət edir və sevirlər. Yaralı və ya ölüdürülmüş it görmək pis əlamətdir. Yaxın vaxtlarda çox yaxşı dostunuzun öülümcül xəstəliyi və hətta ölümü haqda çox pis xəbər eşidəcəksiniz. Əgər yuxuda it sizi müdafiə edirsə,ayıqlıqda ali qüvvənin himayəsi altındasınız. Siz heç nədən qorxmamalısınız, çünki sizi göylərdən bütün niyyət və hərəkətlərinizi izləyən qoruyucu məlkələr qoruyur. Əgər it sizə hücum edərsə, real həyatda sizi qara qüvvələrlə görüş gözləyir. Şeytanın xidmətçiləri həyatınızı dözülməz etməyə çalışır, bir-birinin ardınca pislikm edirlər. İtlərin hücumunu qarşısını ala biliresinizsə, siz şər qüvvələrə müqavimət göstərə biləcəksiniz. Lakin bu yalnız Allaha kömək üçün müraciət etdikdən sonra mümkün olacaq.


Tarix: 24.02.2014 / 22:29 Müəllif: Ebulfez Baxılıb: 143 Bölmə: İ hərfi