beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lomonosovda (Oranienbaumda) anadan olmuş və ya yaşamış tanınmış şəxsiyyətlər

Stanislav Boretski (doğ. 1973) — Rusiyanın tanınmış estrada müğənni və şair. Lomonosov şəhərində anadan olub və burada da yaşayır.
Georgi Vinoqradski — Sovet dəniz hərbçisi, 2-ci dərəcəli flaqman
Mixail Malofeyev (25 may 1956 — 17 yanvar 2000) — general-mayor, Rusiya Federasiyasının Milli Qəhrəmanı (ölümündən sonra). Lomonosovda doğulub. Lomonosovun 4 saylı məktəbini (indiki 429 nömrəli) bitirmişdir.
Mixail Meklenburq-Strelitzki (1863—1934) — Meklenburq-Strelitz hersoqu, Karl-Mixael Vilhelm Avqust-Aleksander, böyük knyaginya Yekaterina Mixaylovna və Meklenburq-Strelitz hersoqu Georq Avqustun oğlu, I Pavelin nəvəsi. Meklenburq-Strelitz nəslinin Rusiyadakı nümayəndəsi. 1918-ci ildən sonra - Almaniyanın Meklenburq-Strelitz hersoqluğunun varisi. General-leytenant. Oranienbaumda anadan olmuşdur.
Avraam Melnikov (1784—1854) — rus memarı, Sankt-Peterburq İncəsənət Akademiyasının fəxri üzvü. Oranienbaumda anadan olmuşdur.
Aleksandr Menşikov (1673—1729) — rus dövlət xadimi və sərkərdəsi, I Pyotrun favoriti. Oranienbaumun birinci sahibi.
Aleksandr Mostovoy (doğ. 1968) — sovet və rus futbolçusu, yarımmüdafiəçi, SSSR-i çempionu, Rusiya Milli Yığmasının keçmiş oyunçusu. Lomonosovda anadan olub.
Yuvenali (İvan Polovtsev) (1826—1904) — Litva və Vilen arxiyepiskopu. Oranienbaumda anadan olub.
İqor Stravinski (1882—1971) — rus bəstəkarı, dirijör və pianoçu, XX əsrin ən tanınmış musiqi şəxsiyyətlərindən biridir. Oranienbaumda anadan olub.
Nikolay Şadrunov (1933—2007) — rus və sovet yazıçısı, prozaik, Lomonosovun fəxri vətəndaşı.


Tarix: 16.02.2015 / 18:42 Müəllif: Feriska Baxılıb: 56 Bölmə: Ölkələrinə görə tarix